Rayon Prokurorluğunun təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” adlı tədbir keçirilib.
Tədbirdə Rayon Prokurorluğunun müstəntiqi Elvin Zeynalov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında dövlətlə cəmiyyət arasında bağlanmış ictimai müqavilə olan və ölkədəki bütün qanunların ən alisi olan Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində yazılır ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Bu o deməkdir ki, hər bir vətəndaş, insan əmək fəaliyyəti ilə həm özünün, həm də toplu olaraq cəmiyyətin yararına çalışır. Bəs ölkədəki əmək münasibətləri hansı qanunvericilik aktı ilə tənzimlənir? Azərbaycan Respublikasında qüvvədə olan Əmək Məcəlləsi vardır. Həmin məcəllə bütün əmək münasibətlərinə dair hüquqi mənada çox geniş sahəni nizamlayır.
Bildiyimiz kimi, bizim ölkəmizdə cinsindən və ya yaşından asılı olmayaraq müxtəlif sahələrdə istər özəl sektorda, istərsə də dövlət idarə və təşkilatlarında bir çox insan çalışır. Bu işçilərin hüquqları və vəzifələri ümumi əsaslarla öncəliklə Əmək Məcəlləsi ilə müəyyən edilir. Bizim ölkədə çalışan qadınlar hansı sahədə işləməsindən asılı olmayaraq kişi cinsli işçilərlə qanunla eyni hüquq və vəzifələrə malikdirlər. Ancaq Əmək Məcəlləsində ayrıca bir fəsil var ki, orada qadınların əmək hüququna dair bəzi fərqli müddəalar yer almışdır.
Sonra Elvin Zeynalov hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması, hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi, uşağın yedizdirilməsi üçün fasilələr, qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması, uşaqlarını anasız böyüdən işçilər üçün təminatlar haqqında ətraflı məlumat verdi.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
“Oğuz yurdu”
Maarifləndirmə tədbiri keçirilib


Yayım tarixi :10-04-2019, 09:57

Oxunub : 140
Digər Xəbərlər
Çox Oxunanlar
1/5
Gündəm
Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir
Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib
Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir
Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti
Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Texnologiya Xəbərləri
Dünya Xəbərləri