Rayon İcra Hakimiyyətində tədbir keçirilib » OĞUZ YURDU
Contact Us






Rayon İcra Hakimiyyətində tədbir keçirilib

Baxılıb: 6


Sədərək Rayon İcra Hakimiyyətinin akt zalında rayon Məhkəməsinin təşkilatçılığı ilə “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları” ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin əməkdaşı Pərvin Həsənov tədbir haqqında ətraflı məlumat verdi.
Tədbirdə rayon Məhkəməsinin hakimi Hüseyn Zülfiqarov, əmək müqavilələrinin bağlanmasının sənədləşdirilməsi, başqa işə keçilmə və buna müvafiq digər halların sənədləşdirilməsi, əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu, əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları, əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi və işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənişlərinin haqq-hesab sənədləri haqqında ətraflı məlumat verdi.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

“Oğuz yurdu”
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu