Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Dezinfeksiya işləri aparıldı

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Rayon Gənclər və İdman İdarəsinin və Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə rayonumuzda yerləşən ümumtəhsil müəssisələrinin qapalı idman zallarında ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün dezinfeksiya işləri aparılıb.
Bu işi mütəmadi olaraq icra edən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları rayonda yerləşən idman zallarını, boks zalını və onlara aid soyunub-geyinmə otaqlarını dərmanlayıblar. İlk olaraq Heydərabad qəsəbə tam orta məktəbin idman zalında dezinfeksiya işləri aparılıb. Bütövlükdə 3 idman zalında, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə yerləşən boks və güləş zalında, eləcə də digər yardımçı otaqlarda da dezinfeksiya işləri davam etdirilib.
Rayonda əhalinin sıx istifadə etdikləri və xüsusən də idman zallarının vaxtaşırı dərmanlanması lazımdır. Belə ki, idmanla məşğul olan gənclərimizin sağlam mühitdə məşq etmələri üçün belə tədbirlər rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən mütəmadi olaraq aparılır.


Ülvü HƏSƏNOV
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter