Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Ötən həftə Sədərək Rayon Prokurorluğunun, rayon Məhkəməsinin və Sədərək Gömrük İdarəsinin kollektivləri rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Muzeyin fond müdiri Novruz Əliyev rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələnlərə Sədərəyin tarixi, yaşayış məskənləri, tarixi yer adları, maddi-mədəniyyət nümunələri, xalçalar, kənd təsərrüfatı alətləri haqqında məlumat verdi. O, bildirdi ki, muzeylər istənilən bölgənin tarixi keçmişini özündə yaşadan mühüm mədəniyyət müəssisələridir. Profilindən asılı olmayaraq, muzeylər istənilən ölkə və yaxud şəhərlə tanışlıqda mühüm rol oynayır.
Digər tərəfdən muzeylər mühüm maarifləndirmə obyektləridir.
Sədərək qədim tarixi keçmişə, zəngin mədəniyyətə, milli dəyərlərə malikdir. Bu sahə ilə bağlı son illərdə muxtar respublikada xeyli iş görülüb–yeni muzeylər yaradılıb, mövcud muzeylərin binaları əsaslı şəkildə təmir olunub, eksponatların sayı dəfələrlə artırılıb. Eyni zamanda muzey işçilərinin hazırlığı diqqət mərkəzində saxlanılıb, onların normal fəaliyyəti üçün mühüm tədbirlər həyata keçirilib.
Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar
Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı müstəsna əhəmiyyətə malikdir.
Məlumat verilib ki, muzeydə hal-hazırda 2301 maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Muzeydə 16 bölmə və 2 guşə var, bu bölmələr və guşələrdə 2373 eksponat 2 zalda nümayiş olunur. Bu eksponatlar muzey əməkdaşları tərəfindən qorunur və muzeyi ziyarətə gələnlərə, tariximizi, qədim insanların məşğuliyyətini və sairə haqqında məlumat almaq istəyənlərə ətraflı məlumat verilir.
Sonra muzey əməkdaşları ziyarətçiləri maraqlandıran sualları cavablandırıblar. Muzeyi ziyarət edən vətəndaşlardan Ceyhun Abdullayev və Məmməd Hüseynov eksponatlarla daha yaxından tanış olduqlarını bildirdilər. Gördükləri hər bir eksponatın onlarda maraq oyatdığını, maddi-mənəvi sərvətlərimizin qorunduğu bu məkanda olduqlarından və onlar haqqında maraqlı məlumatlar aldıqları üçün məmnun olduqlarını bildirərək, yüksək əhval-ruhiyyə ilə oradan ayrıldılar.

“Oğuz yurdu”
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter