Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Rayon Rabitə İdarəsinin rəisi Səməd Qədimovla söhbətimiz zamanı bildirdi ki, Sədərək Rayon Rabitə İdarəsinin əhaliyə göstərdiyi xidmət göz qabağındadır. Rayonda köhnə ATS yenidən qurulub, dünya standartlarına uyğun, müasir elektron tipli avtomat telefon stansiya ilə əvəz edilibdir. Hazırda rayonumuzda 3 ATS, NGN-tipli avtomat telefon stansiyası ilə 1378 abonentə xidmət göstərir. Rabitəçilər rayonumuzun müxtəlif yerlərində kabel xəttinin yenilənməsi ilə məşğul olurlar. Rabitəçilərin öz peşə biliyinin və ustalığının artması üçün hər cür şərait yaradılıbdır. Ona görə də kollektivdə öz peşəsini dərindən bilən, işə məhəbbət və məsuliyyətlə yanaşan rabitəçilərin sayı get-gedə artır. Baş mühəndis Vüqar Əhmədov, operator Elşən Babazadə, elektro-mantyor Rüstəm Abdullayev, Bəxtiyar Səlimov və başqaları tapşırılan işin öhdəsindən layiqincə gəlirlər. Artıq bu gün Sədərəkdə telefon rabitəsi problemi yoxdur. Rayonun ərazisində yaşayan insanlar ən müasir avadanlıqlarla təchiz olunub, yüksək keyfiyyətli, dayanıqlı avtomatik telefon rabitəsi əldə ediblər. Sərhəd bölgəsində bu sosial problemin həlli demək olar ki, uğurla başa çatdırılıbdır. Əhali fasiləsiz internetlə təmin edilib.
Rayon Rabitə İdarəsinin müasir tipli, iki mərtəbəli, yaraşıqlı inzibati binası bu qəbildəndir. Binada əhaliyə nümunəvi rabitə xidməti göstərilməsi üçün hər cür lazımi şərait yaradılıbdır. İdarənin rəisi bildirdi ki, abunəçilərin bütün şikayətlərinə vaxtında baxılır və Rabitə İdarəsinə daxil olan müraciətlər operativ şəkildə həll edilir. İşləməyən telefonlar qısa müddətdə təmir olunur və baş verən qəza hadisələri tez bir zamanda aradan qaldırılır. Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini daha da yüksəltmək rayon rabitəçilərinin başlıca məqsədidir.

“Oğuz yurdu”
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter