Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı rayonumuzda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Heydərabad qəsəbəsindəki mədəniyyət və istirahət parkının önündə qurulmuş yolka ağacının ətrafında bayram şənliyi keçirilib.
Rayon ictimaiyyətinin də iştirak etdiyi bayram şənliyində rayon Mədəniyyət Evinin musiqi və rəqs kollektivlərinin, uşaq musiqi məktəbinin yetirmələrinin ifasında şeir, musiqi və rəqslər ifa edilib.
Rayon Mədəniyyət Sarayının “Qeyrət Qalası” instrumental ansamblının ifasında Cavad İbrahimovun,Samil Quluzadənin, Ədalət Məmmədovun və Samil Cəfərovun ifalarında səslənən mahnılar tədbirə toplaşanların alqışlarına səbəb olub. Mədəniyyət Sarayının folklor qrupunun məzəli rəqsləri, Uşaq Musiqi məktəbinin nəzdində fəaliyyət göstərən “Tejgar” yallı qrupunun ifa etdiyi “Qaladan-Qalaya” yallısı tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Heydərabad qəsəbə uşaq bağçasının fidanları “Yeni il”, “Naxçıvan” və “Şaxta Baba” şeirlərini bədii qiraət ediblər. Gözəl çıxışlar tədbir iştirakçılarının üzlərində xoş təbəssüm yaratdı. Bayram tədbirində iştirak edən uşaqları ağ saqqallı Şaxta baba hədiyyəsiz qoymayaraq, uşaqları hədiyyələrlə mükafatlandırıb.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı  rayonumuzda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Bayram tədbirində rayon sakinləri ilə söhbətlərimizdən belə nəticəyə gəlmək olar ki, ötən il muxtar respublikamızın bütün bölgələri kimi, Sədərək rayonu üçün də uğurlu, yaddaqalan il olub. Sədərəklilər keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində düşmənə qarşı göstərdikləri qəhrəmanlıqları ilə dastan yazıblar. Sədərək belə insanların hesabına qorunub, bu gün də qorunur. Özü də yüksək səviyyədə – həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan hərbçilərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir. Ötən il də iqtisadi, sosial, mədəni sahələrdə sürətlə tərəqqi edən muxtar respublikamızın inkişafında sədərəklilər fəal iştirak ediblər. İl ərzində rayonda tikinti-quruculuq işləri aparılıb. Haliyədə Heydərabad qəsəbəsində 7 mərtəbəli 48 mənzilli yaşayış binasının tikintisi davam edir. Kənd təsərrüfatı sahəsində nailiyyətlər əldə edilib, genişmiqyaslı yaşıllaşdırma tədbirləri həyata keçirilib, dövlət proqramlarının icrası istiqamətində bir sıra işlər görülüb, sahibkarlığın inkişafına diqqət artırılıb, əhalinin məşğulluğu təmin edilib. Təhsil, səhiyyə və digər sahələrdə də uğurlar əldə olunub.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı  rayonumuzda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Sözsüz ki, həyata keçirilən bütün bu tədbirlər əhalinin həyat şəraitinə də müsbət təsir göstərib. Sədərəklilər inanırlar ki, 2019-cu il də onlar üçün nailiyyətlər ili olacaq.


“Oğuz yurdu”
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter