Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də bir ay qalmışdan qeyd etməyə başlayır. Su çərşənbə, Torpaq çərşənbə, Yel çərşənbə, Od çərşənbə və yaxud ilaxır çərşənbələri adlanır. Xalq inanclarına görə birinci çərşənbə günü su və su mənbələri təzələnir, ikinci çərşənbə od, üçüncü çərşənbə yel, küləyin köməyi ilə ağaclar tozlanır və cücərir, dördüncü çərşənbə torpaq, yer oyanır, baharın gəlməsini xəbər verir, müjdələyir.
İlaxır çərşənbələrin üçüncüsü Yel çərşənbəsidir. O, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, Muğan zonasının bir sıra bölgələrində isə “Heydər çərşənbə” adları ilə tanınır. Əski etiqadlara görə bu çərşənbədə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbədə əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir.
İnanclara görə, “qara nehirdə” yatmış dörd cür külək yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, hər biri isə bir libasla özünü göstərir. Libaslarının adı ilə onların özünün xarakteri arasında da bir oxşarlıq nəzərə çarpır. Burada rənglənir mifik mənaları xüsusi məna daşıyır. Belə ki, türk mifologiyasında Ağ yel-ağ libasda, Qara yel-qara libasda, Xəzri-göy libasda, Gilavar-qırmızı libasda təsəvvür edilir. Yel çərşənbəsi günü yel bu dördlüyün məcmusundan ibarət hesab olunur və qısa müddətdə bütün dünyanı dolaşır. Beləliklə yer üzərini gəzib dolanan yel təsəvvürdə antropomorfik obraza çevrilir.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba...
İlaxır çərşənbələrin üçüncüsünün Yellə bağlanması onun müqəddəs varlıq kimi tanınmasının çox erkən vaxtlardan xalq arasında mövcud olduğunu göstərir.
Yelin dörd ünsürdən biri kimi ilin başlanğıcında oyandığını, Novruz şənliklərinin isə dörd ünsürlə bağlı yarandığını nəzərə alsaq, onda aydın olar ki, Yel baba mərasimi öz soy- kökü ilə Yel tanrısına etiqad anlamı ilə bağlıdır, onu Novruz ayinlərindən heç cür kənarda qoymaq olmaz.
Qədim zamanlarda Yel baba mərasimləri belə keçirilərmiş. Xırmanda dəni samandan ayırmaq, vaxtı gələndə camaat Yel babanı çağırıb deyərmiş:
-Yel baba, gəl ağ atına arpa, saman apar!
Əcdadlarımızın inanclarına görə, bu çağırışdan sonra Yel baba gəlib xırmanı sovurar, samanı aparıb öz atına verər, təmizlənmiş dən isə insanlara qalardı.
Novruzun gəlişinin xəbərçisi olan çərşənbələrdə xalqımızın özünəməxsus adət-ənənələri var. Bunlardan biri də yumurta boyanması və yumurta döyüşdürməkdir. Novruz bayramının əsas atributlarından biri olan yumurta boyamaq hələ qədim zamanlardan yumurtanı həyatın, canlılığın rəmzi hesab etmələridir. Əcdadlarımızın etiqadlarına görə, həyatda olduğu kimi, yumurtadan həm xeyir, həm də şər törəyə bilər. Şərq xalqlarının mif dünyasında, o cümlədən qədim türk miflərində də dünya yaradıcısının quş olaraq yumurtadan çıxdığı bildirilir. Həmin quş Yakutlarda qartal, Altay xalqlarında qaz adlanır, müqəddəs hesab olunur. Qədimlərdə türkdilli xalqlarda qartal quşların xaqanı sayılırdı. Onlar qartalı müqəddəs hesab edir, ona and içirdilər.
Yumurtanın boyanması da qədim adətlərdən olub. Azərbaycan xalqı ilaxır çərşənbədə və Novruz bayramı günlərində qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir.
Hələ qədim zamanlardan il hər biri üç aydan ibarət olmaqla dörd fəslə bölünmüşdür. Qədim azərbaycanlılar da yumurtaları yaşıl, göy, sarı, qırmızı boyamaqla bu rənglərin hər birinə təbiət səciyyəsi vermişlər. Suda bişirilən yumurtanın ağ rəngdə saxlanılması, yəni boyanmaması qışın rəmzi kimi anılır.
Yumurta (yaşıl) göy rəngdə boyanılır. Bu yazın rəmzi kimi başa düşülür.
Yumurta qırmızı rəngdə boyanılır. Bu yayın rəmzidir.
Yumurta sarı rəngdə boyanılır. Bu da payızın rəmzi kimi mənalandırılır.
Bir sözlə, ulu çağlardan bu günədək yumurtanın daha çox qırmızı, yaşıl (göy) rənglərə boyamaq ənənəsi, sözsüz ki, Günəşlə-Odla, baharla, təbiətin yaşıllaşması istəyi ilə bağlı olmuşdur.
Novruz bayramının ilk çərşənbəsindən başlanır yumurta döyüşdürmə. Yumurta döyüşdürmədə həm çiy, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış yumurtalardan istifadə olunur. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurulub bərk-boşluğu yoxlanılır. Bu, “yumurtanı dadma” adlanır. Bilinəndə ki, döyüşdürülən yumurtalardan biri digərindən bərkdir, boş olan yumurtanın sahibi, ona:-Əy vurum (əy qoyma)-deyir. “Əy vurum” yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir. Uşaqların daha çox sevdiyi adət əyləncəli bir səhnəyə çevrilir.
Kim oyun yumurtası çox sındırsa, o da sınıq yumurtaları qazanmış sayılır, sınıqları yır-yığış eləyir, qalib gəldiyi üçün sevinir. Bu oyunda daha çox məharət qalib gəlir. Oyunun qaydalarına görə: “Sən tut, mən vurum”, “Bunu mən tutam, onu sən tut”, “Gəl yumurtaları dəyişib, vuraq”, “Gəl dadışaq”, “Yox, sənin yumurtan ziyillidir” və s.
Döyüşmədə sındırılmış yumurtalarla oyun daha maraqlıdır. Döyüşmədə uduzulmuş sınıq yumurtaları sıraya düzürlər. Sonra buraya bir xoruz buraxırlar. Xoruz sıradakı hansı yumurtanı dimdikləyirsə, sahibi sıradakı bütün yumurtaları udmuş sayılır.
Bir oyun da bişmiş yumurtaları yoxuşdan üzüaşağı diyirlətməkdir. Hansı yumurta daha uzağa diyirlənərsə, sahibi qalib sayılır.
Novruz bayramının özündə və onun çərşənbələrində ən geniş yayılmış mərasimlərindən biri tonqal qalamaqdır. Bu vaxt yandırılmış odun üstündən hoppanırlar. Bu mərasimlə belə zənn edilir ki, insanların azar-bezarını od yandırıb məhv etmək qüdrətinə malikdir.
Novruz bayramı çərşənbələrində tonqal qonşular tərəfindən yaslı, təziyəli olanların həyətlərində də yandırılır. Yaslı olanlar özləri həyətlərində tonqal yandırmır. Çünki bu bayram onlar üçün “qara bayram” sayılır. Buna görə də qonşular belə həyətlərində Novruz tonqalı yandırmaqla təziyadarları yasdan çıxarırlar. Yeni ilə qəmli, kədərli getmək olmaz. Əks halda onlar il boyu uğursuzluqdan qurtarmazlar.
Yandırılan çərşənbə tonqallarında üzərlik yandırmaq adəti də vardır. Tonqal sönənə yaxın odun içinə üzərlik atıb deyilir: “Ocağıma əyri baxanın gözləri patlasın, özü yanıb çatlasın”. Yandırılmış üzərliyin tüstüsü ev-eşiyə, mal-qaraya, qoyun-quzuya da verilir ki, salamatlıq olsun.
Yel çərşənbəsində ev-eşik hisdən təmizlənir. Pal-paltarların, xalça-palazın tozu tökülür. Elə bu üzdən də bu çərşənbə yel çərşənbəsi ilə yanaşı “Toz çərşənbə”si də adlanır.


“Oğuz yurdu”
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter