Baharın gəlişi ilə muxtar respublikamızın bütün bölgələrində olduğu kimi Sədərək rayonunun təsərrüfatlarında da torpaq mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb. Bu günlərdə müxtəlif maşın və mexanizmləri, texnikaları, zəhmət adamlarını tarlalarda görmək olar. Bu gün yaz əkinlərinin sürətlə aparılması onu deməyə əsas verir ki, hər il olduğu kimi, bu il də taxılımız bol, təknələrimiz unlu olacaq.
Muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısı, onlar üçün hərtərəfli şəraitin yaradılması, texnika və gübrə ilə təchizatda tətbiq olunan güzəştlər sədərəkli torpaq mülkiyyətçiləri tərəfindən minnətdarlıqla qarşılanır, onları daha həvəslə işləməyə sövq edir. Əkin sahəsində həmsöhbət olduğumuz zəhmət adamları yaradılan bu şəraitin bu il də bolluq, bərəkət gətirəcəyinə əmindirlər.
Belə zəhmət adamlarından biri olan Qafar Zeynalovla əkin sahəsində görüşüb həmsöhbət olduq. O dedi ki, hər il müxtəlif kənd təsərrüfatı bitkiləri əkir, tarlada çəkilən zəhmət hesabına yaxşı qazanc əldə edir. Sakinlərin məşğulluğuna da töhfə verir, hər il sahələrdə mövsümi işçilər çalışır. Bundan başqa müxtəlif texnikalarla əkin və biçin zamanı digər torpaq mülkiyyətçilərinə də kömək edir. Dövlətimiz tərəfindən yaradılan hərtərəfli şərait hər il bu sahədə yeniliklər etməyə imkan verir. Ümumiyyətlə, rayonda son illərdə aqrar sahənin inkişafı hər bir torpaq mülkiyyətçisini daha da ruhlandırır, yeni-yeni uğurlar qazanmağa həvəsləndirir.
Mart ayının 29-na olan məlumata görə rayon ərazisində 102 hektarda şum qaldırılıb, 13 hektarda arpa, 2 hektarda sarımsaq, 72 hektarda yonca əkilib. Hazırda yaz əkinləri davam etdirilir.
Uzun illərdir heyvandarlıqla məşğul olan, II dərəcəli “Əmək” ordeni ilə təltif olunan, Nürəddin Əliyev dedi ki, rayonda baytarlıq xidmətinin yüksək səviyyədə həyata keçirilməsi, heyvandarlar üçün lazımi şəraitin yaradılması bu sahədə daha yaxşı nailiyyətlər qazanılmasına imkan verir. Vaxtilə süd və ət istehsalına o qədər də maraq göstərməyən kənd sakinləri indi daha həvəslə çalışırlar. Çünki, indi istehsalçıların bazara çıxış imkanları da yaxşılaşıb. Naxçıvan şəhərində hər həftənin şənbə günü keçirilən yarmarkalarda sədərəkli məhsul istehsalçıları da fəallıq edirlər. Sözsüz ki, bazara çıxış imkanları genişlənmiş, qiymətlərin həm istehsalçı, həm də istehlakçı üçün əlçatan olması da rayon heyvandarlarının ürəyincədir. Çalışacağam ki, bundan sonra da muxtar respublikada yaradılan məhsul bolluğuna öz töhfəmi verim.
Bağ salmaq babalardan qalıb deyirlər. Vaxtilə bağlardan əsər-əlamət qalmayan Sədərəkdə indi onlarla meyvə bağları var. Bağ görmək üçün heç uzağa da getmək lazım deyil. Bu gün Heydərabad qəsəbəsinin ərazisi gül-çiçəkli meyvə bağını xatırladır. Mütəmadi olaraq keçirilən iməciliklərdə qulluq görən ağaclar öz bar-bəhrələrini əsirgəmir, bol məhsulları ilə insanları sevindirirlər.
Sədərəkdə qədimdən bağçılıq əhalinin əsas məşğuliyyətindən olub. Sədərək kəndinin sakinlərindən Rizvan Dünyamalıyev 10-11 ildir ki, bu işlə məşğul olur. Meyvə bağında müxtəlif növ meyvələr yetişdirir. Baharın gəlişilə bağbanın qayğıları da artıb, işi də. Hazırda bağda budama işləri görür, ağacların diblərini yumşaldır, arxları ötən ildən qalan kol-kosdan təmizləyir.
Təcrübəli bağban deyir ki, 90-cı illərin əvvəllərindən kəndə mavi yanacaq verilişinin dayandırılması ən çox bağbanlara ziyan vurub. Bəzən elə olurdu ki, sakinlər bağlarından yaş ağacları da kəsib yandırmalı olurdular. O dövrdə heç kimi buna görə qınamaq da olmazdı. Qış aylarının soyuq keçməsi, xüsusən də evində körpə uşaq olan ailə başçılarını balta götürüb, “odun ovu”na çıxmağa məcbur edirdi. Ancaq yaxşı ki, hər şey yoluna düşdü. İndi Sədərəkdə elə bir ev olmaz ki, o elektrik enerjisi və mavi yanacaqla təmin olunmasın. Bu da təbii ki, bağların yenidən bərpa olunmasına, yeni meyvə sortlarının yetişdirilməsinə geniş imkan yaradır. Artıq sədərəkli bağbanlar qonşu ölkələrin də bağçılıq təcrübəsindən istifadə edir, yerli sortlarla bərabər, xaricdən gətirilmiş məhsuldar sortlarına üstünlük verirlər. Muxtar respublikada fəaliyyət göstərən tingçilik müəssisələrinin fəaliyyəti bu baxımdan təqdirəlayiqdir. Bu təsərrüfatlardan alınan tinglərin həm qiyməti sərfəli olur, həm də yerli təbii şəraitə uyğunlaşmış olurlar. Çalışıram ki, öz bağımda yaxşı, keyfiyyətli məhsul yetişdirəm.
Son illərdə üzümçülük də xüsusi diqqət yetirilən sahələrdən biridir. Ölkə başçısı İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı müvafiq sərəncamından sonra Sədərəkdə yeni üzüm bağlarının salınmasına başlanılıb.
Rayonda üzümçülüklə məşğul olan sakinlərdən Əli Yaqubov deyir ki, Sovetlər ittifaqının son dövründə şərabçılığa açılmış müharibə ittifaqın hər yerində olduğu kimi muxtar respublikada, eləcə də Sədərək rayonunda üzüm plantasiyalarının məhv edilməsi ilə nəticələndi. Sakinlər yalnız öz bağlarında bu sahə ilə məşğul ola bilirdilər. Təbii ki, bu əhalinin məşğulluğuna da mənfi təsir göstərirdi. Yüzlərlə insan üzümçülük infrastrukturunun dağıdılmasından sonra işsiz qaldı. Ancaq indi rayonda bu sahə yenidən dirçəldilir. Əminəm ki, bir neçə ildən sonra üzümçülük Sədərək torpaq mülkiyyətçilərinin əsas məşğuliyyətinə çevriləcək. Bu da sakinlərin rifah halına öz müsbət təsirini göstərməklə bərabər işaxtaran insanlar üçün sevindirici hal olacaq. Çünki üzümçülük elə bir sahədir ki, bu sahəyə çoxlu işçi qüvvəsi lazım olur.

S.YAQUB