Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Muxtar respublikada məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Son illər muxtar respublikada tikilən, yaxud yenidən qurulan məktəbəqədər təhsil müəssisələrində müasir şərait yaradılıb, qrup, yataq və soyunub-geyinmə otaqları, yemək və oyun zalları, valideynlər üçün gözləmə otağı, tədbirlər zalı, yeməkxana, bufet, metodist və tibb otaqları, dərzi və camaşırxana otaqları, idman qurğuları istifadəyə verilib. Bağçayaşlı uşaqların məktəbəqədər təhsil almasının vacibliyini bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir. Uşaq bağçalarında cəmiyyət və ölkə üçün yararlı vətəndaş kimi böyüdülən uşaqlar isə orta təhsillərini də müvəffəqiyyətlə başa vuraraq dövlətimizin gələcək inkişafında yaxından iştirak edəcəklər. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara ilkin biliklərin dərindən öyrədilməsi, onların məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır”.
2013-cü ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Sədərək rayonunun Heydərabad qəsəbə uşaq bağçası üçün yeni binanın istifadəyə verilməsi dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir. Ötən günlərdə bu məktəbəqədər təhsil müəssisəsində olduq, yaradılan şərait və gələcəyimiz olan uşaqların təlim- tərbiyəsi sahəsində görülən işlərlə maraqlandıq. Qeyd edək ki, müəssisənin binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada tikinti işləri yüksək keyfiyyətlə aparılıb, müxtəlif yaş qrupunda olan uşaqların məktəbəqədər tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması üçün lazımi şərait yaradılıb. 144 yerlik bağçada 8 qrup fəaliyyət göstərir. Uşaqların təlimtərbiyəsi ilə 15 tərbiyəçi-müəllim məşğul olur. Piano və mebel avadanlıqları ilə təchiz olunmuş tədbirlər və şənliklər zalında mədəni- kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. İnsan həyatında məktəbəqədər təhsilin əhəmiyyəti böyükdür. Məktəbəqədər təhsil yalnız təhsilin növbəti mərhələsində uşağın nailiyyət göstəricilərinin yüksəldilməsi baxımından əhəmiyyətli olmayıb, həm də gələcəkdə zəruri ehtiyaclarını təmin etməyə maraqlı olan, düşdüyü vəziyyətlərdən çıxmağı bacaran fəal vətəndaşın formalaşdırılmasında böyük rol oynayır. Məktəbəqədər təhsilin məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirilir və uşaqların meyil və maraqları, potensial imkanları, təhlükəsizliyi, yaşı nəzərə alınmaqla, öyrədici mühit yaradılması, əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətlərinin inkişaf etdirilməsi, sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların sağlam həyat tərzi keçirməsinin, şəxsiyyətinin, harmonik inkişafının təmin olunması kimi məqsədlər daşıyır. Heydərabad qəsəbəsindəki uşaq bağçasında 1-2 və 2-3 yaşlı körpələr, 3-4 yaşlı orta, 4-5 yaşlı böyük və 5-6 yaşlı məktəbəhazırlıq qruplarında uşaqlara yaşlarına uyğun təlim keçirilir. Bu müəssisə sədərəkli uşaqların mədəni-estetik inkişafına təsirsiz ötüşmür. Belə ki, uşaqlar təhsilin ilk pilləsində xalqımızın mədəniyyətinə, ənənələrinə bələd olur, ətrafdakılarla nəzakətlə davranır, onu əhatə edən ətraf aləmdəki gözəllikləri görüb zövq almağı, qiymətləndirməyi, sadə kompozisiyalar qurmağı bacarırlar. Bu bağçanın üstünlüklərindən biri də uşaqların nitq qabiliyyətinin və ünsiyyət qurmasının inkişafına verdiyi töhfədir. Məsələn, nitq sahəsində uşaqlarda bunlar sürətlə baş verir: uşaqda dinləmə və başadüşmə vərdişləri inkişaf edir, o, sözləri düzgün tələffüzetmə və danışma bacarığına yiyələnir, öz fikirlərini ardıcıl, sərbəst, rabitəli şəkildə ifadə etməyi bacarır, danışılanı anlayır, onun söz ehtiyatı zənginləşir. Uşaqlar yaşıdları ilə və böyüklərlə ünsiyyət qurmağı bacarır, özünün hiss, həyəcan və fikirlərini başqalarına çatdırırlar. Sonrakı mərhələlərdə artıq uşaqlar sözləri hecalara, cümlələri sözlərə ayırır, öz fikrini başqalarına daha dəqiqliklə çatdıra bilir, şəkil üzrə müstəqil hekayə qurmağı, çap hərfləri ilə sadə sözləri yazmağı bacarırlar. Bağçanın müdiri Sevinc Həsənovanın bildirdiyinə görə, bağçada uşaqların fiziki inkişafı sahəsində bir sıra işlər görülür, məşğələlərdə uşaqlar şəkil çəkir, gil ilə işləməyi və kəsib-yapışdırmağı öyrənirlər. Bundan başqa uşaqlara gigiyena qaydalarına əməl etmək, özünə qulluq edə bilmək, fiziki tapşırıqları yerinə yetirmək ekstremal vəziyyətlərdə necə hərəkət etmək öyrədilir, ona lazım olan anda kömək almaq məqsədilə böyüklərə müraciət etmək qabiliyyəti və müvafiq davranış vərdişləri formalaşdırılır. Uşaqlar öz sağlamlıqlarının qorunması məqsədilə elementar davranış qaydalarına – pilləkəni ardıcıllıqla düşmək, kəsici əşyaları əlinə almamaq, tanış olmayan adamlarla və evdə tək olarkən özünü necə aparmaq qaydalarını öyrənirlər.
Müsahibim onu da bildirdi ki, mütəmadi qiymətləndirmələr yüksək nəticələrə nail olunmasının əsas amili kimi çıxış edir. Uşaqların fəaliyyətinin qiymətləndirilməsi zamanı onun sağlamlığı, müstəqilliyi, şifahi nitqinin inkişafı, təlim vəsaitləri ilə işləməyi, əqli fəaliyyətinin, təhliletmə, ümumiləşdirmə bacarıq və vərdişlərinin, kollektiv və qrup tərkibində çalışmağının səviyyəsi nəzərə alınır. Bağçada uşaqların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi 3 komponent üzrə həyata keçirilir. Diaqnostik (ilkin) qiymətləndirmə uşağın ilkin inkişaf səviyyəsinin təyin edilməsi üçün sentyabr-oktyabr aylarında, formativ (cari) qiymətləndirmə müntəzəm aparılır, hər bir uşağın nailiyyətləri barədə məlumatın toplanmasına imkan yaradır. Summativ (yekun) qiymətləndirmə isə ilin sonunda aparılır. Bu zaman uşağın ilboyu proqramın bölmələri üzrə qazandığı nailiyyətlər ümumiləşdirilir.
Burada həmsöhbət olduğumuz müəllimlərdən Elnarə Abdullayeva, Nərmin Məmmədova və başqaları ilə söhbət zamanı qeyd edildi ki, bağçada yeni nəslin ahəngdar inkişafı, nailiyyətlərin davamlı olması, ilk növbədə, müasir reallıqlara cavab verən tərbiyəçi-müəllimlərin bacarıq və iş prinsipindən çox asılıdır. Buna görə də bağçanın tərbiyəçi-müəllimləri ali və ya orta ixtisas təhsilinə, müəyyən keyfiyyət göstəricilərinə malikdirlər. Lakin bununla yanaşı, onlar uşaqlarla münasibətdə səmimi, qayğıkeş xarakterə, pedaqoji mədəniyyətə sahib olmağa çalışır, uşaqların yaş psixologiyasını yaxşı bilir, yaş səviyyəsini, potensial imkanlarını nəzərə almaqla, təlim metodlarını düzgün seçir, meyil, maraq və qabiliyyətlərini aşkara çıxarır, tədris mühiti və işgüzar şəraiti yaradır, yeni interaktiv təlim metodlarından, informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarırlar. Ümumiyyətlə, bu bağçada məktəbəqədər yaşlı uşaqlar lazımi bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Nəticədə, uşaqlar ana dilində sərbəst danışır, hadisə və obyektləri dəyərləndirməyi, insanlarla ünsiyyət qurmağı, tərəfdaşlıq və əməkdaşlıq etməyi bacarır, zamanı, təbiət hadisələrini dərk etməyə, rastlaşdığı əşya və hadisələrə maraq göstərib, onların mahiyyətini anlamağa çalışır, baş verən hadisələr, əşyalar üzərində diqqətini cəmləşdirir və iradi olaraq onu maraqlandıran cəhəti tədqiq edir, yeni məlumatları dərketmə qabiliyyətinə malik, sosiallaşmış, yaşına müvafiq əqli və fiziki cəhətdən inkişaf etmiş olurlar. Bundan əlavə, uşaqda sadə riyazi təsəvvürlər (say, miqdar, həcm, forma, məkan anlayışları) inkişaf edir, uşağın dünyagörüşü formalaşır, öz nailiyyətlərini başqaları ilə bölüşür, verilən tapşırığı yerinə yetirərkən tərbiyəçinin köməyindən istifadə etməklə yanaşı, həm də sərbəst fikir söyləyir, başqasının fikirlərinə münasibət bildirir və məktəb təliminə hazırlıqlı olur. Bütün bu qeyd olunan keyfiyyətlərin mənimsənilməsini reallaşdırmaq üçün uşaqların pedaqoji prosesdə sosiallaşma imkanlarının genişlənməsinə optimal şərait yaradırıq.
Bu gün muxtar respublikada təhsilin mənbəyi hesab olunan məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı islahatlar həyata keçirilir. Bu baxımdan uşaqların intellektual, fiziki və psixoloji inkişafının təmin edilməsi, onlarda həyati qabiliyyətlərin formalaşması qarşıda duran mühüm vəzifələrdəndir. Bütün bunlar yeni nəslin yüksək bilik və bacarığa sahib olmasına yönəldilmiş dövlət siyasətinin ardıcıllığının və məqsədyönlülüyünün təzahürüdür. Bəli, Sədərək rayonunda uşaqların məktəbəqədər təhsil alması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Valideynlər isə çətinlik çəkmədən müxtəlif fəaliyyət sahələrində çalışırlar. Xüsusən də burada uşaq bağçasının fəaliyyət göstərməsi qadınların məşğulluq göstəricilərinə müsbət təsir edir. Bu da rayondakı gənc ailələrin sosial rifahının yüksəlməsinə şərait yaradır. Ümumiyyətlə, məktəbəqədər təhsil vasitəsilə uşaqlar arasında bərabərlik imkanlarının yaradılması sonradan cəmiyyətin müxtəlif sosial təbəqələri arasında fərqlərin azalmasına gətirib çıxarır. Eyni zamanda rayonda sağlamlıq imkanları məhdud uşaqların uşaq bağçalarına üz tutması bu qəbildən olan uşaqların erkən yaşlarında cəmiyyətə inteqrasiyasını təmin edir, onların ailələrinə mənəvi dayaq olur.


“Oğuz yurdu”


Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin  sağlam təməllər üzərində qurulmasına xidmət edir

Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin  sağlam təməllər üzərində qurulmasına xidmət edir
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter