Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada muzeylərə kollektiv gedişi təmin edib. Sərəncama uyğun olaraq, “Muzey günləri”nin tərtib olunması müxtəlif təşkilatların kollektivlərinin muxtar respublikadakı muzeyləri ziyarət etməsinə, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi və milli dəyərlərimizi özündə yaşadan eksponatlarla əyani tanış olmasına şərait yaradıb. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də belə mədəni tədbirlər davam etdirilir.
Ötən həftə Sədərək Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin yerli qurumunun, Heydərabad qəsəbə və Sədərək kənd icra nümayəndəlikləri, “Oğuz yurdu” qəzetinin və rayon Dövlət Arxivinin kollektivləri rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Muzeyin fond müdiri Novruz Əliyev rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələnlərə Sədərəyin tarixi, yaşayış məskənləri, tarixi yer adları, maddi-mədəniyyət nümunələri, xalçalar, kənd təsərrüfatı alətləri haqqında məlumat verib. O, bildirib ki, muzeydə 2373 adda eksponat saxlanılır. Bu eksponatlar muzey əməkdaşları tərəfindən qorunur və muzeyi ziyarətə gələnlər tariximiz, qədim insanların məşğuliyyəti və sairə haqqında məlumat almaq istəyənlərə ətraflı məlumat verilir. Bununla yanaşı İkinci Dünya Müharibəsi illərində, Şəhidlər və şəhidlərə aid olan əşyaların nümayiş olunduğu guşə, Sədərək rayonunun yetirmələri, Sədərək qeyrət qalası, Sədərək rayonu müstəqillik illərindən sonra aparılan quruculuq və abadlıq işlərini əks etdirən fotoşəkillər nümayiş olunur.
Sonra muzeyi ziyarət edənləri maraqlandıran sualları muzey əməkdaşları cavablandırdılar. Muzeyi ziyarət edən vətəndaşlardan Şərafəddin Şükürov, Tofiq Nağıyev, Fuad Zeynallı Tarix-Diyarşünaslıq Muzeyindəki eksponatlarla daha yaxından tanış olduqlarını bildiriblər. Gördükləri hər bir eksponatın onlarda maraq oyatdığını, maddi-mənəvi sərvətlərimizin qorunduğu bu məkanda olduqlarından və onlar haqqında maraqlı məlumatlar aldıqları üçün məmnun olduqlarını bildirərək, yüksək əhval-ruhiyyə ilə oradan ayrılıblar.
Rayonun idarə və təşkilatları muzeydə olublar


Yayım tarixi :31-01-2019, 23:54

Oxunub : 147
Digər Xəbərlər
Çox Oxunanlar
1/5
Gündəm
Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir
Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib
Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir
Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti
Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Texnologiya Xəbərləri
Dünya Xəbərləri