Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı” mövzusunda oxucu konfransı keçirilib.
Konfransda rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Kəmalə Əliyeva ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqaf­qaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir. İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” povestini də bu dövrdə yazmışdır.
Kəmalə Əliyeva Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan böyük yazıçı və ictimai xadim, Naxçıvan ədəbi mühitinin yetirməsi, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə ətraflı danışıb. Bildirib ki, Vətən, millət, dil Cəlil Məmmədquluzadə yaradıcılığının əsas mövzusu olub. Görkəmli ədibin publisistikası, dram əsərləri Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur. Milli ideyalılığı, xalqa bağlılığı, ana dilinə məhəbbəti, eləcə də müasirliyi və bəşəri dəyərləri təbliğ edən yazıçının zəngin irsi xalqımızın ədəbiyyat tarixində və yaddaşında unudulmaz yer tutub.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısından da bəhs edib. Diqqətə çatdırıb ki, ölkəmizdə bir sıra mədəni-maarif müəssisələrinə ədibin adı verilib. Onun vaxtilə müəllimlik etdiyi yaşayış məntəqəsinə Cəlilkənd adı verilib. Bakı və Naxçıvanda Cəlil Məmmədquluzadənin ev-muzeyləri, Nehrəm və Cəlilkənddə xatirə muzeyləri yaradılıb. Həmçinin Naxçıvan və Cəlilabadda ədibin heykəli ucaldılıb. Görkəmli yazıçının əsərləri latın qrafikası ilə yenidən çap olunub, bir sıra xarici dillərə tərcümə edilib, yaradıcılığının tədqiqi və təbliği istiqamətində mühüm işlər görülüb.
Konfransda Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi İnci Seyidova, “Molla Nəsrəddin” jurnalı, mərkəzi kitabxananın “İnci ədəbi məclisi”nin və rəsm dərnəyinin üzvü Gülay Bağırzadə “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” mövzularında çıxış ediblər.
Tədbirin sonunda “Oxunması zəruri olan kitablar”ın sərgisinə baxılıb.


Zülfiyyə HƏSƏNOVA


Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə “Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi” ilə bağlı tədbir keçirilib.
Tədbirdə məktəbin müəllimi Tahirə Qasımova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən bu il böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi qeyd edilir. Azərbaycan publisistikasını, dramaturgiyasını bənzərsiz əsərlərlə zənginləşdirən, yeni bir ədəbi məktəb yaradan, “kiçik hekayənin böyük ustadı” kimi tanınan qüdrətli naşir “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu.

Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə  bağlı tədbirlər keçirilib
Qeyd olundu ki, ədibin yaradıcılığında bir müddət onun Nehrəmdə yaşayıb fəaliyyət göstərdiyi dövr xüsusi yer tutur. Burada dərs dediyi illərdə fəaliyyətini millətin maariflənməsinə, qəflət yuxusundan oyanmasına, tərəqqisinə həsr edən böyük ədib Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrini yaradıb.
Vurğulanıb ki, bir çox ədəbi janrlarda öz qələmini uğurla sınayan böyük vətəndaş publisistin əsərləri müstəqillik illərində kütləvi tirajlarla nəşr olunub, xatirəsi əbədiləşdirilib, yaradıcılığına və şəxsiyyətinə böyük qiymət verilib. Ali Məclisin Sədri tərəfindən imzalanan Sərəncamla təsdiqlənən “Oxunması zəruri olan kitabların siyahısı”nda ədibin “Hekayələr”inin yer alması da Mirzə Cəlil yaradıcılığının gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasında nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.
Sonra mövzu ətrafında məktəbin müəllimləri Türanə Quliyevanın və Elçin Nadirlinin çıxışları olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Vəfa HÜMBƏTOVA
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter