AKTUAL

    Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə

    Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə


    Çoxəsrlik inkişaf tarixinə malik olan Azərbaycan ədəbiyyatının yeni forma, məzmun, estetik dəyərlər və ideya-məfkurə istiqamətindəki inkişafında böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olmuşdur. Bu baxımdan mənsub olduğu xalqın milli oyanışına misilsiz töhfələrilə yadda qalan görkəmli söz ustadı, yazıçı, dramaturq, şair, publisist, pedaqoq, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
    Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan xalqının keçdiyi milli inkişaf yolunda cəfakeş ideoloqlardan biri kimi çıxış etmişdir. O, həm də ədəbiyyat tariximizdə tənqidi rеalist ədəbi cərəyanın, ilk mənzum allеqоrik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı kimi xatırlanır. C.Məmmədquluzadə həmçinin məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru və mollanəsrəddinçilərin ağsaqqalı, milli mübarizə ədəbiyyatımızın sərkərdəsidir. Bu nəhəng söz sənətkarı həm də Azərbaycan ədəbiyyatında kiçik hеkayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Saqqallı uşaq”, “Buz”, “Nigarançılıq”, “Zırrama” və başqa hekayələrilə bu janrın ən sanballı nümunələrini yaratmışdır. Böyük dramaturq Cəlil Məmmədquluzadənin olduqca istedadla yazılmış “Ölülər”, “Anamın kitabı”, “Kamança”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı”, “Ər” və başqa dram əsərləri Azərbaycan dramaturgiyasının qiymətli incilərini təşkil edir. Onun böyük ustalıqla yaratdığı Məhəmmədhəsən əmi, Zeynəb ana, Xudayar bəy, Qazı, Novruzəli, Usta Zeynal, Kəblə Əzim, Qurbanəli bəy, Kefli İsgəndər, Molla Abbas obrazları dillər əzbərinə çevrilmişdir.
    Görkəmli söz ustadı Mirzə Cəlil həm də yeni-yeni formalaşmaqda olan ictimai satiranın yeni üslubunun banisi və yaradıcısıdır. Onun satirik üslubda yazdığı şeir nümunələri bu gün ədəbiyyatımızın daha çox böyük Mirzə Ələkbər Sabirlə məşhurlaşmış ictimai satirasının təməlini təşkil edir. Onun mənzum satirik yaradıcılığı işığında yeni şeir məktəbi formalaşmış, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi və nəhayət, bu satiranın “ağır artilleriyası” hesab olunan Mirzə Ələkbər Sabir kimi görkəmli nümayəndələrini əhatə edən “Molla Nəsrəddin şeir məktəbi” meydana çıxmışdır. Mirzə Cəlil həm də bədii yaradıcılığa gətirdiyi metaforik obrazlar, simvollar və mətnaltı məna vasitələri ilə böyük və dərin ictimai mətləbləri bütün dolğunluğu və ciddiyyəti ilə ifadəetmə ənənələri yaratmışdır. Bu görkəmli sənətkarın böyük istedadla yaratdığı və əsərlərinə gətirdiyi “kamança”, “anamın kitabı” kimi metaforik obrazlar böyük ədəbi-estetik məna kəsb edərək xalqın milli dəyərləri və yaddaşının təbliğinə xidmət etmişdir. “Anamın kitabı” ifadəsi isə ümumilikdə azərbaycançılığın andnaməsi kimi yadda qalmışdır.
    Bundan başqa, dahi söz adamı Cəlil Məmmədquluzadə sadə adamların başından keçən adi əhvalatlar üzərində qurulmuş sadə süjetlər əsasında yazılmış əsərlərində çox gülməli və oxunaqlı şəkildə xalqın konkret ictimai-tarixi dövrdə ağrısını çəkdiyi ciddi ictimai bəlalar və problemləri əks etdirmişdir. Cəlil Məmmədquluzadə öz təqdimatında böyük ustalıqla mürəkkəb, çоxcəhətli ictimai münasibətlər daxilində adi adamların saf, təmiz, pak, mənəvi aləminə, xaraktеr dünyasına nəzərləri cəlb еtmiş, оnların halallığı, xеyirxahlıq və nəcibliyi işığında ictimai mühitdə meydansulayan sosial problemləri əks еtdirmişdir. Halal, zəhmətkеş, sədaqətli, xеyirxah, mömin, dindar, еtiqadlı, nəcib, təmiz, pak оlan adi adamlara ədib millətin mənəvi mеyarı, inkişaf və dəyişikliyin təməli kimi yanaşmışdır. Görkəmli ədibin qələmə aldığı “Danabaş kəndinin əhvalatları” əsəri də Azərbaycan ədəbiyyatı tarixində yeni bədii nəsrin ilk və sanballı nümunəsi hesab edilir.
    Görkəmli ədib Cəlil Məmmədquluzadənin xalq qarşısında böyük xidmətlərindən biri də xalqın taleyi və müqəddəratı ilə bağlı məsələləri vətəndaşlıq yanğısı ilə əks etdirməsidir. Öz əsərlərində sadə adamların timsalında xalqa bəslədiyi sеvgi, hörmət və еhtiram, qayğı və nigarançılıq yeni epoxanın başlanğıcında ədəbiyyatımız və fikir tariximizdə yeni ideyanı və məfkurəni müəyyən etmək baxımından maraq doğurur. Bu baxımdan Cəlil Məmmədquluzadə həm də bütün yaradıcılığı ilə ədəbi və ictimai fikrimizdə azərbaycançılıq məfkurəsinin əsasını qoymuş, öz fəaliyyətində daim vətənə xidməti həyat fəlsəfəsinə çevirmiş bir şəxsiyyətdir. Görkəmli yazıçı Cəlil Məmmədquluzadə ədəbiyyatda azərbaycançılıq məfkurəsini ədəbi bitkinliyi ilə ifadə, publisistikada konkret ideologiya olaraq təbliğ edən, milli istiqlaliyyət və bütöv Azərbaycan idealını əks etdirən yeganə ədibdir.
    Xalq yolunda xidmətləri misilsiz olan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın inkişafı və intişarında mühüm xidmətlərilə yadda qalmışdır. Qəlbi xalqına xidmət amalı ilə döyünən dahi söz adamı Cəlil Məmmədquluzadə dünyaca məşhur olan “Molla Nəsrəddin” jurnalının (1906) əsasını qoymuşdur. Mirzə Cəlil bu jurnalın, o cümlədən, mollanəsrəddinçi ədiblərin ağsaqqalı, yolgöstərəni və ideoloqu olmuşdur. Xalqına bağlı insanların vətənə xidmət vasitəsinə çevrilən “Molla Nəsrəddin ” jurnalı təkcə Azərbaycanda deyil, maarif, nəşr və bir sıra ictimai inkişaf baxımından bir çox xalqları qabaqlamaqla Azərbaycan xalqının mübariz və vətənsevər ziyalılarının əldə etdiyi böyük nailiyyət idi. Adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə dayanan “Molla Nəsrəddin” jurnalı bütün Şərq aləmi və türk dünyasında ilk rəngli, şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” müraciətilə ictimai meydana çıxan “Molla Nəsrəddin” jurnalı xalqın milli oyanışı və inkişafına xidmət göstərmişdir. “Ax unudulmuş vətən, ax yazıq vətən! Dünya titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən!” -deyə həmvətənlərini oyatmağa səsləyən jurnal: “Dünya aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni hamı buna qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil millət, millət, millət. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur” deməklə “gərək bir-birinizlə əl-ələ verəsiniz, yəni birləşəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı, bundan başqa, sizdən ötrü nicat yolu yoxdur” fikrini təlqin edir, azərbaycanlıların həmrəyliyi və birliyi ideyası ilə çıxış edirdi. Təsadüfi deyil ki, “Sizi deyib gəlmişəm”, “Azərbaycan”, “Vətəndaşlar”, “Cümhuriyyət” kimi zəngin məqalə və felyetonları Azərbaycan publisistikası və jurnalistikasının yeni məzmunda inkişafında əvəzsiz rola malikdir. “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda çalışmaqdır”-deyə xalqının istiqlaliyyəti, milli oyanışı və inkişafı yolunda dönmədən xidmət göstərən nəhəng ictimai və ədəbiyyat xadimi Cəlil Məmmədquluzadə ilk sözündən tutmuş son sözünə qədər vətəndaşlıq dərsliyidir.
    Azərbaycan dövlətinin çoxsaylı görkəmli şəxsiyyətlər kimi,Cəlil Məmmədquluzadə şəxsiyyəti və irsinə də qayğı göstərməsi bu şəxsiyyətin böyüklüyü və ölməzliyini təzahür etdirən faktlardan biridir. Sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhrifləri ilə qaranlıqlara bürünərək təbliğ edilən Cəlil Məmmədquluzadə bir çox görkəmli şəxsiyyətlər kimi xalqımızın müdrik oğlu Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra aydınlığa qovuşmuş, böyüklük və əzəməti tutarlı şəkildə təqdim edilməyə müvəffəq olunmuşdur. Dahi liderin uzaqgörən əməlləri və qayğısı sayəsində Cəlil Məmmədquluzadənin irsi toplanılaraq təkrar nəşr edilmiş, ciddi tədqiqatların obyekti olmuş, adına küçələr verilmiş, Bakıda, Cəlilabad və doğma vətəni Naxçıvan şəhərində əzəmətli heykəlləri ucaldılmışdır. Naxçıvan şəhərində ev-muzeyi, Şərur rayonunun Cəlilkəndində və Babək rayonunun Nehrəm kəndində qüdrətli söz ustasının Xatirə muzeyləri fəaliyyət göstərir.
    Görkəmli ədibin ölməz əsərləri daim teatrların da repertuarlarında olmuş, çoxsaylı əsərləri səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanmışdır. Mirzə Cəlil irsinə xalq ehtiramını nümayiş etdirən daha bariz bir fakt böyük ədibə həsr olunmuş və əsərləri əsasında hazırlanmış “Qəm pəncərəsi”, “O dünyadan salam” kimi ölməz filmlərin çəkilişidir. Naxçıvan şəhərindəki ev muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətini əbədiləşdirən mədəni ünvanlardırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin görkəmli ədib Cəlil Məmmədquluzadənin 140 və 150 illik yubileylərinin keçirilməsi haqqındakı sərəncamları da Mirzə Cəlil irsinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
    Ədibin vətəni Naxçıvan Muxtar Respublikasında da adı və xatirəsi daim əziz tutulmuş, əsərləri, o cümlədən ikicildlik “Seçilmiş əsərləri” yeni tərtibatda nəşr edilmiş, çoxsaylı tədbirlərlə daim xatırlanmış və təbliğ edilmişdir. Ədibin böyük ideyalar əxz edən zəngin “Hekayələr” kitabının Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiqlənmiş “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilməsi onun irsinə göstərilən ehtiramın ifadəsidir. Bütün bunlar isə ölkəmizdə Cəlil Məmmədquluzadə irsi və şəxsiyyətinə verilən yüksək qiymətin rəmzi kimi böyük razılıq doğurur.


    Ramiz QASIMOV,
    AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə
    fəlsəfə doktoru, dosent

    Oxunub : 27


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Azərbaycan Respublikası Qanunlarına əsasən Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    Hazırladı: Murad Orucov
    SON XƏBƏRLƏR
    Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir Fənn olimpiadasının rayon mərhələsi keçirilib Kitab müzakirəsi keçirilib Oğuz yurdu Sədərək Şahmat üzrə rayon birinciliyi keçirilib 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Uşaq gənclər şahmat məktəbində Ustad dərsi keçirilib Yoldaşlıq görüşü İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddır Sədərək kənd 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib Açıq birincilikdə gənc idmançılarımız uğurlar əldə ediblər Sədərək rayon mədəniyyət sarayında konsert təşkil olunub 20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub Rayonumuzda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir 20 Yanvara həsr olunmuş bir dərs saatı Mərkəzi Xəstəxanada rayon sakinləri müayinə olunublar UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR Sədərəyin qədim tarixinin güzgüsü Ailə təsərrüfatları rayonumuzun inkişafında səmərəli rol oynaya bilər Yeniyetmə və gənclər rayon Tarix-Diyarşünaslıq muzeyində olublar Yeniyetmə dəri əlcək sahibi qalib adını qazanıb İnşa müsabiqəsi Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR
    File engine/metagen.php is in the folder, which is available to write (CHMOD 777). For security purposes the connection files from these folders is impossible. Change the permissions on the folder that it had no rights to the write.