Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Redaksiyamıza məktub daxil olub. Sədərək rayon Heydərabad qəsəbə sakini Cəmşid Abdullayev icbari tibbi sığorta barədə fikirlərini oxucularımızla paylaşıb.
Rayon Mərkəzi Xəstəxanasına ilk daxil olan zaman gülərüz, xoş rəftarla qarşılaşırsan. Orada çalışan bütün tibbi heyətdə bu isti münasibəti görəndə istər-istəməz insanda xoş əhvali-ruhiyyə yaranır. Sərhəd bölgəsində yaşamaq həm çətin, həm də şərəflidir. Burada yaşayan insanların bir xoş sözə, isti baxışa ehtiyacı var. Rayonumuzun səhiyyə işçiləri əhalidən öz şəfqətlərini əsirgəmir, bir xəstənin dərdinə dərman, bir yaralının yarasına məlhəm olmaqdan qürur duyurlar.
Cəmiyyətin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzində saxladığı vacib məsələlərdən biridir. Vətəndaşın rifah halının yaxşılaşdırılması ilə bərabər həm də bunun üçün hüquqi təminat bazasının da təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Bildiyimiz kimi, işsizlikdən sığorta yeni qanunla nəzərdə tutulan hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə (ona geri ödənilməsinə) yönəldilmiş təminat formasıdır. Belə olan halda məvacibimizdən müəyyən məbləği ödəməklə gələcəkdə baş verə biləcək hər hansı bir hadisə qarşısında sığortalanmaq imkanımız olur.
Yeni sistem ən müasir tələblərə uyğun qurulub. Həm əhali, həm də həkimlər yeni sistemin tətbiqindən razıdırlar. Mən də şəxsən tətbiq olunan işsizlikdən sığorta sisteminin tətbiqindən çox məmnunam və bununla gələcəyimin qarant altına alındığını düşünürəm. Bunun üçün əlaqədar təşkilatlara öz minnətdarlığımı bildirirəm.
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter