AKTUAL

    Mərkəzi Xəstəxanada rayon sakinləri müayinə olunublar

    Mərkəzi Xəstəxanada rayon  sakinləri müayinə olunublar


    Naxçıvan Diaqnostika-Müa­licə Mərkəzinin həkim, tibb işçiləri və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri Sədərək Rayon Mərkəzi Xəstəxa-­n­a­sında tibbi aksiya keçiriblər. Aksiya zamanı kardioloq, dəri-zöh­rə­vi, burun-qulaq-boğaz, terapevt, cərrah, LOR, uroloq, oftalmoloq və digər ixtisaslı həkimlər rayon sa­kin­lərini tibbi müayinə ediblər.
    Aksiya zamanı pasiyentlər 100 kardioloji, 39 dəri-zöhrəvi, 69 LOR, 105 oftalmoloji, 30 ultrasəs müayinələrdən keçiblər. Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 27 nəfər üzərində ümumi cərrahi, göz, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Xəstəxanada ilk dəfə spinal anes­te­zi­ya ilə yırtıq əməliyyatı icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalarda yerləşdirilib.

     Mərkəzi Xəstəxanada rayon  sakinləri müayinə olunublar

    Qeyd edək ki, profilaktik müayinə zamanı ehtiyac olan hallarda xəstələrin yüksək ixtisaslı kadrlarla konsultasiyası və la­­bo­rator-diaqnostik müayinələri aparılıb.
    Aksiya zamanı əməliyyatda iştirak edən həkimlərlə gö­rüş­dük. Uğurlu əməliyyatlardan söhbət açan, Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin tələbəsi Sarıhan Şehriban, sərhəd bölgəsi olan Sədərək rayonunda vətəndaşlara tibbi xidmət göstərməkdən çox məmnun olduğunu bildirdi. Qeyd etdi ki, bu gün muxtar res­pub­likasında tibb sahəsində uğurlar danılmazdır. Müasir üslubda tikilən xəstəxanalar hər cür tibbi avadanlıqlarla təchiz olunub.
    Bununla yanaşı bölgələrdə keçirilən bu cür aksiyalar mər­kəz­dən uzaqda yaşayan sakinlərin, xü­su­sən imkanları məhdud olan və­tən­daşların həkimlərin xidmə­tin­dən yararlanmasına şərait yaradır. Mərkəzə gəlmək imkanı olmayan sakinlər müayinə olunurlar. Ehtiya­cı olan xəstələrə isə daha yaxşı müalicə olmaq üçün mərkəzə gön-d­ə­riş verilir. Bu aksiya iki gün davam etdiriləcək.
    Aksiya zamanı Mərkəzi Xəstəxananın baş həkimi Kəmalə İbrahimova ilə həmsöhbət olduq. Bildirdi ki, səhiyyənin inkişafı ilə bağlı muxtar respublikamızda hə­ya­­ta keçirilən islahatlar öz bəh­rə­si­ni verməkdədir. Bacarıqlı, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasından tutmuş, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni müəssisələrin yaradılmasına, ən müasir tibb avadanlıqlarının diyarımıza gə­ti­ril­məsi inkişafın əsas göstərici­lə­ri­dir. Düşmənlə təmas xəttinin ya­xın­lığıında yerləşən rayonumuzun əhalisinə nümunəvi səhiyyə xidməti göstərilməsinin təmin olunması da sərhəd bölgəsinə dövlət qayğısının əyani ifadəsidir. Onu da qeyd edim ki, burada ən müasir standartlara cavab verən avadanlıqların quraşdırılması tibbi xidmətin günün tələbləri əsasında təşkilinə geniş imkanlar yaradıb.
    Müsahibimiz bildirdi ki, icbari tibbi sığortanın tətbiqi ilə muxtar respublikada əhaliyə gös­tə­ri­lən səhiyyə xidmətlərinin keyfiyyəti daha da artacaq. “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haq­qın­da” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 27 yanvar tarixli Sərəncamı ilə Sədərək Rayon Mərkəzi Xəstəxa­nasına publik hüquqi şəxs statusu verilib. Yəni Sədərək Rayon Mər­kə­zi Xəstəxanası ödənişli əsaslarla fəaliyyət göstərməyə başlayıb. Amma Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 03 may tarixli Fərmanına əsasən Sədərək rayonunda rəsmi qeydiy-yatda olan şəxslər icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edə bilərlər. Yəni Sədərək Rayon Mərkəzi Xəstəxanası ödənişli əsas­lar­la fəaliyyət göstərsə də, icbari tibbi sığorta şəhadətnaməsi alan rayon sakinləri xəstəxananın im­kan­larından pulsuz yararlanacaqlar.
    Bu tibbi aksiya barədə və­tən­daşların da fikirlərini öyrəndik. Aksiyada tibbi xidmətlə əhatə olunan rayon sakinləri başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunduq­la­rı­na görə minnətdarlıq ediblər.
    Rayonun Qaraağac kənd sakini Rəfayıl Rəhimov bildirib ki, gözlərində yaranmış problemlə bağlı aparılan müayinələrdən sonra qoyulan diaqnoza uyğun ona müvafiq tibbi təyinat yazılıb, müali­cə­sini rayon xəstəxanasında davam etdirəcəkdir.
    Sədərək kəndindən Murad Əliyevin övladı da müayinədən keçirilib. O, övladını başqa yerlərə aparmadan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müalicə etdirəcəyinə görə minnətdarlığını bildirib.
    “Oğuz yurdu”

    Oxunub : 67


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    Hazırladı: Murad Orucov
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR
    Yaşıllıqların artırılması diqqət mərkəzindədir (FOTO) Məşqçi və idmançıların mükafatlandırılması diyarımızda idmana göstərilən diqqətin təzahürüdür. : FOTO Dezinfeksiya işləri aparılıb (FOTO) Əsgərlərə sovqat aparılıb Torpaq çörəyi, insan isə əməyi ilə… Taxıl biçini davam edir Radio-televiziya verilişləri stansiyasının inzibati binasında işlər davam edir Bayraq Meydanının tikintisi davam edir İşğaldan azad edilən ərazilərdəki əkin sahələrinə aqrotexniki qulluq göstərilir Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir Fənn olimpiadasının rayon mərhələsi keçirilib Kitab müzakirəsi keçirilib Oğuz yurdu Sədərək Şahmat üzrə rayon birinciliyi keçirilib 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Uşaq gənclər şahmat məktəbində Ustad dərsi keçirilib Yoldaşlıq görüşü İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddır Sədərək kənd 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib Açıq birincilikdə gənc idmançılarımız uğurlar əldə ediblər Sədərək rayon mədəniyyət sarayında konsert təşkil olunub 20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub Rayonumuzda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir 20 Yanvara həsr olunmuş bir dərs saatı