Müasirlikdə heç bir bölgədən geri qalmayan rayonumuz səliqə-sahmanı ilə göz oxşayır. Yaşıllaşdırma tədbirləri sayəsində yaraşıqlı yurd yerinə çevrilən sərhəd bölgəmizdə insanların rahat yaşayışı, istirahəti üçün hər cür şərait yaradılıb. Yayın istisi özünü daha çox hiss etdirdikcə axşam saatlarında parklarda istirahət edən, gəzib-dolaşan, mehribanlıqla bir çay süfrəsi arxasında söhbət edən insanları tez-tez görmək olar. Bu, yalnız yaradılan şərait deyil, həm də əldə olunan sabitliyin göstəricisidir. Rayonumuzun mərkəzi olan Heydərabad qəsəbəsində böyüklərin və uşaqların əyləncəsi və istirahəti üçün hər cür şərait var. İndi, demək olar ki, hər gün dincəlmək, yorğunluqlarını çıxarmaq üçün insanlar bu parka üz tuturlar. Sərhəd xəttində düşmənlə üzbəüz dayanan doğma yurdumuz yüksəlişi, bütün sahələri əhatə edən dinamik inkişafı, göz qamaşdıran gözəlliyi ilə bizim üçün qürur yeri, düşmən üçün isə əbədi gözdağıdır. Bir vaxtlar insanlar burada ancaq güllə səsi eşidirdilərsə, indi axşamların sakitliyi ürəklərə rahatlıq gətirir. İnsanların asudə vaxtlarının düzgün təşkil olunması onların yaradıcı enerjisindən daha səmərəli istifadəyə, məşğul olduğu işdən möhkəm yapışmağa və həyatdan zövq almağa imkan verən ən sınanmış vasitələrdəndir. Rayonumuzda da yaradılan şərait, rahat yollar, birbirindən yaraşıqlı binalar insanlara böyük məhəbbətlə qurub-yaratmağa stimul verir. Bir sözlə, düşən hər axşam keçən qayğılı günün istirahətidirsə, açılan səhər isə rayonumuzun yeni uğurlarından soraq verir. Bir zamanlar bura üz tutan insanlar, sadəcə, təbii gözəllikləri seyr edirdilərsə, indi bu gözəlliklərin fonunda illərin quruculuq salnaməsində yer alan tikililərdən, qurulanlardan zövq alırlar. Bu mənzərələr isə gözləri daim gözəllik axtaran insanların ruhunu oxşayır.
Fərhad RZAYEV
SƏDƏRƏYİN BİR YAY GÜNÜ


Yayım tarixi :30-07-2020, 16:03

Oxunub : 131
Digər Xəbərlər
Çox Oxunanlar
1/5
Gündəm
Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir
Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib
Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir
Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti
Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Texnologiya Xəbərləri
Dünya Xəbərləri