Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Rayonumuzda  beynəlxalq  qadınlar  günü  qeyd  olunub
Sədərək Rayon Mədəniyyət Sarayında keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq qadınları bayram münasibətilə təbrik edib.
İcra Hakimiyyətinin başçısı deyib ki, cəmiyyətimizdə ana, qadın adı həmişə uca tutulub. Tarix boyu qadınlar öz müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazıb. Fərəhləndirici haldır ki, gənc qadınlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər. XX əsrdən etibarən Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu artmağa başlayıb. Vurğulanıb ki, Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək onlara daim böyük diqqət və qayğı göstərib. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Bütün bunları nəzərə alan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.
Azərbaycan qadınları ölkədə gedən geniş quruculuq və dövlət işlərində fəallıq göstəriblər. Azərbaycan qadınları ictimai-siyasi və iqtisadi həyatımızın bütün sahələrində təmsil olunurlar. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızda da bu siyasət ardıcıllıqla davam etdirilir. Muxtar Respublikamızın bütün bölgələrində olduğu kimi Sədərək rayonunun qadınları da dövlət qayğısı ilə əhatə olunmaqdadır. Hazırda rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində yüzlərlə qadın müxtəlif peşələrdə çalışır.
Tədbirdə iştirak edən qadınlara hədiyyələr təqdim olunub. Rayon Mədəniyyət Şöbəsinin “Qeyrət Qalası” bədii özfəaliyyət kollektivinin və Uşaq Musiqi Məktəbinin “Tejgar” yallı qrupunun çıxışları maraqla qarşılanıb.

Rayonumuzda  beynəlxalq  qadınlar  günü  qeyd  olunub
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter