Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə sosial qayğıya ehtiyacı olan vətəndaşlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Vüsal Babayev bildirdi ki, ölkəmiz qarşısında xidməti olan hər bir insanın əməyi yüksək qiymətləndirilir. Dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə veteranlarına hərtərəfli şərait yaradılır, onlara təqaüdlər verilir, digər sahələrdə çalışanlar dövlət təltiflərinə layiq görülürlər. Bu işlər ona görə həyata keçirilir ki, ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir. Ölkəmizin iqtisadi imkanları, mövcud sabitlik, dövlət-xalq və xalq-dövlət birliyi istənilən sosial tədbirlərin həyata keçirilməsinə imkan verir. Muxtar respublikada da sosial qayğıya ehtiyacı olan insanların rahat yaşayışı, sağlamlıqlarının bərpası və hərəkət imkanlarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Sonra rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov sosial qayğıya ehtiyacı olan vətəndaşları Novruz bayramı münasibətilə təbrik edərək deyib ki, muxtar respublikada aparılan uğurlu sosial siyasətin tərkib hissəsi olaraq xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Rayon sakinlərindən Ədalət Adnayev, Vəli Mustafayev və başqaları göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edərək bildiriblər ki, Sədərək rayonunda insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Hər bir sakin bunu gündəlik həyatında hiss edir. Sonra bayram sovqatı sosial yardıma ehtiyacı olan vətəndaşlara verilib.
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter