Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Sədərək rayonunun Sədərək kənd 1 və 2 nömrəli tam orta məktəblərində şagirdlərə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri təqdim olunub.
Sədərək rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Rasim Qasımov yeni nəsil şəxsiyyət vəsiqələrinin üstünlüklərindən danışıb. Qeyd edib ki, ötən ilin noyabr ayından rayon Polis Şöbəsində vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
Bildirilib ki, biometrik şəxsiyyət vəsiqələri təhlükəsizlik baxımından əvvəlki vəsiqələrdən daha təkmildir. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı yerləşdirilib. Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı yeni nəsil şəxsiyyət vəsiqələri hər bir kəs üçün əhəmiyyətlidir.
Yeni vəsiqələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən “Elektron imza” sertifikatları ilə təmin edilib. Bu sertifikatların biri identifikasiyası (tanınma) üçün nəzərdə tutulub. Yəni yeni vəsiqələr internet mühitində də vətəndaşın kimliyini müəyyən edəcək. İkinci sertifikat isə vətəndaşa istənilən yerdən sənəd mübadiləsi aparmaq üçün elektron imzalama üstünlüyü verir. Qanunvericiliyə uyğun olaraq, 10-15 yaşlı vətəndaşların vəsiqələrinə kimliyin identifikasiya üçün yalnız bir sertifikat, yaşı 15-dən yuxarı olan vətəndaşların vəsiqələrində isə iki sertifikat həm identifikasiya, həm də imzalama sertifikatı mövcud olacaq.
“Elektron hökumət” portalına giriş, həmçinin buradakı xidmətlərdən istifadə etmək üçün məhz yeni şəxsiyyət vəsiqələrindən yararlanmaq mümkündür.
Tədbirin sonunda 30 məktəbliyə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri təqdim olunub.

Hidayət SEYİDOV
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter