AKTUAL

    UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR

    UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR


    “Bu yurd yerimiz hamımız üçün müqəddəs bir məkandır. Çünki ordan başlayır Vətən adlı məmləkətimiz. Coğrafi mövqeyi onun tarixi taleyinə mənfur düşmənlərimizlə qonşuluq qisməti yazıb. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizlin, gah da aşkarda həyata keçirən daşnakların 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr sədərəklilərin sərhədçi ömrü yaşamaları ilə nəticələnib.
    Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Naxçıvan ayağa qalxıb, Sədərək qəhrəmanlıqla qorunub, “Torpaq uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxıb eloğullarımız. Bu mücadilədə sağlamlığını itirənlər də az olmayıb. Onlarla igidimiz isə şəhidlik zirvəsinə ucalıb”. Bu sözləri Sədərək kənd 2 nömrəli tam orta məktəbində söhbətləşdiyimiz müəllim Həsən Rzayev deyir. Xəyalımda o illəri canlandırmağa çalışıram.
    1990-cı il avqust ayının 28-də muxtar respublikanın inzibati ərazi bölgüsünə rayon kimi daxil edilən Sədərəyi ümummilli liderimiz Heydər Əliyev “Qeyrət Qalası” adlandırırdı. 2002-ci ilin avqust ayında bölgə ictimaiyyəti ilə görüşən ulu öndərimiz demişdir: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir. Vaxtilə 1977-1978-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim. Layihələr hazırlandı, qəsəbə tikildi və sədərəklilərin bəziləri də buraya köçüb yaşamağa başladılar”.
    Rayon ağsaqqalı, müharibə veteranı Cəlil Əliyevlə bir qədər yaxın keçmişə qısa ekskursiya edirik. Deyir ki, məlum hadisələr başlayandan sonra 1990-1993-cü illərdə ermənilər 14 dəfə Sədərəyə hücuma keçiblər. İlk döyüş 1990-cı il yanvar ayının 18-də olub. Həmin ilin mart ayında ermənilər Sədərəyə 300-ə yaxın top mərmisi atıblar, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdıblar. Həmin illərdə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 12 rayonundan Sədərəyə kömək gəlib. Döyüşlərdə 108 nəfər şəhid olub ki, onların 52 nəfəri rayonun yetirmələri idi.
    Cəlil Əliyevlə söhbətimiz zamanı ulu öndərin sözlərini xatırlayırıq: “Muxtar respublikanın sərhəd kənd­ləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür”.
    Yenə o illərə qayıdırıq. Güllə səslərindən qulaq tutulan, həyət-bacaları dağılan Sədərəkdə 1993-cü il avqust ayının 13-də axırıncı döyüşdə ermənilər “Qeyrət Qalası”nı qoruyan qeyrətli oğullara bata bilməyəcəklərini anlayıblar. Sədərək belə qorunub. Bu gün də qorunur. Özü də yüksək səviyyədə həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan əsgərlərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə. Bu məqamda istər-istəməz ulu Dədə Qorqudun aforizmə çevrilmiş sözlərini xatırlayırsan: “Torpağı qorumursansa, becərməyinə, becərmirsənsə, qorumağına dəyməz”. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 15 mart tarixdə imzaladığı “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” Sərəncamın əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Məhz bu sərəncam sərhəd bölgəsinin öz simasını tamamilə dəyişməsinə səbəb olub. Adıçəkilən sənəd imzalandıqdan sonra onun icrası istiqamətində görülən işlər, həyata keçirilən digər məqsədyönlü tədbirlər Sədərəyi müasir rayona çevirib. Bunu rayon həyatının bütün sahələrində görmək olar.
    Rayon mərkəzi Heydərabad qə­sə­­bəsi düşmənin bir addımlığındadır və bu gün mənfur ermənilərə ən böyük gözdağıdır. Burada son illər­də müasir tələblərə cavab verən on­larla ikimərtəbəli yaşayış evləri, ra­yonun idarə, müəssisə və təşkilat­la­rı üçün inzibati binalar tikilib. Bu tədbirlər hər il də davam etdirilib.
    Rayon sakinlərinin hansı ilə həmsöhbət olduqsa, onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər. Sədərək kəndinin 96 yaşlı sakini, yurdsevər el ağsaqqalı Ələkbər Cabbarov söhbətinə 90-cı illərin əvvəllərindən başladı:
    – Ulu öndərimizin həmin illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinə tövsiyələrini verməsi təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Bu gündən sabaha ümidləri olmayan sədərəklilər də dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inandılar.
    Bu gün qovuşduğumuz bu işıqlı həyat tərzi məhz Heydər Əliyev ideyalarının işığı hesabına mümkün olub... Bu işığın heç vaxt sönməyəcək ziyası sərhəd bölgəsini daha xoş sabahlara aparır.

    Sərxan İSMAYILOV
    [b][/b]

    Oxunub : 59


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Azərbaycan Respublikası Qanunlarına əsasən Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    Hazırladı: Murad Orucov
    SON XƏBƏRLƏR
    Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir Fənn olimpiadasının rayon mərhələsi keçirilib Kitab müzakirəsi keçirilib Oğuz yurdu Sədərək Şahmat üzrə rayon birinciliyi keçirilib 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Uşaq gənclər şahmat məktəbində Ustad dərsi keçirilib Yoldaşlıq görüşü İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddır Sədərək kənd 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib Açıq birincilikdə gənc idmançılarımız uğurlar əldə ediblər Sədərək rayon mədəniyyət sarayında konsert təşkil olunub 20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub Rayonumuzda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir 20 Yanvara həsr olunmuş bir dərs saatı Mərkəzi Xəstəxanada rayon sakinləri müayinə olunublar UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR Sədərəyin qədim tarixinin güzgüsü Ailə təsərrüfatları rayonumuzun inkişafında səmərəli rol oynaya bilər Yeniyetmə və gənclər rayon Tarix-Diyarşünaslıq muzeyində olublar Yeniyetmə dəri əlcək sahibi qalib adını qazanıb İnşa müsabiqəsi Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR
    File engine/metagen.php is in the folder, which is available to write (CHMOD 777). For security purposes the connection files from these folders is impossible. Change the permissions on the folder that it had no rights to the write.