Sağlam həyat tərzi » OĞUZ YURDU
Contact Us






Sağlam həyat tərzi

Baxılıb: 12


Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərində “Sağlam həyat tərzi” ilə bağlı tədbir keçirilib.
Tədbirdə Poliş Şöbəsinin yetkinlik yaşına çatmayanlar üzrə inspektor, polis baş leytenantı Qulu Quluyev çıxış edərək bildirdi ki, idman, bədən tərbiyəsi hər bir insanın sağlam yaşaması üçün vacib şərtlərdən biridir. İdman sağlamlığı və cəmiyyətin inkişafını təmin edən ən vacib amildir. İdmanla məşğul olan insanlar fiziki cəhətdən sağlam olduqları kimi ruhən də sağlam olurlar.
Tədbirdə qeyd olundu ki, “İdman həyatımızın ayrılmaz hissəsidir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir” deyən ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısı ilə Azərbaycanda, idman özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. İdmanın və bədən tərbiyəsinin inkişafı, eləcə də Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılması sahəsində mühüm tədbirlər həyata keçirilmiş, müasir idman infrastrukturu yaradılmışdır. Bütün bunlar idmana göstərilən dövlət qayğısının əyani sübutudur.
Naxçıvan Muxtar Respublikasında da bədən tərbiyəsi və idmana hərtərəfli qayğı və diqqət göstərilir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, muxtar respublikamızda idmanın maddi-texniki bazası gücləndirilmiş, bədən tərbiyəsi və idmanın kütləvi hal alması üçün müasir olimpiya kompleksləri və digər idman obyektləri tikilərək gənclərin istifadəsinə verilmişdir. İdman və idmançılara göstərilən bu qayğı, yaradılan müasir şərait öz növbəsində muxtar respublikamızı beynəlxalq və yüksək səviyyəli yarışların keçirildiyi bir məkana çevirmişdir.
İdman üçün yaradılan bu müasir infrastruktur rayonumuzda da özünü göstərir. Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunda da müasir idman məktəbləri və qurğuları istifadəyə verilib.
Vurğulandı ki, gənclərimiz yaradılan bu şəraitlərdən yüksək səviyyədə istifadə edərək sağlam mühitdə böyüməli, dövlətinə, millətinə layiqli vətəndaş olmalıdırlar.
Tədbirdə rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov, voleybol komandasının məşqçisi Lətif Salahov, Yunan-Roma güləşi üzrə məşqçi Orxan Babayev, karate-do üzrə məşqçi Eldəniz Əliyev və yüngül atletika komandasının məşqçisi Samil Hüseynov mövzu ətrafında çıxışlar ediblər.

Ülvü HƏSƏNOV
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu