Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Ərzaq təhlükəsizliyini təmin etmək üçün bol məhsul əldə etmək lazımdır. Bunun üçün də əkin sahələrində işlər mövsümə uyğun və düzgün aqrotexniki qaydada həyata keçirilir. Bu məqsədlə rayonumuzda da lazımi tədbirlər görülür.
Rayon İcra Hakimiyyəti, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazası ilə birgə gübrələrin paylanması prosesinə start verilib. Dövlətimizin yüksək qayğısı nəticəsində sahibkarlar lazım olan gübrələrlə təmin olunublar. Beləliklə sahələrdən bol məhsul əldə etmək üçün ilk addımlar atılıb. Lazım olan aqrotexniki qurğular traktorlara quraşdırılaraq hazır vəziyyətə salınıb. Bu məqsədlə keçirilən tədbirdə sahabkarlara ətraflı məlumat verilib, gübrələrin aqrotexniki qaydalara uyğun olaraq sahələrə səpilməsi haqqında təsərrüfat sahibləri maarifləndiriliblər. Çünki lazım olan miqdardan artıq və ya az verilsə o xeyir etməz əksinə zərərli olar. Keçirilən tədbirdə torpaq mülkiyyətçilərinə məlumat verilib ki, bitkinin kök sisteminin normal inkişaf etməsi, sahədəki su ehtiyatının uzun müddət saxlanması, artıq suların axıdılması üçün torpaq yumşaq və məsaməli, onun səthi isə hamar olmalıdır. Torpağın münbitliyi əkin sahələrinin üzvü maddələrlə təmin olunması ilə bağlıdır. Belə ki, peyin, ağac və yem bitkilərinin qalıqlarından hazırlanmış müxtəlif kompostlar torpaqlarımızı həm yaxşılaşdırır, həm də qida maddələri ilə təmin edir. Gübrələr əkin sahələrinə suvarma suyu vasitəsi ilə verilir. Bundan əlavə gübrələri bitkilərə çiləmə üsulu ilə də vermək olar.

“Oğuz yurdu”
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter