Rayonumuzun ərazisində keçirilən növbəti şənbə iməciliyində iştirak edən vətəndaşlar yüksək əhval-ruhiyyə ilə çalışıb, yaşıllıqlara qulluq göstəriblər. Bu ilin ilk iməciliyində həvəslə iştirak edən rayon idarə, müəssisə və təşkilat işçiləri Heydərabad qəsəbəsinə, Sədərək kəndinə və Qaraağac kəndinə gedən yolların kənarlarında salınmış meyvə bağlarında arxların yenidən açılması, ərazilərin alaq otlarından, yabanı bitkilərdən, kol-koslardan təmizlənməsi ilə məşğul olublar.
İməcilik zamanı rayon İcra Hakimiyyətinin, Sədərək kənd 1 və 2 nömrəli tam orta məktəblərində geniş təmizlik işləri aparılıb. Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatı və Sədərək Gömrük İdarəsinin kollektivləri onlara ayrılmış ərazilərdə çalışaraq rayonda yaşıllıqların artırılmasına öz töhfələrini veriblər. İməcilikdə 200 ədəd müxtəlif meyvə tingləri əkilib. Bundan əlavə yeni üzüm bağınının salınması üçün ayrılan əraziyə iməcilik iştirakçıları 1000 ədəddən artıq üzüm qələməsi əkiblər.
Qeyd edək ki, Sədərəyin kənd təsərrüfatında aparıcı sahələrdən birinə çevrilən üzümçülük iqtisadiyyatın daha da möhkəmləndirilməsində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayır.
Günəş şüalarından bol-bol bəhrələnən, torpaq və sudan yetərincə yararlanan üzüm çox qədimdən Sədərək rayonunda özünə yer seçmişdir. Çünki Naxçıvanın torpaq, iqlim şəraiti burada üzümçülüyün böyük sahələrdə və ilboyu intensiv becərilməsi üçün çox əlverişlidir. Elə bu baxımdan da kənd təsərrüfatının bu mühüm sektoru daim diqqət mərkəzində saxlanılır, onun inkişaf etdirilməsinə yüksək qayğı göstərilir.
Üzüm istehsalı üçün rayonun əlverişli təbii-iqlim şəraiti, onun digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə və texniki üzüm sortlarına olan daxili tələbatının yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazalarında yüksək keyfiyyətli ekoloji, təmiz süfrə üzümünə, şərab və digər üzüm məhsullarına olan yüksək tələbat bu sahənin daha da inkişaf etdirilməsini zəruri edib.

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkəmizdə, eləcə də muxtar respublikada üzümçülüyün və şərabçılığın kompleks inkişafını nəzərdə tutan mühüm fəaliyyət sənədi kimi bu sahədə çalışanlara əvəzolunmaz və geniş imkanlar verir.
Proqramın qəbul olunduğu ildən başlayaraq Sədərək rayonunda da bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bunun üçün süfrə üzümü əkini sahələri genişləndirilib, yeni üzüm bağları salınıb, tinglik təsərrüfatlarının formalaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib, üzümçülük təsərrüfatlarına lazım olan əsas və köməkçi materialların istehsalının dəstəklənməsi, üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması, üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsinin reallaşdırılması vəzifələri müəyyənləşdirilib.
İməcilik zamanı rayonun üzümçülüklə məşğul olan sakinlərindən Əli İsmayılov və Zülfüqar Hüseynov ilə həmsöhbət olduq. Söhbət zamanı bildirdilər ki, rayonda bu sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər hər kəsin ürəyincədir. Çünki bu sahə inkişafının ən yüksək zirvəsinə çatarsa bunu hər bir rayon sakini öz sosial durumunda hiss edəcək, əhalinin məşğulluğu təmin olunacaq, bu sahə ilə əlaqəli olan istehsal müəssisələri həyata vəsiqə alacaq.
Sədərək kənd sakini, sayılıb-seçilən üzümçülərdən biri olan, Mikayıl Bəbirov bildirdi ki, yeni üzüm bağlarının salınması ona dəlalət edir ki, bir neçə il sonra bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin imkanları daha da artacaq, bu da öz növbəsində işçi qüvvəsinə olan tələbatı artıracaq. Bütün bunlar ümumilikdə rayonun muxtar respublikanın bölgələri arasında ilk sıralara çıxmasına şərait yaradacaq. Hər bir rayon sakininin də ən böyük arzusu Sədərəyi bütün sahələrdə irəlidə görməkdir.
Eyni zamanda, üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, üzüm və şərab emalı müəssisələrinin fəaliyyətinin bərpası və yeni müəssisələr yaradılır. Görülən işlərin nəticəsidir ki, Sədərəkdə üzüm əkilən sahələrin miqyası ilbəil genişlənir. Təkcə bu ilin yaz iməciliklərində minlərlə üzüm qələmi torpağa basdırılıb, onların yaxşı kök atması və gələcəkdə məhsuldarlığın təmin olunması üçün aqrotexniki tədbirlərə geniş yer verilib.

S.YAQUB