“Yay məktəbi” adı altında onlayn açıq dərs keçilib

    “Yay məktəbi” adı altında onlayn açıq dərs keçilib


    Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəbdənkənar müəssisələri əhatə edən “Yay məktəbi” adı altında onlayn videodərslərin keçilməsinə start verilib. Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə tədbirlər planına əsasən yay tətili dövründə uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi ilə əlaqədar olaraq “Yay məktəbi” adı altında onlayn açıq dərs keçilib. Açıq dərsdə Təhsil Şöbəsinin əməkdaşları, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Açıq dərsin keçilməsində məqsəd uşaqların yay tətili dövründə asudə vaxtlarını səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılmasından ibarətdir. Açıq dərsdə Uşaq-GənclərYaradıcılıq Mərkəzinin Bədii tikmə dərnəyinin rəhbəri Şəlalə Həmzəyeva “Bədii tikmənin növləri “mövzusunda çıxış edərək bildirmişdir ki, tikmə və toxuma sənətində müxtəlif növ sap, parça, muncuq, pilək və sair bədii materiallardan istifadə edilir. Burada ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daş-qaşdan da geniş istifadə edilmişdir. Bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənirdi. Azərbaycan bədii tikmələrində və toxumalarında ən çox işlədilən ornamentlər bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardır. Bədii tikmələrin, toxumaların həndəsi ornament, naxışları düz və sınıq xətlərdən, ziqzaqlardan, üçbucaqlardan, dördbucaqlardan, altı, səkkizguşəli ulduzlardan, romblardan, ulduzcuqlardan və günəşin rəmzi təsvirlərindən ibarətdir. Bədii tikmələrdə və toxumalarda quş növləri – bülbül, tovuz quşu, göyərçin, tutuquşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər. Azərbaycanda məişətdə məşhur geniş yayılmış bədii tikmə növlərindən güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, “quş gözü” texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, “düymələmə”, qurama, spiralşəkilli tikiş və file üzərində işdir. Dərnək rəhbəri diqqətə çatdırdı ki, bütün tikmə növlərindən ən qədimi qızılı və gümüşü saplarla bədii tikmələrdir. Əsasən, çox sıx parçadan istifadə edilirdi. Bu bədii tikmə növü bir terminlə – güləbətin adlanırdı. Güləbətinlə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, ev-məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Rəngli ipək saplarla işlənmiş bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdır. XIX əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri idi. Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu. Bədii tikmələrdə geniş tətbiq edilən digər texnika saya tikmə idi. Saya bədii tikmənin iki növü vardır, ikitərəfli və birtərəfli. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və sair naxışlar vurulurdu. Nadir hallarda rast gəlinən file üzərində iş və merejka çox gec yayılmış və dar çərçivədə tətbiq olunur. Bu əl işi növü dəsmal, üz örtüyünün bəzəyi üçün daha xarakterikdir, deyə vurğulanmışdır. Açıq dərsin sonunda müəllim şagirdləri maraqlandıran sualları cavablandırılıb.
    Gülnarə HÜSEYNOVA

    Oxunub : 27


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    Hazırladı: Murad Orucov
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR
    SƏDƏRƏYİN BİR YAY GÜNÜ İdmanın yüngül atletika növü üzrə açıq hava rayon birinciliyi “Yay məktəbi” adı altında onlayn açıq dərs keçilib Kino sənəti tariximizi yaşadan salnamədir 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür Dövlət-xalq-ordu birliyinin daha bir nümunəsi Sədərək torpaqlarının bərəkəti Azərbaycan milli mətbuatı - 145 Yeni quruculuq ünvanları Taxıl biçini başa çatdı Günvurma və istivurmadan özümüzü qoruyaq Bayraq Meydanının tikintisi davam edir Sədərək Dünən-Bugün (FOTO) Rayonumuzda taxıl biçini davam edir Görülən bütün işlər sağlam gələcəyimiz üçündür Yaşıllıqların artırılması diqqət mərkəzindədir (FOTO) Məşqçi və idmançıların mükafatlandırılması diyarımızda idmana göstərilən diqqətin təzahürüdür. : FOTO QADINLARIN İQTİSADİ SAHƏDƏ FƏALLIĞI ARTIRILIR Dezinfeksiya işləri aparılıb (FOTO) Əsgərlərə sovqat aparılıb Torpaq çörəyi, insan isə əməyi ilə… Taxıl biçini davam edir Radio-televiziya verilişləri stansiyasının inzibati binasında işlər davam edir Bayraq Meydanının tikintisi davam edir İşğaldan azad edilən ərazilərdəki əkin sahələrinə aqrotexniki qulluq göstərilir Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir