Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Sədərək rayonunda milli dəyərlər qorunur, yaşadılır

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
“... Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

Hər bir ölkənin milli dəyərləri öz tarixindən, milli köklərindən, sosial həyatından qaynaqlanır, inkişaf edir və dəyər daşıyır. Milli dəyər bir mənada xalqların milli kimliyinin özünəməxsus cəhəti kimi çıxış edir, onu başqa etnoslardan fərqləndirir. Vahid bir milli kökə, zəngin tarixə malik olan Azərbaycan xalqının da tarixən formalaşdırdığı, ona yeni forma və məzmun verdiyi və sadiq olduğu milli dəyərləri var. Azərbaycan xalqının milli dəyərləri dedikdə xalqımıza məxsus dil, incəsənət, adət-ənənə, din, tarix, ədəbiyyat, milli ideologiya və bir çox millilik daşıyan dəyərləri qeyd etmək olar. Məhz bu səbəbdən də “Milli dəyərlərini qorumayan xalq özünüdərk prosesini yaşaya bilməz” ifadəsinin necə əsaslı bir ifadə olduğunu anlaya bilərik. Qeyd edilməlidir ki, ölkəmizdə, xüsusən, Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimizin qorunması, onun inkişafı daim diqqətdə saxlanılır. Sədərək rayonunda da milli ənənələrimiz, dəyərlərimiz yaşadılır və gələcək nəsillərə çatdırılır. Keçən əsrin sonlarında Naxçıvandan başlanan Milli Azadlıq Hərəkatında Sədərək rayonu da mühüm rol oynayıb. Buraya erməni daşnakları tərəfindən hücum edilsə də, öz mühüm milli dəyərlərindən olan vətənpərvərlikləri nəticəsində sədərəklilər düşmənə layiqli cavab verdilər. Sədərəyin qorunması üçün gecə-gündüz çalışan ulu öndər Heydər Əliyevə və öz xalqına arxalanan sədərəkli gənclər muxtar respublikamızın digər bölgələrindən olan vətənpərvər oğullarla əl-ələ verərək düşmən hücumunun qarşısını aldılar. Bu milli dəyərlərimizin baş tacı olan milli vətənpərvərliyin burada tam mənası ilə yaşandığının ən gözəl nümunələrindən idi.

Sədərək rayonunda  milli dəyərlər qorunur, yaşadılır


Sədərək əhalisi içərisində milli ənənələrimizdən olan ağsaqqallara, böyüklərə hörmət bəsləmək mühafizə edilib, qorunub. Hər küçədə, yolda, ictimai yerlərdə gənclərin böyüklərə hörmət etməsi, onlara müəyyən işlərdə qarşılıqsız olaraq köməklik göstərməsi milli ənənələrin qorunmasını göstərir.
Milli dəyərlərimiz tariximizlə birbaşa əlaqəlidir. Sədərəkdə milli tariximizin göstəriciləri olan madi-mədəniyyət nümunələri daim mühafizə olunur, ziyarət edilir, qorunur. Tarixi minilliklərə qədər gedən, bir çox hadisələrin canlı şahidi olan Sədərək qalası bu nümunələrdən biridir. Vəlidağında yerləşən bu qalada arxeoloji qazıntılar aparılıb. Orada tapılan maddi-mədəniyyət nümunələri Sədərək rayon Tarix Diyarşünaslıq Muzeyində sərgilənir. Heydərabad qəsəbəsində yerləşən bu muzeyə maraq böyükdür. Hər gün öz ziyarətçilərini qəbul edən muzeydə milli tariximizi əks etdirən eksponatlar böyük maraq doğurur. Rayon ərazisində yerləşən Ağoğlan piri də Sədərək qalası kimi qədim tarixi özündə əks etdirir. Sədərəklilər buranı ziyarətgaha çevirmiş, ən çətin anlarda da buraya gələrək dualar etmişlər.
Milli dəyərlərimizin xüsusi hissəsi olan milli bayramların rayon ərazisində təntənə və sevinclə qeyd edilməsi, bayramlarda keçmiş ənənələrimizin canlandırılması, yerli əhalinin milli mentalitetimizin önəmli bir bölməsi olan milli bayramlarımızı öz saflığı və ilkin formasıyla yaşatdığını göstərir. Hər bayram adət-ənənələrə uyğun olaraq böyüklər ziyarət edilir, bayram namazları qılınır, kiçiklərə hədiyyə verilir. Bu əsrlərdən bəri mehriban, qonaqpərvər, varlığı ilə bütün regiona sülh, ədalət, sevgi bəxş edən Azərbaycan xalqının yaratdığı dəyərlərdir, bu dəyərlərə bağlılıqdır. Hər bayramda rayonunun mərkəzi Heydərabad qəsəbəsində bayram şənlikləri təşkil edilir, ənənələr yerinə yetirilir. Tarixi bayramlar da eyni həvəslə, şənliklə qeyd edilir.
Sədərəkdə milli dəyər nümunəsi olan milli musiqi alətlərinə olan maraq da olduqca yüksəkdir. Bir çox məktəbli Rayon Uşaq Musiqi Məktəbində müxtəlif ixtisaslar üzrə təhsil alırlar. Burada arxada qoyduğumuz 2018-ci ildə milli musiqi alətləri olan tar, kamança, saz və balaban ixtisası üzrə qruplar təşkil edilib. Bununla yanaşı qədim Azərbaycan milli yallı növləri yaşadılır, yeniyetmələrə öyrədilir. Uşaq Musiqi Məktəbində təşkil edilən “Tejgar” yallı qrupunun üzvləri uşaqlardır. Tejgar yallı qrupu qısa zamanda böyük uğurlar əldə edərək bir çox müsabiqələrdə yaxşı nəticələr göstərir. Hər bir tədbirdə, konsert proqramında musiqi məktəbinin şagirdləri milli patlarlar geyinir, bu ənənəni yaşadırlar.
Hər evdə milli yeməklər bişirilən Sədərək rayonunda məşhur Sədərək çörəyi süfrələrin baş tacı olaraq qalır. Sədərək çörəyi bişirilən təndirlər, çörək sexləri öz fəaliyyətlərini davam etdirir.
Yaxın zamanlarda yenidən bərpa olunaraq istifadəyə verilən Xalçaçılıq mərkəzində milli istehsal sahəsi olan xalçaçılıq sənəti də yaşadılır. Burada milli naxışlarla toxunan xalçalar göz oxşayır. Xalça toxumaqla məşğul olan qadınlar bu sənəti gənc qızlarımıza da öyrədir.
Xalçaçılıqla bərabər toxuculuq, əl sənətləri sərgiləri tez-tez təşkil edilir, istedadlı qadınların əl işlərinə maraq göstərilir.
Hər il burada Mədəniyyət Sarayında fəaliyyət göstərən Folklor kollektivinin iştirakı ilə “Xalq Yaradıcılığı Günü” keçirilir. Milli dəyərlərimiz burada canlandırılaraq, xalqımızın zəngin dəyərləri nümayiş olunur.
Yenidən bərpa olunaraq abad, təhlükəsiz, müasir yaşayış məntəqəsi olan Heydərabad qəsəbəsində hər bir yeni tikili milli ornamentlər tətbiq olunaraq inşa edilir.
Dinimiz İslama, pirlərə, müqəddəs ziyarətgahlara, məscidlərə xüsusi önəm verən yerli əhali arasında bu sahəyə də diqqət ən yüksək səviyyədədir. Xüsusi günlərdə, bayramlarda elliklə məscidə getmək, ibadətlər etmək, dualar etmək ənənə halına çevrilmişdir.
Tez-tez Sədərəkdə milli dəyərlərə sadiqliyin üst səviyyədə olması ilə bağlı televiziya verilişləri, reportajlar, məqalələr yayımlanır. Əlbəttə, bu özü bir daha milli dəyərlərə bağlılığın, onları qoruyaraq yaşatmağın müqəddəs bir vəzifə olduğunu daha geniş şəkildə təbliğ edilməsinin vacibliyini bildirir.
Ümumiyyətlə Sədərəkdə milli dəyərlər yaşadılır. 2012-ci ildə Naxçıvan Muxtar Respublikasında “Milli Dəyərlər İli” elan edilməsi də bunun bariz nümunəsidir. Bu sahə dövlətin dəstəyi ilə canlandırılmaqla bundan sonrakı fəaliyyətlər üçün bir növ ciddi və əhəmiyyətli addımın başlanğıcı olmuşdur. Sədərək rayonunda da bu dəyərlərin, milli mentalitetimizin bütün sahələri diqqətdə saxlanılır və gələcək nəsillərə ötürülür. Dövri-zaman dəyişir, fərqli mədəniyyətlər yayılır. Lakin sədərəklilər öz dəyərlərini mühafizə edir və onları qoruyur. Həyatlarını bu dəyərlərlə formalaşdıraraq milli dəyərlərimizə sadiqlik nümayiş etdirirlər.


“Oğuz yurdu”
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter