AKTUAL

    Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub

    Xatirə Muzeyi ilə məktəblər arasında aparılan  interaktiv dərsə Sədərək rayon  məktəbləridə qoşulub


    [justify] Yanvarın 18-də Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın ümumtəhsil, orta ixtisas və peşə məktəbləri arasında interaktiv əlaqə yaradılıb. İnteraktiv dərsdə Sədərək rayonunun tam orta məktəbləri də aktiv iştirak ediblər.
    İnteraktiv dərs 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunub. Xatirə Muzeyinin bələdçisi bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar saxlanılır. Eyni zamanda muzeydə qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.
    Qeyd olunub ki, Xatirə Muzeyi azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırım aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlarla zəngindir. Muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri soyqırımları əks etdirən sənədlər, şəkillər, hadisələri tarixi faktlarla oxuculara çatdıran qiymətli kitablar vardır.
    Qəhrəmanlıq və qürur tariximiz olan 20 Yanvar faciəsi barədə danışan bələdçi deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Azərbaycanı sovet imperiyasının buxovunda saxlamaq və sovet rejiminin hegemonluğunu hələ uzun müddət davam etdirmək məqsədilə Bakıya ordu yeridilib, misli görünməmiş qətliam törədilib.
    Diqqətə çatdırılıb ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək insanlığa zidd aksiya kimi pisləyib. Əsl vətəndaşlıq və ümummilli mübarizəyə çağırış məqamı olan bu addım Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mübarizədə əsas stimul olub. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
    Vurğulanıb ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndləri də erməni silahlılarının işğalçı hücumlarına məruz qalıb. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal edilib, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlayıb. Hazırda muzeydə Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar vardır. Həmçinin həmin hadisələr zamanı şəhidlik zirvəsinə ucalan Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları da nümayiş etdirilir.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə aparılan interaktiv dərsi muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbindən izləyiblər.

    Oxunub : 26


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Azərbaycan Respublikası Qanunlarına əsasən Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    Hazırladı: Murad Orucov
    SON XƏBƏRLƏR
    Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir Fənn olimpiadasının rayon mərhələsi keçirilib Kitab müzakirəsi keçirilib Oğuz yurdu Sədərək Şahmat üzrə rayon birinciliyi keçirilib 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Uşaq gənclər şahmat məktəbində Ustad dərsi keçirilib Yoldaşlıq görüşü İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddır Sədərək kənd 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib Açıq birincilikdə gənc idmançılarımız uğurlar əldə ediblər Sədərək rayon mədəniyyət sarayında konsert təşkil olunub 20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub Rayonumuzda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir 20 Yanvara həsr olunmuş bir dərs saatı Mərkəzi Xəstəxanada rayon sakinləri müayinə olunublar UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR Sədərəyin qədim tarixinin güzgüsü Ailə təsərrüfatları rayonumuzun inkişafında səmərəli rol oynaya bilər Yeniyetmə və gənclər rayon Tarix-Diyarşünaslıq muzeyində olublar Yeniyetmə dəri əlcək sahibi qalib adını qazanıb İnşa müsabiqəsi Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR
    File engine/metagen.php is in the folder, which is available to write (CHMOD 777). For security purposes the connection files from these folders is impossible. Change the permissions on the folder that it had no rights to the write.