Sədərəyin Novruz adətləri

    Sədərəyin Novruz adətləri


    Sədərəyin Novruz adətləri

    Azərbaycan mifoloji düşüncəsində dərin köklərə bağlı olan Novruz bayramının yaşı olduqca qədimdir. Bu milli bayram xalqın bütün etnogenetik ənənəvi xüsusiyyətlərini tam aydınlığı ilə nümayiş etdirməkdədir. “Novruz bayramı” ifadəsi, ilk növbədə, mövsümlərin dəyişməsini, yazın gəlişini ağıllara gətirir. Bayrama qədər etnoqrafik ənənələr silsiləsi mövcuddur. Müasir insanın əsas hərəkət meyarı zaman və vaxt anlayışları ilə ölçülür. Bəs qədim zamanlarda əcdadlarımız illərin, günlərin, ayların yerini necə təyin edirdi? Əski xalq inanclarında təqvim təbii hadisələrin ardıcıllığı ilə izah olunurdu: Qışın axırıncı ayı el arasında “Ağlar-gülər”, “Boz ay”, “Alaçalpo”, “Çilləbeçələr” adlanır. Boz çillədə qışın yatıraraq dondurduğu təbiəti yaz dörd həftədə oyadır. Bütün əlamətlərinə görə xalq deyimləri ilə üst-üstə düşən çillələr insanları Novruz bayramına yaxınlaşdırır.
    Xalq arasında söylənən rəvayətə görə, qədim zamanlarda aylar çox imiş. İlin günlərini qarışdırmamaq üçün günlər aylara verilir. Hər aya 32 gün düşür. Payına 14 gün qalan boz ay da küsür. Ayların hər birindən bir gün alıb boz aya verirlər. 25 günlə də razılaşmayanda ayların yarısından bir gün alınır. Bununla da boz ay 31 gün olur. Ayların isə bəziləri 28-29, 30 gün olur. Bütün aylardan gün aldığından boz ay gah qışın soyuğunu, gah da ki, yazın xarakterini özündə əks etdirir. Xalq arasında boz ay mövsümlərin ən şıltaq ayı hesab olunur. Dörd çərşənbə, yəni çilləbeçələr Naxçıvanda “əvvəl”, “quyruqlu”, “külə”, “axır çərşənbə” adları ilə bilinir.
    Birinci, əvvəl, əzəl çərşənbədə su oyanır. Havanın sərtliyi bu oyanışı hiss etdirmir. Buna bəzi yerlərdə “yalan çərşənbə” də deyilir. Əski türk inanclarında yaradılışın ilki və başlanğıcı su ilə bağlıdır. Məlum olduğu kimi, yaranan bütün canlı varlıqların əsası su ilə bütövləşir.
    İlaxır çərşənbə od çərşənbəsi olaraq tanınmaqdadır. Bu zaman istilik və hərarət artmağa başlayır. Od-Günəş əski insanın mifoloji baxışlarında maraqla qarşılanan məfhumdur. Kosmoqonik miflərdə Günəş insanlaşdırılaraq qız kimi təsvir olunur.
    Sədərək bölgəsinə xas adətlərin bir çoxu islamdan öncəki əski türk inamlarına bağlıdır və inamların milli ifadə tərzi bayramı müqəddəsləşdirən səbəb kimi görünməkdədir. Yerli sakinlərin söylədiyinə görə, keçmişdə bu bölgədə bütün çərşənbələrdə od yandırarmışlar. Onlarla söhbət zamanı aydın oldu ki, dağlıq bölgələrdə yüksək təpələrdə od yandırılması şər qüvvələrin qovulması deməkdir. İlin son çərşənbəsi ilaxır ocaq çatmaqla, tonqallar yandırmaqla bayram edir. Od ətrafında hamı yığılır və odun üzərindən atlanan zaman:
    Atıl-ütül, çərşənbə,
    Çilləm tökül, çərşənbə,–
    subaylar isə:
    Bəxtim açıl, çərşənbə,–
    deyərlər.
    Od üzərindən atlanmaq təmizlik və arınma anlamı daşıyır. İlaxır çərşənbədə ocaq yandırmaq soy artımına da işarədir. Hətta elindən, yurdundan köç etmiş ailələr belə, bu müqəddəs gündə ona məxsus evdə işıq yandırar, ocaq çatarlar. Çərşənbə ocağı öz-özünə sönməlidir. Səhər isə qadınlar ocağın külünü torpağa, ağacların üzərinə tökərək yüksək səslə “ağaclarım, bar gətir, ağaclarım, bar gətir”,– deyərlər. Burada ocaq inamının və yurd anlayışının izləri aydın görünməkdədir. İnama görə, ocağı su ilə söndürməzlər, yoxsa ocaq sahibi adama zərər toxundurar.
    Yerli sakinlərlə söhbətimiz zamanı Sədərəkdə çərşənbələrlə bağlı bir çox maraqlı adətlər olduğunun şahidi oluruq. Məsələn, bu bölgəmizdə çərşənbələri həm də cəmilələr adlandırırlar. Nişanlı qızlar bayram günündə oğlan evi tərəfindən gətirilmiş yeni patlarları geyinir, nişanlısının qohumları ilə birlikdə bulaq başına gedərlər. Qeyd edim ki, rayonumuzda el arasında bulaq başı adlanan məhəllə də var.
    Sədərəkdə bayram günü sübh tezdən qadınlar, xüsusilə də yaşlı nəsil bulağa gedərək evlərinə su və bulaqda olan balaca daşlardan gətirirlər. Gətirdikləri su ilə evin hər tərəfinə su çiləyərlər. Evdə yatanların üzlərinə su səpərək oyadarlar. Bulaqdan gətirilən balaca daşları isə evin hər küncünə qoyarlar. Məqsəd isə odur ki, il ərzində evlərdə xeyir-bərəkət, bolluq olsun.

    Sədərəyin Novruz adətləri
    Bəzi bölgələrdə ilaxır çərşənbədə də qohumlara pay apararlar. Sədərəkdə isə yalnız Novruz bayramı günü pay apararlar.
    Bayram üçün bişirilən yeməklərdə adətən acı ədviyyatlardan istifadə edilməz. Səbəb isə acılığın olmamasını arzulamaq, yalnız şirinlik, mehribanlıq olmasını diləməkdir. Bunun üçün də şirniyyatlardan daha çox istifadə edilir.
    Amma bütün bunlarla bayram bitmir. Sadəcə, bir neçə gündən sonra Novruz bayramı yenə böyük sevinclə qeyd olunur. Novruz bayramı yeni ilin başlanğıcı sayılır. Təqvim təbiətin oyanışı ilə hesablanır. Bayram süfrəsinin gözəlliyi səməni və yeddi cür çərəzdən (yeddi ləvindən) hazırlanan xonçadır.
    Göründüyü kimi, Sədərəkdə Novruz mərasimləri digər bölgələrimizlə müqayisədə özünəməxsus adət-ənənələri ilə keçirilir. Adət-ənənələrimizi, milli dəyərlərimizi qoruyub saxlamaq baxımından bu bölgə həmişə seçilib, fərqlənib. Qədim diyarımızın sakinləri milli kökə və adət-ənənələrə qırılmaz tellərlə bağlı olduğu üçün bundan sonra da el bayramımız olan Novruzu böyük sevinclə, təntənəli şəkildə qeyd edəcək, onu qoruyub gələcək nəsillərə ən dəyərli milli bayram kimi çatdıracaqlar. Min illərdir, olduğu kimi, Novruz ənənələri bundan sonra da yaşadılacaqdır.


    “Oğuz yurdu”

    Oxunub : 87


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    Hazırladı: Murad Orucov
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR
    SƏDƏRƏYİN BİR YAY GÜNÜ İdmanın yüngül atletika növü üzrə açıq hava rayon birinciliyi “Yay məktəbi” adı altında onlayn açıq dərs keçilib Kino sənəti tariximizi yaşadan salnamədir 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür Dövlət-xalq-ordu birliyinin daha bir nümunəsi Sədərək torpaqlarının bərəkəti Azərbaycan milli mətbuatı - 145 Yeni quruculuq ünvanları Taxıl biçini başa çatdı Günvurma və istivurmadan özümüzü qoruyaq Bayraq Meydanının tikintisi davam edir Sədərək Dünən-Bugün (FOTO) Rayonumuzda taxıl biçini davam edir Görülən bütün işlər sağlam gələcəyimiz üçündür Yaşıllıqların artırılması diqqət mərkəzindədir (FOTO) Məşqçi və idmançıların mükafatlandırılması diyarımızda idmana göstərilən diqqətin təzahürüdür. : FOTO QADINLARIN İQTİSADİ SAHƏDƏ FƏALLIĞI ARTIRILIR Dezinfeksiya işləri aparılıb (FOTO) Əsgərlərə sovqat aparılıb Torpaq çörəyi, insan isə əməyi ilə… Taxıl biçini davam edir Radio-televiziya verilişləri stansiyasının inzibati binasında işlər davam edir Bayraq Meydanının tikintisi davam edir İşğaldan azad edilən ərazilərdəki əkin sahələrinə aqrotexniki qulluq göstərilir Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir