Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

İnsan sevgi ilə baş-başa nurdu

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Məqsədim 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayonumuzun qabalcıl qadınları haqqında yazı hazırlamaq idi. Haqqında çox eşitdiyim təcrübəli pedaqoq Pərvanə Rəhimova ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbdə görüşdüm. Keçmiş barədə xatirələrimizi bölüşdük, bugünkü reallığa münasibət bildirdik və əlbəttə, qiyabi də olsa, gələcəyə səyahət etdik. Söhbətimizin yelkəni axır ki, gəlib görüşümüzü şərtləndirən mövzunun sahilində lövbər saldı.
İnsan sevgi ilə  baş-başa nurdu
Təhsillə, məktəblə bağlı mülahizələr söylədik. Təhsildə gedən islahatlara hərəmiz bir bucaq altından nəzər saldıq. Əsasən fikirlərimiz üst-üstə düşür, bir birimizi anlamağa çalışırdıq. Tərbiyə, əxlaq, mənəviyyatla bağlı məsələlərə münasibət bildirərkən də fikir və düşüncələrimizdə yekdil idik. Bəlkə də buna səbəb hər ikimizin üzərinə eyni bir missiyanın-cəmiyyətlə, onun fərdləri ilə işləmək missiyasinin düşməsi idi. Axı, müəllim üçün də, jurnalist üçün də iş, yaradıcılıq obyekti insandır. Hər ikimizdən ötrü son məqsəd cəmiyyət üçün, xalq üçün layiqli, kamil vətəndaşlar tərbiyə etmək, yetişdirməkdir. Fərq yalnız kimin buna hansı yollarla nail olub-olmamasından gedə bilər.
Pərvanə Rəhimovanın keçdiyi həyat yolu minlərin, on minlərin həyat yolundan heç nə ilə fərqlənmir. 1964-cü ildə Kəngərli rayonunun Çalxanqala kəndində anadan olub. 1987-ci ildə Naxçıvan Dövlət Universitetində ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasına yiyələnib. Eyni qrupda təhsil aldığı Sədərək kənd sakini Novruz Rəhimovla ailə həyatı qurub. Hər iki gənc müəllim də 1987-ci ilin sentyabr ayından Sədərək kənd 1 nömrəli orta məktəbdə əmək fəaliyyətinə başlayıb. Pərvanə xanım həmin təhsil ocağında özünü bilikli, savadlı müəllim, ən başlıcası isə gözəl tərbiyəçi, mahir pedaqoq kimi təsdiq edib. Odur ki, əməyi, pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının “əməkdar müəllimi” fəxri adına layiq görülub.
Hazırda Pərvanə müəllim Sədərək kənd 2 nömrəli tam orta məktəbində şagirdlərin təli-tərbiyəsi ilə məşğul olur. Pərvanə xanım ibtidai sinifdə dərs aparir.
Bir az da Pərvanə müəllimin iş təcrübəsindən söhbət açmaq istəyirəm. Təhsildə keyfiyyətin yüksəldilməsi, şagirdlərdə təlim marağını inkişaf etdirmək, valideynlərlə əlaqə formaları, qiymətləndirmənin optimallaşdırılması və bir çox vacib məsələlər barədə Pərvanə müəllimin fikirlərini oyrəndik. Onun dedikləri: “Mən uzun illərdir ki, ixtisasım üzrə fəaliyət göstərirəm. Əvvələr indiki kimi zəngin informasiyalar yox idi. Zəruri tədris materialları tapmaq çox çətin idi. Buna baxmayaraq, pedaqoji kollektivdə seçilən, iş təcrübəsi yayılan müəllimlərin dərslərində müşahidələr aparmağa həvəs göstərirdik. Ən çox şagirdlərin hörmətini qazanmaq üçün öz şəxsi nümunəmlə xoş rəftar göstərirdim. Şagirdlərimi həmişə övlad qayğısı göstərərək tərbiyə etmişəm. Elə bunun nəticəsidir ki, bir vaxtlar dərs dediyim şagirdlər həmişə məni soraqlayırlar. Demək, uşaqların məhəbbətini və inamını qazanmışam. Bundan böyük xoşbəxtlik ola bilməz”.
Hamı pedaqoji kollektivdə Pərvanə müəllimin peşəkarlığını yüksək dəyərləndirir. O, dərslərini kurikulumun tələbləri əsasında tədris edir. Yeni pedaqoji tələblərin həyata keçirilməsinə səy göstərən Pərvanə müəllimin şəxsi yaradıcılıq nümunələri çoxdur. Uşaqlara anlayışlar, açar sözlər, oxşar və fərqli cəhətlərlə əlaqədar müntəzəm, məntiqli tapşırıqların verilməsi, onların müstəqil düşünməyə sövq etdirilməsi təqdir olunmalıdır.
İnsan sevgi ilə  baş-başa nurdu
Rayonumuzun fəal qadınlarından olan Kəmalə Əliyeva 2013 ildən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzisində çalışır. O, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib. Rayonda müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Ədəbi yaradıcılıqlada məşğul olur. Bir çox kitabların müəllifidir. 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Onun dediklərindən:- vətəninə, el-obasına, torpağına sıx tellərlə bağlı igid qızlarımız hər zaman olub, bu gün də var və daim olacaq. Seçdikləri peşəni özünə şərəf yolu bilən, xalqına və dövlətinə sədaqətlə xidmət edən qadınlarımız da bundan sonrakı fəaliyyətlərində qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək, onlara göstərilən etimadı doğruldacaqlar. İnanırıq ki, üzərlərindəki sosial yükün ağırlığına baxmayaraq, dövlət işlərində uğurla fəaliyyət göstərən xanımlarımız bundan sonra da Naxçıvanımızın, o cümlədən doğma rayonumuzun inkişafına, qüdrətlənməsinə, həmçinin ailə dəyərlərimizin, mədəniyyətimizin qorunub saxlanılmasına öz töhfələrini verəcəklər.
İnsan sevgi ilə  baş-başa nurdu
Rayonun fəal qadınlarından biri də Mahirə Hacıyevadır. O, hazırda rayon Mərkəzi Xəstəxanasında baş tibb bacısı vəzifəsində işləyir. O, 1969-cu ildə Sədərək rayon Sədərək kəndində ziyalı ailəsində anadan olub. Onu bu peşəyə uşaqlıqdan bəri tibb işçisi olmaq arzusu gətirib. İşlədiyi bu müddət ərzində daim işində nizam-intizamlı olub. Hər zaman xəstələrlə xoş münasibət qurub və onların sevimlisinə çevrilib.
2014-cü ildə tibb bacısı Mahirə Hacıyeva “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib.


“Oğuz yurdu”
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter