Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
“Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada bir Həsənqulu bağı vardı... Guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bunları hiss edirdim. Ona görə mən belə qərara gəldim ki, burada Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasirtipli evlər tikək ki, Ermənistanın ərazisindən buraya keçənlər, – yadınızdadırsa, o vaxt gediş-gəliş çox idi, turistlər də gedib-gəlirdi, Sovet vaxtı başqaları da gedib-gəlirdi, – onlar görsünlər ki, Azərbaycan torpağında indi yaşayış necədir. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim”. Bu sözləri ümummilli lider Heydər Əliyev 17 il bundan əvvəl–14 avqust 2002-ci il tarixdə Sədərək rayonunun sakinləri ilə görüşdəki çıxışında deyib.
Bəli, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1990-cı il avqust ayının 28-də Sədərək kəndinin bazasında Sədərək rayonu yaradıldı. Bölgənin inkişafı, infrastrukturunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamına əsasən bu istiqamətdə böyük həcmli layihələr reallaşdırıldı, rayon özünün inkişaf və tərəqqi yoluna qədəm qoydu. Yeri gəlmişkən onu da vurğulayaq ki, ölkə Prezidenti cənab İlham Əliyev 2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri zamanı Sədərək rayonunda da olub. Bir neçə obyektin, o cümlədən yenidən qurulmuş Heydərabad qəsəbəsinin açılışında iştirak edib, ikimərtəbəli 16 fərdi yaşayış binası da həmin gün istifadəyə verilib. Dövlət başçısı qəsəbə sakinlərini təbrik edərək deyib: “...Gözəl evlər, binalar tiki­lib. Qəsəbə yeni dövrə qədəm qo­yur. Bütün işlər ən müasir səviy­yə­də görülübdür. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir. Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır”.
Bu, doğrudan da, belədir. Naxçıvanın coğrafi mövqeyi onun tarixi taleyinə bir çox yaşayış məntəqələrində erməni adlı mənfur düşmənlə qonşuluq qisməti yazıb. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizlin, gah da aşkarda həyata keçirən daşnakların 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr sərhəd yaşayış məntəqələri sakinlərinin sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Azərbaycan ayağa qalxdı, o ağır illərdə belə, yurd yerlərimiz qəhrəmanlıqla qorundu, “Torpaq – uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxdı eloğullarımız. Bu mücadilədə sağlamlığını itirən, öz ev-eşiyinə qazi kimi qayıdanlar da az olmadı.Yüzlərlə igidimiz isə şəhidlik zirvəsinə ucaldı.
Onların ruhu qarşısında baş əyən naxçıvanlılar bu gün muxtar respublikada bərqərar edilmiş ictimai-siyasi sabitlik, əmin-amanlıq, yenidənqurma prosesləri fonunda həyata keçirilən tədbirləri ürəkdən dəstəkləyir, bu tədbirlərdə fəallıq göstərirlər. Bunun ifadəsidir ki, doğma muxtar diyarımız, onun bütün bölgələri müasirlik donundadır. Ulu öndərimizin adını daşıyan qəsəbənin bu sırada öz yeri var. Son illərdə də qəsəbədə davam etdirilən quruculuq işləri rayon mərkəzini xeyli gözəlləşdirib, düşmənə gözdağına çevrilib.
Heydərabad qəsəbəsi ilə bağlı yazı hazırlamaq barədə düşünərkən hələ 2003-cü ildə qəzetimizin yaradıcı heyətinin sərhəd bölgəsinin sakinləri ilə görüşünü xatırladım. Heydərabad qəsəbəsində–rayon İcra Hakimiyyətinin binasında təşkil edilən tədbirdə bu sərhəd bölgəsinə göstərilən dövlət qayğısından xeyli söhbət açıldı. Bu qayğıdan rayon mərkəzinə də xeyli pay düşdüyü vurğulandı. O görüşdən artıq 16 il keçir. Bu dövrdə dəfələrlə rayonda olmuşam, digər yaşayış məntəqələri ilə yanaşı, qəsəbənin də saatbasaat, günbəgün dəyişdiyini görmüşəm.
Bu yaz günlərinin birində yenə də qəsəbədə qaynar həyat gördüm. İnsanlarla görüşdüm. İlk həmsöhbətim rayon qəzetinin redaktoru Sərxan İsmayılov oldu. Onun dediklərindən:
- Bölgə sakinləri qəsəbədə həyata keçirilən layihələri insan amilinə göstərilən yüksək qayğı kimi dəyərləndirirlər. Ötən dövrdə rayon mərkəzi Heydərabadda böyük dövlət qayğısının ifadəsi kimi həyata keçirilən kompleks quruculuq tədbirləri düşmənin bir addımlığında mərd-mərdanə dayanan bu sərhəd yaşayış məntəqəsinə müasirlik gətirib. Bu gün rayonda elə bir idarə, müəssisə və təşkilat yoxdur ki, fəaliyyətini müasir tələblərə cavab verən yeni binada davam etdirməsin. 2230 sakinin yaşadığı qəsəbənin ərazisi 8,4 kvadrat kilometrdir.
Burada qəsəbə tam orta məktəbi, 3 məktəbdənkənar müəssisə, həkim ambulatoriyası, uşaq bağçası, şahmat məktəbi, seysmoloji stansiya, Tarix-Diyarşünaslıq Muzeyi, 23 dövlət müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə isə qəsəbə ərazisində 110 ictimai yaşayış və inzibati bina öz müasir görkəmi ilə buraya gələnlərdə yüksək təəssürat yaradır. Binaların hər biri gülkarlıqlarla əhatə olunub. Gülkarlıqlara daimi su xətləri çəkilib. Bu, gecə vaxtlarında qəsəbənin daha gözəl, daha cazibədar görünməsinə imkan verib. Müasir işıqlandırma sisteminin qurulması qəsəbəni, sözün həqiqi mənasında, işıqlı bir yurd yerinə çevirib. Obrazlı şəkildə desək, bu işığın şölələri hər bir qəsəbə sakininin yolunu işıqlandırmaqdadır. Biz də o işığın fonunda qəsəbəni gəzdik, bəzi təşkilatlarda olduq.
Bu, qəsəbə tam orta məktəbidir. 635 şagird yerlik məktəb qəsəbənin gələcək perspektivləri nəzərə alınaraq inşa edilib. Hazırda burada 61 şagird təhsil alır. Müqayisə aparmağa ehtiyac yoxdur. Təhsil ocağı bütün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Məktəbin direktor müavini Zakir Zamanov söhbətinə bir qədər keçmişdən başlayır:
- O illəri yaxşı xatırlayıram. Və bu gün dərs dediyim şagirdlərə aşılamağa çalışıram ki, bizim mübarizəmiz haqq işidir. Haqq işi isə həmişə qalib gəlib. Ona görə də yaşadığımız və tariximizə yazılan hadisələrlə bağlı dərs prosesində, məktəbdənkənar və sinifdənxaric məşğələlərdə söhbətlər aparırıq, inşa yazı və rəsm müsabiqələri keçiririk. Onu da qeyd edim ki, aidiyyəti fənlərin proqramlarında da bu mövzuya kifayət qədər yer ayrılıb. Hansı fənni tədris etməsindən asılı olmayaraq, bu gün məktəbin bütün müəllimləri bu işdə fəallıq göstərirlər. Əsas diqqət yönəltdiyimiz məsələlərdən biri də düşmənlə bir addımlığımızda yaşayan qəsəbə şagirdlərini onlara qarşı nifrət, dövlətimizə, dövlətçiliyimizə, müstəqilliyimizə sədaqət ruhunda tərbiyə edək. Qəsəbədə yaradılanların məhz bugünkü və sabahkı gənclik üçün olduğunu, onları qorumağın vacibliyini başa salırıq ki, sərhəd bölgəsinin uşaqları dövlətimizin bizə hərtərəfli qayğı göstərdiyini yaddan çıxarmasınlar.
Müəllimlər söhbətə qoşularaq Heydərabad qəsəbəsinin bu günündən, müxtəlif sahələrə göstərilən xidmətlərdən danışırlar, yaşadıqları yurd yerində görülən işləri dəyərincə qiymətləndirirlər. Vəfa İsmayılova qəsəbədə əhalinin məşğulluğu, insanların sosial müdafiəsi, ahılların, məhdud fiziki imkanlıların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən, bu məqsədlə aidiyyəti qurumlara yaradılmış şəraitdən danışaraq razılığını bildirir.
Qəsəbədəki park sakinlərin ən sevimli istirahət guşəsidir. Parkda qəsəbə sakini Saleh Heydərovla görüşürük. Deyir ki, bu park, bu qəsəbə sərhədçi ömrü yaşayan sakinlərə böyük dövlət qayğısının ifadəsidir. Belə qayğının davamlı xarakter alması Heydərabada qaynar həyat bəxş edib. Bu gün hər bir qəsəbə sakini heç nədən çəkinmədən qurur, yaradır. Çünki arxasında güclü dövlətin və ordunun dayandığını bilir. Bunları mənfur qonşular da görür. Naxçıvanın belə inkişafı isə düşmənə ən böyük zərbə və cavabdır.
Sürücü Elçin Abdullayev düşmənlə üz-üzə dayanan əsgərlərlə qurulmuş sıx əlaqələrdən danışır. Deyir ki, onlar bizə arxadır, biz də onlara. Tez-tez görüşürük. Bayramlarda, əlamətdar günlərdə, məhsul yığımlarında onlara sovqatlar aparırıq. Rayonun musiqi kollektivləri tez-tez sərhədçilərin qonağı olur. Bütün bunlar isə onlarda yüksək ovqat yaradır. Bu ovqatla istənilən anda düşmənə qalib gəlmək olar və igid eloğullarımız da bu arzu ilə yaşayırlar.
Heydərabada göstərilən hərtərəfli dövlət qayğısı təkcə naxçıvanlıları deyil, hər bir azərbaycanlını ürəkdən sevindirir. Çünki Vətən sərhəddən başlayır. Heydər­abad da bu sərhədin bir hissəsidir. Yadıma şair Asim Yadigarın bu misraları düşür:
Öndərimin adından ad alan
Heydərabad
Necə gözəlləşibdi,
necə olubdu abad.
Düşmən bağrı çatladan
Sədərək adlı bu yurd
Keçilməz sərhədimiz,
alınmaz qalamızdır,
Susmayan cəngimizdir,
gurlayan sədamızdır.
Bu gün bu keçilməz sərhəd bölgəmizin qovuşduğu işıqlı həyat tərzi ulu öndər Heydər Əliyev ideyalarının reallaşdırılması hesabına mümkün olub... Bu işığın ziyasısərhəd bölgəsinin mərkəzi Heydərabad qəsəbəsində də heç vaxt sönməyəcək, daim yanacaq, qəsəbə sakinlərinin yollarını işıqlandıracaq.

Muxtar MƏMMƏDOV



Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır
Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter