Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Son günlərdə yağan yağış kənd təsərrüfatı məhsulları istehsalçılarının intizarına son qoydu, ömrünü-gününü əkinçiliyə bağlayanların nigarançılığını aradan qaldırdı. Çünki vaxtında-vədəsində yağan yağış bitkilərin inkişafını, torpaq altında qalan toxumların göyərməsini, həşəratların məhv olmasını şərtləndirən amillərdəndir.
Bol düşən yağıntı Sədərək əkinçilərinin də ürəyincə olub. Rayonun torpaq adamları yeni məhsul ilində də böyük uğurlara nail olmaq arzusundadırlar.
Bu ilin məhsulu üçün payızlıq taxıl səpini yüksək aqrotexniki səviyyədə başa çatdırılıb. Bol məhsul istehsalı yay şumunun vaxtında aparılmasından, keyfiyyətli toxum seçimindən, səpin texnikalarının saz vəziyyətdə olmasından, torpağın səpinə aqrotexniki qaydalara uyğun hazırlanmasından çox asılıdır. Rayonumuzun əmək adamları 2019-cu ilin bol məhsulunun əsasını qoymaq üçün ötən ilin payızında 2247 hektar sahədə taxıl əkini keçiriblər ki, bunun da 1718 hektarı buğda, 529 hektarı isə arpadır. Əkin zamanı şırım üsuluna üstünlük verilib. Səpin üçün əsasən yerli təsərrüfatların istehsal etdikləri toxumlardan istifadə olunub. Səpində “Əzəmətli-95”, “Bərəkətli”, “Qılçıqsız-1” və digər buğda sortlarından istifadəyə üstünlük verilib.
Bu il qışda havaların quraq keçməsi taxıl bitkilərinin inkişafını müəyyən qədər ləngidib. Çünki təcrübəli əkinçilərin, mütəxəssislərin dedikləri kimi, quraq hava şəraitində taxıl əkinlərində xəstəlik və ziyanvericilərin artması, bitkilərin zəif inkişaf etməsi ehtimalı çoxdur. Odur ki, yağışın yağması rayon taxılçılarının da böyük sevincinə səbəb olmuşdur. Onların dili ilə desək, göydən yerə nur, bərəkət, bolluq yağıb.


“Oğuz yurdu”
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter