Sədərək Rayon Mədəniyyət Sarayında “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov keçirilən oyunların mahiyyəti haqqında məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına əsasən il ərzində bir sıra intellektual oyunların, mədəni-kütləvi tədbirlərin, idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Bu gün də keçirilən olimpiadanın Sədərək rayon birinciliyi həmin Tədbirlər Planına əsasən təşkil olunub. Qeyd edilib ki, olimpiadanın keçirilməsində məqsəd yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunların kütləviliyinin təmin edilməsidir. Muxtar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək olimpiadanın Naxçıvan Muxtar Respublika birinciliyi may ayında təşkil olunacaqdır.
Olimpiada çərçivəsində yarışlar “Xəmsə” milli intellektual oyunu, “Poliqon” strateji intellektual oyunu və “Vətəni tanı” intellektual oyunu üzrə vahid turnir şəklində keçirilib.
“Xəmsə” milli intellektual oyununun yekun nəticələrinə görə Sədərək kənd 2 nömrəli tam orta məktəbin “Qeyrət qalası” komandası I yerə, Heydərabad qəsəbə tam orta məktəbin “Qartal” komandası II yerə, Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Günnüt” komandası III yerə çıxıb.
“Poliqon” strateji intellektual oyununda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən Sədərək kənd 2 nömrəli tam orta məktəbin “Mübariz” komandası I yerə, Qaraağac kənd tam orta məktəbin “Əlincə” komandası II yerə, Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Şahin” komandası III yerə çıxıb.
“Vətəni tanı” intellektual oyununda Azərbaycanın xəritəsini daha tez və tam olaraq quran Sədərək kənd 2 nömrəli tam orta məktəbin “Sərhədçi” komandası I yerə, Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Qarabağ” komandası II yerə, Qaraağac kənd tam orta məktəbin “Qaraağac” komandası III yerə çıxıb.
Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunub. Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadada 60-dan artıq yeniyetmə iştirak etmişdir.
Qeyd edək ki, qalib komandalar may ayında keçiriləcək muxtar respublika birinciliyində rayonumuzu təmsil edəcəklər.

Hidayət SEYİDOV