Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Tarla-seminar müşavirə keçirilib

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Sədərək Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə rayonda əkin sahələrində siçan və siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizənin əhəmiyyəti mövzusunda tarla-seminar müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Pərvin Həsənov açaraq bildirib ki, muxtar respublikada havaların mülayim keçməsi taxıl sahələrində siçan və siçanabənzər gəmiricilərin sirayətlənmə dərəcəsi artmış, sahələrdə ziyanvericilərin vurduqları zərərlər genişlənib. Bu səbəbdən də qərara alınıb ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunsun və əkin sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasına dair tarla-seminar müşavirə keçirilsin.
Müşavirədə iştirak edən nazirliyin Fitosanitar nəzarəti bitkilərin mühafizəsi və karantini şöbəsinin əməkdaşları Əsgər Həsənov, Yaşar Quliyev və Səməddin Əsgərov hər bir gəmiricilərin xarakterik xüsusiyyətlərinin təhlilini keçirib, kimyəvi mübarizə tədbiri olaraq sinq-fosfid preparatından istifadə edilərək aldadıcı yemin hazırlanması və əyani şəkildə mübarizə tədbirlərinin hansı qaydada aparılması haqqında ətraflı izah verilib. Kimyəvi mübarizə aparılan zaman təhlükəsizlik qaydalarına ciddi əməl olunması diqqətə çatdırılıb.
Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislər tərəfindən hazırlanan buklet informasiya kitabçaları torpaq mülkiyyətçilərinə təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter