AKTUAL

    VƏTƏN SEVGİSİ YÜKSƏK OLAN YERDƏ... Sədərək ona görə qorunub

    VƏTƏN SEVGİSİ  YÜKSƏK OLAN YERDƏ... Sədərək ona görə qorunub


    Mətbuat işçisi, adətən, gec yatar və tez də yuxudan oyanar. Bu, onun peşə vərdişindən irəli gəlir. Ona görə də adətim üzrə yuxudan tez oyanmışdım. Yolumuz sərhəd bölgəsi olan Sədərək rayonuna idi. Avtomobilimiz Naxçıvan-Sədərək yoluna çıxanda ortayaşlı bir kişi avtomobilimizi saxlamağımızı işarə etdi. Hara getdiyimizi soruşdu. Sorğu-sualdan aydın oldu ki, Bakı-Naxçıvan təyyarəsindən təzəcə enib. Əslən Tərtərdəndir. Oğlu Ağaşirin 5 aydan çoxdur ki, Sədərəkdəki "N"saylı hərbi hissədə xidmət edir. Oğlunu görməyə gəlib. Yolumuz bir olduğundan Naxçıvanın qonağı olan Hümbəti özümüzlə götürdük.
    Yolun rahat və gözəl görünüşü, bir-birıni əvəz edən valehedici mənzərələr, quruculuq ərməğanları Hümbəti öz sehrinə salmış, onu ovsunlamışdı. Odur ki, bu füsunkar tabloları baxışları ilə diqqətlə süzürdü. Ələlxüsus, yol boyu hərəkət edən maşınların gediş-gəlişinə xüsusi dıqqət yetirirdi. Bir qədər keçdikdən sonra ətrafımızdakı sükutu pozan Hümbət oldu:
    - Mən özüm də sürücüyəm. Azərbaycanın əksər rayonlarında olmuşam. Ancaq sizin sürücülər kimi yol hərəkəti qaydalarına əməl etməyi birinci dəfədir ki, görürəm. Fikir verirəm, təhlükəsizlik kəmərini bağlamağı unudan yoxdur. Sürücülər maşını normal sürətlə sürürlər. Bir saatdır (Hava Limanından çıxdığı vaxtı da nəzərə alır) ki, yol gəlirəm, sürət həddini aşan bir sürücüyə rast gəlməmişəm.
    Dedim ki, Naxçıvanda yol hərəkətinin təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Avtomobil yollarında yol hərəkəti qaydalarına ciddi riayət olunarsa, sərnişinlər də mənzil başına sağ-salamat çatarlar. Bu diyarda yolların abadlaşdırılması, magistral yolların yenidən qurulması bir tərəfdən yurdumuzu gözəlləşdirirsə, digər tərəfdən yollarda qəzaların sayının azalmasına səbəb olur. Yollar nə qədər rahat olsa, hərəkətin təhlükəsizliyi bir o qədər təmin edilər.
    Qonağımızın muxtar diyarımızla çox maraqlandığını görüb sürücümüzdən xahiş etdim ki, Kəngərli rayonuna çatanda maşını saxlasın. Belə də etdik. Hümbətə muxtar respublikamızın ən gənc rayonu olan Kəngərli barədə məlumat verdik. Onu ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkı, eləcə də rayonun gözoxşayan tikililəri ilə tanış etdik.
    Arif üzünü mənə tutub muxtar respublikadakı bu sürətli inkişafın sirrinın nədə olduğunu soruşdu. Bildirdim ki, bu torpaqda müşahidə olunan sürətli inkişafın kökündə ümummilli liderimiz Heydər Əliyevin yoluna, siyasi və nəzəri irsinə böyük sədaqət və ehtiram dayanır. Siz bu sədaqətin nümunələrini muxtar respublikamızın sərhəd bölgəsi Sədərəkdə də görəcəksiniz.
    Hümbət bildirdi ki, Sədərəyi görməsə də, oğlu Ağaşirin bu yerlər haqqında ona bəzi məlumatlar verib. Sədərəklilərin mərd, qonaqpərvər və cəfakeş olduğunu xüsusilə vurğulayıb.
    Bir azdan gözlərimiz önündə Mil dağının ətəyinə sığınan, bir gözəllik mücəssəməsi olan Heydərabad qəsəbəsi görünür. Üzümü Hümbətə tutub deyirəm:
    - Bu da bizim Naxçıvanın qeyrət qalası Sədərək. Bu, o qaladır ki, düşmənin itilənmiş tamah dişi burada sındırılıb. Erməni daşnaklarının həmlələri və minbir hiyləsinin qarşısı bu qalada Vətən oğulları tərəfindən mərdliklə alınıb. Sədərək muxtar respublikamızın digər sərhəd məntəqələrindən daha çox erməni hücumuna məruz qalıb.
    1992-ci ilin may ayının əvvəllərində Naxçıvan Muxtar Respublikasında Azərbaycanın Ermənistanla sərhədlərində gərginlik artmışdı. Erməni daşnakları hətta zəhərli kimyəvi silahlardan istifadə edirdilər. Sədərəkdə qanlı döyüşlər 40 gün davam etdi. Naxçıvanlıların hamısı Sədərəyin müdafiəsinə qalxdı. Onlar qəhrəmanlıqla vuruşurdular. Kəndlərə xeyli ziyan dəymiş, evlər və inzibati binalar dağıdılmışdı. On minlərlə insan ağır şəraitdə yaşamağa məcbur olmuşdu. İndi həmin günlər arxada qalıb. Yeri gəlmişkən qeyd edim ki, ulu öndərimizin fəaliyyəti sayəsində 1991-ci il sentyabr ayının 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması ilə bugünkü Silahlı Qüvvələrimizin təməli qoyuldu. Deyirlər, hər bir xalqı dünyada söz sahibinə çevirən amillərdən biri onun Silahlı Qüvvələridir. Hər bir müstəqil dövlət öz güclü ordusu ilə tanınır. Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz. Bu gün xalqımız xoşbəxtdir ki, onun güclü ordusu var.
    Mənim bu sözlərim Hümbətin də ürəyindən xəbər verdı:
    -Hər bir Vətən oğlu zamanı yetişəndə Vətənə övladlıq borcunu verməlidir. Bu gün sevinirəm ki, oğlum Ağaşirin də bu borcu yerinə yetirir. Özü də o yerdə ki, Vətən oradan başlanır. Torpaqlarımızın müdafiəsində ayıq-sayıq duran övladlarımızla qürur duyuram.
    Heydərabad qəsəbəsi ilə tanışlıqdan sonra "N"saylı hərbi hissəyə yollandıq, Ağaşirinlə görüşdük.
    Öyrəndik ki, 2018-ci ilin iyul ayından ordu sıralarına çağırılıb. Xarakterində də ciddi dəyişikliklər əmələ gəlib. Gənc əsgər daha əvvəlki kimi özünü yeniyetmə saymır. Təlimdə komandirlərinin göstərişlərini sözsüz və can-başla yerinə yetirməsi onun vətənpərvər bir əsgər olduğundan xəbər verirdi. Ona belə bir sualla müraciət etdim:
    - Ağaşirin, səncə, vətənpərvərlik nə deməkdir? Ağaşirin bu suala özünəməxsus şəkildə cavab verdi:
    - Vətənpərvərlik, ən sadə mənası ilə desək, Vətəni sevmək və lazım gələrsə, onun yolunda canından keçməkdir. Bu gün cəmiyyətimizdə, insanlar arasında, eləcə də ordumuzda bu mövzudan çox söz açılır. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu bir vaxtda hər bir gəncin, yeniyetmənin vətənpərvərlik ruhunda köklənməsi vacibdir. Doğulub boya-başa çatdığımız, ən ülvi hisslərlə bağlandığımız Vətənin bir parçası xain ermənilərin əlindədir. Belə bir vaxtda heç bir gəncin ölkəmizdə gedən ictimai-siyasi proseslərdən kənarda qalmağa mənəvi haqqı yoxdur. Axı xalqımızın bizə inamı böyükdür. Ona görə də bir döyüşçü kimi yetişməyimiz vacib şərtdir. Komandirlərimizin də əsas məqsədi odur ki, hər bir əsgər vətənpərvər kimi yetişsin. Sevinirəm ki, mənimlə birlikdə xidmət edən yoldaşlarım belə gənclərdir. Ona görə də sərhədlərimiz göz bəbəyi kimi qorunur. Bu da sərhəd məntəqəsində yaşayan insanların qurub-yaratmaq əzmini yüksəldir. İndi Naxçıvanın qeyrət qalası daha böyük güclə, mərdliklə, möhkəm iradə ilə qorunur. Bu gün hər bir əsgər öz səngərində daha ayıq-sayıq və daha çevikdir. Onu heç bir güllə səsi qorxuda bilməz. Çünki biz öz xidmətimizi yüksək nizam-intizam, qarşılıqlı hörmət və Vətənə sonsuz məhəbbət əsasında qurmuşuq.
    Oğlunun bu torpaqda əsl vətənpərvər kimi yetişməsi ata qəlbini də vəcdə gətirmişdi. Odur ki, ata-bala bir-birinə sarıldılar.
    Onunla və atası ilə sağollaşıb ayrıldıq. Bu görüş, əsgər və atasının söhbətləri məni və sürücünü xeyli təsirləndirmişdi. Sanki Sədərəyə nə üçün gəldiyimizi unutmuşduq. Həm də sevinirdim ki, daha bir mövzu, necə deyərlər, məni özü tapmışdı. Düşünürdüm ki, bu gün xalqımız öz ordusuna güvənir. İndi bu ordunun müdafiə edə bilməyəcəyi torpaq, məğlub edə bilməyəcəyi düşmən yoxdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin söylədiyi kimi: “Hər birimiz bilməliyik ki, birlik harada varsa, güc və qüdrət də oradadır. Birlik, dostluq və bərabərlik düşmən qarşısında şərəf və ləyaqətlə dayanmağın əsasıdır. Bu amal həm də böyük ruh yüksəkliyi, yük­sək əhval-ruhiyyə deməkdir”.
    P.S. Aradan bir müddət keçdikdən sonra Hümbətdən minnətdarlıq məktubu gəldi. O yazırdı:
    "Hörmətli redaksiya! Bir neçə gün sədərəklilərin qonağı oldum. Düşmənə gözdağı olan, bura gələn insanları öz gözəlliyi ilə məftun edən Heydərabadı qarış-qarış gəzdim. Burada zəhmətin nurunu gördüm. Ömrünü torpağa bağlayan, alın təri ilə çörək qazanan insanların qonaqpərvərliyi məni heyran etdi. Atalar sözüdür: "Torpağa əyiləni torpaq ucaldar". İndi mənə aydın oldu ki, bu torpaq necə qorunub. Çünki bu diyarda yurd sevgisi, torpaq sevgisi hər şeydən ucada dayanır. Sədərəyi ülvi gözəlliyə, gülüstana çevirənlərə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanımızın ayrılmaz parçası olan Naxçıvanı nəinki rayonumuza, eləcə də bütün bölgələrimizə örnək sayıram".


    Rövşən HÜSEYNOV,
    Mətbuat Şurasının sədri

    Oxunub : 61


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Azərbaycan Respublikası Qanunlarına əsasən Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    Hazırladı: Murad Orucov
    SON XƏBƏRLƏR
    Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir Fənn olimpiadasının rayon mərhələsi keçirilib Kitab müzakirəsi keçirilib Oğuz yurdu Sədərək Şahmat üzrə rayon birinciliyi keçirilib 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Uşaq gənclər şahmat məktəbində Ustad dərsi keçirilib Yoldaşlıq görüşü İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddır Sədərək kənd 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib Açıq birincilikdə gənc idmançılarımız uğurlar əldə ediblər Sədərək rayon mədəniyyət sarayında konsert təşkil olunub 20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub Rayonumuzda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir 20 Yanvara həsr olunmuş bir dərs saatı Mərkəzi Xəstəxanada rayon sakinləri müayinə olunublar UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR Sədərəyin qədim tarixinin güzgüsü Ailə təsərrüfatları rayonumuzun inkişafında səmərəli rol oynaya bilər Yeniyetmə və gənclər rayon Tarix-Diyarşünaslıq muzeyində olublar Yeniyetmə dəri əlcək sahibi qalib adını qazanıb İnşa müsabiqəsi Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR
    File engine/metagen.php is in the folder, which is available to write (CHMOD 777). For security purposes the connection files from these folders is impossible. Change the permissions on the folder that it had no rights to the write.