AKTUAL

    NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR

    NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ  MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR


    İlin ən gözəl fəsillərindən biri bahardır. Baharın gəlişi bizdə Novruz bayramı kimi qeyd olunur. Baharın ilk müjdəçisi qaranquşlar olsa da, onun əsas atributu yamyaşıl səmənidir. Səməni bahar gözəli, yaz pərisidir. Səməni xeyir, bərəkət simvolu, bolluq və firavanlıq rəmzidir. Hələ lap qədim zamanlardan ulu əcdadlarımız baharın gəlişini səməni ilə qeyd etmiş, qablarda səməni qoyaraq yetişdirmiş, onun bolluq və xeyir gətirəcəyinə, insanları xoşbəxtliyə və səadətə qovuşduracağına inanmışlar. Novruz bayramı baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Ta qədimdən bir çox Şərq xalqları, o cümlədən azərbaycanlılar Novruz bayramını ən təntənəli bir bayram kimi keçirir, onu möhtəşəm bir şəkildə qeyd edirlər. İnsanlar Novruzu şənliklərlə, nəğmələrlə qarşılayırlar:
    Novruz, Novruz bahara,
    Güllər, güllər nübara.
    Bağçamızda gül olsun,
    Gül olsun, bülbül olsun!
    Bahar gəldi, bahar gəldi, xoş gəldi,
    Xəstə könül onu görcək dirçəldi.
    Novruz bayramında azərbaycanlılar bayram süfrəsi açırlar. Bu süfrənin bəzəklərindən biri də səməni olur. Masanın üstünə cürbəcür xörəklər, çərəz və şirniyyatlarla yanaşı, səməni də qoyulur. Göyərdilmiş səmənidən halva da bişirirlər. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi salınır. Uşaqlar, cavanlar, qız-gəlinlər dəstə ilə səməni olan qabın dövrəsinə dolana-dolana səs-səsə verib belə bir nəğmə oxuyurlar:
    Səməni, saxla məni,
    İldə göyərdərəm səni.
    Səməniyə saldım badam,
    Qoymurlar bir barmaq dadam...
    Ancaq səmənini, sadəcə, Novruzun simvolu, bəzəyi zənn etmək olmaz. Səməni ilə sağlamlığınızın qayğısına qala bilərsiniz. Səməni cücərməyə başlayanda ondan halva, bir az boy atdıqdan sonra isə şirə əldə edilir. Dünyaca məşhur həkimlər buğda cücərtisinin gənclik iksiri olduğunu bildirirlər. Bu qida immunitet sistemini gücləndirir, xərçəng riskini azaldır. Buğda cücərtisi sağlamlıq üçün ən faydalı maddələrdən biri olan “klorofil” ilə zəngindir. Buğda cücərtisində 17 fərqli amin turşusu, A, D, E, K vitaminləri, 92 növ mineral və bir çox ferment var. Buğda cücərtisinin ehtiva etdiyi klorofil hüceyrə və toxumaları təmizləyir, yeniləyir. Orqanizmdə toplanan kimyəvi maddələrin atılmasına kömək edir. Qaraciyəri təmizləyir. Amerikalı həkimlər bildiriblər ki, təxminən, 6 kiloqram buğda cücərtisindən əldə edilən şirə 158 kiloqram yerkökü, kahı və ya kərəvizdən alınan şirə ilə eyni effektə malikdir. Orqanizmi toksinlərdən təmizləmək üçün buğda cücərtisindən daha yaxşı heç nə yoxdur. Buğda cücərtisi ağciyər üçün də faydalıdır. Belə ki, qan hüceyrələrinin sayını artırdığı üçün orqanizmin oksigenlə daha yaxşı təmin olunmasına səbəb olur. Ürək-damar sistemini gücləndirən buğda cücərtisi arıqlamağa da kömək edir. Portağaldan 60 qat çox C vitamini, ispanaqdan 8 dəfə çox dəmir ehtiva edir. Hər gün 1-2 stəkan buğda cücərtisi şirəsi içərək gənc və sağlam qalmaq mümkündür. Bu şirəni ağızda 5 dəqiqə saxladıqda diş ətini təmizləyir, dişləri gücləndirir. Buğda cücərtisi şirəsi ilə qarqara etdikdə isə boğaz iltihabı aradan qalxır. Buğda cücərtisinin yemək və şirəsini içmək saçların ağarmasını ləngidir.


    Kəmalə İBRAHİMOVA,
    Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi

    Oxunub : 24


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Azərbaycan Respublikası Qanunlarına əsasən Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    Hazırladı: Murad Orucov
    SON XƏBƏRLƏR
    Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir Fənn olimpiadasının rayon mərhələsi keçirilib Kitab müzakirəsi keçirilib Oğuz yurdu Sədərək Şahmat üzrə rayon birinciliyi keçirilib 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Uşaq gənclər şahmat məktəbində Ustad dərsi keçirilib Yoldaşlıq görüşü İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddır Sədərək kənd 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib Açıq birincilikdə gənc idmançılarımız uğurlar əldə ediblər Sədərək rayon mədəniyyət sarayında konsert təşkil olunub 20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub Rayonumuzda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir 20 Yanvara həsr olunmuş bir dərs saatı Mərkəzi Xəstəxanada rayon sakinləri müayinə olunublar UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR Sədərəyin qədim tarixinin güzgüsü Ailə təsərrüfatları rayonumuzun inkişafında səmərəli rol oynaya bilər Yeniyetmə və gənclər rayon Tarix-Diyarşünaslıq muzeyində olublar Yeniyetmə dəri əlcək sahibi qalib adını qazanıb İnşa müsabiqəsi Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR
    File engine/metagen.php is in the folder, which is available to write (CHMOD 777). For security purposes the connection files from these folders is impossible. Change the permissions on the folder that it had no rights to the write.