AKTUAL

    KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR

    KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR


    Soyuq yanvar ayının əvvəllərində qədim oğuz yurdu Naxçıvanın sərhəddə yerləşən kiçik bir kəndində həyat öz axarı ilə davam edirdi. Bacalar tüstüləyir, ocaqlarda yeməklər bişir, uşaqlar həyət-bacalarda oyan-buyana şütüyür, qoyun-quzu tövlələrdə yemlənirdi. İnsanlar bir az səksəkəli olsalar da, öz gündəlik qayğıları ilə məşğul idilər. Heç kim ağlına gətirmək istəmirdi ki, cəmisi bir neçə gün sonra onlar öz yurdlarını tərk edib gedəcəklər. Onlar bilmirdilər ki, topu-topxanası, zirehli texnikalardan qalası olan zülmkar erməni cəlladlarının Kərki kəndinin gələcək taleyi üçün mənfur planları hazır idi. Bu planların reallaşması neçə-neçə evi sahibsiz, neçə-neçə insanı didərgin qoyacaqdı, xanimanları yandırıb xarabazara çevirəcəkdi.
    ...O hadisələrin canlı şahidi mərhum, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədov Kərki kəndindən bəhs edən kitabında yazırdı ki, 1990-cı il yanvar ayının 15-də Kərki kəndinin müdafiəçiləri sovet hərbçilərinin tələbi ilə axşam saat 6-7 radələrində Kərkini tərk ediblər. Kərki sovet hərbiçiləri tərəfindən yerli sakinlərdən alınıb ermənilərə veriləndə (15 yanvar 1990-cı il) hələ nə Qarabağ işğal olunmuşdu, nə Xocalı faciəsi baş vermişdi, nə Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları ermənilərin əlinə keçmişdi, nə də Sədərək üzərinə erməni hücumları olmuşdu. Kərkinin işğalı 20 Yanvar Bakı qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Sədərəyə silahlı basqınlarının başlanğıcı oldu.
    Kərkidə nələr baş vermişdi, kəndin son müdafiəçiləri kimlər idi, onlar hansı şəraitdə vuruşurdular və kənd necə işğal edildi, bundan çoxları xəbərsiz idi. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrindən saat 19-dək Kərki kəndində şiddətli döyüşlər olub. 20-30 nəfər Kərki sakini 2-3 nəfər Şərur Rayon Polis Şöbəsinin əməkdaşı ilə birlikdə 2-3 min silahlı erməniyə qarşı vuruşsa da, qüvvələrin qeyri-bərabər olması döyüşçülərin davam gətirməsinə imkan verməyib və axşamüstü onlar bir neçə saatlıq fasilədən sonra yenə başlanan güllə yağışı altında qarlı dağ yolu ilə kəndi tərk ediblər. Beləliklə, Kərki kəndi ermənilər tərəfindən işğal olunub...
    70-dən artıq ailənin, 350 nəfərə yaxın əhalinin yaşadığı kənddə 1990-cı illərə qədər də əhali çox əziyyət çəkib. O zamankı Sədərək kəndindən 12 km aralıda – İrəvan-Cermuk yolunun 20-30 metrliyində yerləşən kiçik bir kənddə yaşamaq çox çətin olub. 1988-ci ildən yoldan keçən erməni maşınlarından kəndə müxtəlif çaplı silahlardan atəş açılmasına başlanılıb.
    Kərki kəndi uğrunda gedən döyüşlərin iştirakçılarından Rza Cabbarovun, Ağoş ləqəbi ilə məşhur olan Oruc Orucovun, Yavər Ələkbərovun və başqalarının Vaqif Məmmədov tərəfindən qələmə alınmış xatirələri o hadisələr barədə müfəssəl məlumat almağa imkan verir. Bu xatirələrdə qeyd edilir ki, 1988-ci ildən əli silah tuta bilən 45 nəfər siyahıya alınıb, hər birində 15 nəfər olmaqla kəndin üç yerində post yaradılıb. Sədərəkdən, Şərurdan, ümumiyyətlə, Naxçıvanın müxtəlif bölgələrindən gələn könüllülər də daxil olmaqla, Kərki 2 il bu vəziyyətdə qorunub. 1990-cı il yanvarın 15-də səhər saat 4-də sakinlər güllə səsinə oyanıblar. Səhər saat 8-ə qədər evlərdən çıxmaq mümkün olmayıb. Yanvarın 14-dən 15-nə keçən gecə Ermənistan tərəfdən Cermuk yolu ilə gələn kalonu kəndin müdafiəçiləri müşahidə ediblər. Kəndin ən uca yerində yerləşən ehtiyat növbətçilərin vasitəsilə həmin kalonda gedən maşınlar sayılıb. 115 erməni maşını keçib. Bu, onları şübhələndirib. Postlara ayıq olmaq üçün xüsusi tapşırıqlar verilib və səhər saat 4 radələrində 2-3 min erməni kəndi mühasirəyə alıb.
    O hadisələrin şahidləri və döyüşlərin iştirakçıları deyirlər ki, Kərki kənd sakini Oruc Orucovun kustar üsulla hazırlanmış topu düşmənin itki ilə geri çəkilməsinə səbəb olub. Bu topu Oruc Orucov hələ 1960-cı ildə Kərki dağlarında kinofilm çəkilişindən sonra əldə edib, bir neçə il o topun üstündə işləyib onu saz hala gətirib, dəfələrlə sınaqdan keçirib. Bunun bəhrəsini isə 1990-cı il yanvarın 15-də bütün Kərki sakinləri görüb.
    ... Yanvarın 15-i sübh tezdən erməni silahlıları bir neçə tərəfdən – Şırran körpüsü, O tay, Köhnə Kərki və Sənəm zağası tərəfdən kəndə tərəf irəliləyərək Kərkini üzük qaşı kimi mühasirəyə alıblar. Vəziyyət getdikcə çətinləşib. Şırran körpüsü tərəfdən kəndə hücum edən ermənilər qədim yurd yerimizi yandırmağa başlayıblar. Belə bir vaxtda Ağoş (Oruc Orucov) topun lüləsini aşağıya – ermənilərin cəmləşdiyi yerə çevirib, topu tarazladıqdan sonra ilk atəşi açıb. Top atəşini gözləməyən ermənilər ölənləri və yaralananları da elə oradaca buraxaraq qaçmağa başlayıblar. Bu topla daha yeddi mərmi atılıb, qaçanların əksəriyyəti də oradaca məhv edilib. Bir neçə saat sonra maşınlar geri qayıdıb, ölənlərin cəsədləri və yaralılar maşınlarla yaxın kəndlərə göndərilib. Top atəşindən sonra kənd camaatını qoruyacaqlarına yalandan söz vermiş, elə bunun üçün də məktəb binasında qərarlaşmış ruslar da hadisə yerinə gələrək topu görəndə mat-məəttəl qalıblar. Axşam saatlarında isə elə həmin ruslar tərəfindən kəndi qoruyanlara son dəfə xəbərdarlıq edilib və kənddən çıxmaları tövsiyə olunub. Mərmilər tükəndiyindən kəndin müdafiəçilərinin başqa çıxış yolu olmayıb və onlar qaranlıq düşən zaman kəndi tərk etməyə məcbur olublar.
    Müasir mənbələr bu kənd haqda nə deyir
    Apardığımız araşdırmalardan belə məlum olur ki, ötən əsrin əvvəlində Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində anklav vəziyyətə düşən Kərki kəndi Qarabağda separatçı münaqişənin qızışmaqda olduğu bir vaxtda işğal edilib. Həmin vaxt ermənilər təkcə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə yox, Azərbaycanın Ermənistanla sərhədboyu kəndlərinə qarşı da silahlı hücumlar həyata keçirirdilər. Kəndin işğal olunmasında qonşu dövlətdə dislokasiya olunmuş 7-ci sovet ordusunun hissələrinin də “əməyi” az olmayıb. Bəs işğal altında olan Kərki kəndi indi hansı vəziyyətdədir? Bu barədə müxtəlif informasiya mənbələri əsasında müəyyən nəticələr çıxarmaq olar. Mənbələrdə qeyd edilir ki, Ağrı vadisini İrəvanla birləşdirən yeganə avtomobil yolunun kənarında, olduqca əlverişli coğrafi mövqedə yerləşən kənd hazırda Kərkinin işğalında iştirak etmiş və Vaqif Kazımov tərəfindən öldürülmüş bir erməninin adı ilə tanınır.
    Kərki kəndi ələ keçiriləndən sonra orada əvvəlcə Azərbaycandan köçən ermənilər məskunlaşıb. Lakin onların əksəriyyəti burada duruş gətirməyiblər, müxtəlif yerlərə köçüblər. Hazırda kənddə müxtəlif regionlardan sürgünə göndərilmiş ermənilər məskunlaşıb. İşğal olunmuş digər ərazilər kimi, bu kəndin də rəsmi statusu olmadığı üçün onu, onun üzdəniraq “sakinləri”ni də taleyin ümidinə buraxıblar. Kəndin Ermənistan torpağı kimi leqallaşdırılması məsələsi dəfələrlə hökumət qarşısında qaldırılsa da, hökumət beynəlxalq təşkilatların diqqətini çəkməmək üçün bu işə “qol qoymur”, məsələnin həllini Qarabağ probleminin həllinə bağlayır. Bəzi qüvvələr isə gec də olsa, kəndin statusunu tanımaq, onun sakinlərinin torpaq sahələrini rəsmiləşdirmək, kəndə qaz çəkmək və su problemini həll etmək üçün təzyiqlər edirlər. Kəndin indiki “sakinləri” düşmən ölkənin ayrı-ayrı regionlarında pasport qeydiyyatındadırlar.
    Köhnə Kərkidən yeni Kərkiyə
    Kərkililər qoçaq, məğrur, torpaqlarını qorumağı bacaran insanlar olub və bundan sonra da belə olacaq. Kərki kəndi mövcud olduğu dövrdə bir o qədər də diqqət görməmişdi. Yalnız kənd sakinlərinin şikayətlərindən sonra, 1989-cu ilin aprel ayında kəndin sosial-iqtisadi inkişafı ilə bağlı o vaxtkı Naxçıvan MSSR Nazirlər Soveti qərar qəbul etmişdi. Lakin gec idi. Çünki 1988-ci ildə başlanan hadisələr elə sürətlə cərəyan edirdi ki, o vaxt ancaq kəndi və kənd adamlarını qurtarmaqdan söhbət gedə bilərdi. Təəssüf ki, kəndi qurtarmaq mümkün olmadı. Kərkililər nə qədər müqavimət göstərsələr də, yurd yerimiz ermənilərin əlinə keçdi. İnsanların bir qismi isə indiki Kəngərli rayonu ərazisində məskunlaşdılar və buraya Yeni Kərki adı verildi. Öz ata-baba torpaqlarından zorla çıxarılmış kəndin sakinlərinin üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi hesabına kərkililərin problemləri öz həllini tapdı, onlar üçün ayrılmış torpaq sahəsində yeni mənzillər tikildi. Kənd sakinlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlər görüldü. Kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, məktəb yaradıldı, kənd qazlaşdırıldı, evlərə telefon xətti çəkildi. 2010-cu ildə isə kənddə kompleks quruculuq işləri aparıldı, yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa edildi.
    Yeni Kərkinin gənc sakinlərindən Hafiz İsmayılbəyli deyir ki, dağların o tayında qalan kəndimiz haqda atamdan, yaxın qohum-əqrəbadan eşitmişəm, ora getməyi, kəndin buz bulaqlarının suyundan içməyi, dədə-baba məzarlığını ziyarət etməyi arzulamışam. Kəndin şəkillərinə baxanda ürəyimdə istər-istəməz bu torpağa qayıtmaq həvəsi yaranır. Mən və mənim kimi gənclər and içmişik ki, nəyin bahasına olursa-olsun, bu torpaqları azad edəcəyik, bu kənd yenə bizim yurd yerimiz olacaq.
    Kərkinin azad olunacağına inam böyükdür
    Bu gün bir çox ermənipərəst dairələr, eləcə də Ermənistan müxalifəti Azərbaycanı zəif görmək istəklərinə rəğmən həqiqəti etiraf etməyə məcbur olurlar. Bu həqiqət də ondan ibarətdir ki, Azərbaycanın güclü ordusu var və bu ordu istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Kərkililər əmindirlər ki, Ermənistan məğlub tərəf kimi danışıqlar masasına oturdulacağı təqdirdə onların kəndlərinin qaranlıq taleyi üçün də işıq ucu görünəcək.
    Dövlətimizin artan gücü və hərbi qüdrəti, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi belə bir inam yaradır ki, tezliklə əzəli və əbədi torpaqlarımız, eləcə də Naxçıvan Muxtar Respublikasının ərazisi olan Kərki kəndi də işğaldan azad olunacaq. Dövlət başçısının “Biz öz ərazi bütövlüyümüzü istənilən yolla azad edəcəyik” kimi qətiyyətli bəyanatı da bu inamdan xəbər verir.


    “Oğuz yurdu”

    Oxunub : 29


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Azərbaycan Respublikası Qanunlarına əsasən Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    Hazırladı: Murad Orucov
    SON XƏBƏRLƏR
    Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir Fənn olimpiadasının rayon mərhələsi keçirilib Kitab müzakirəsi keçirilib Oğuz yurdu Sədərək Şahmat üzrə rayon birinciliyi keçirilib 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Uşaq gənclər şahmat məktəbində Ustad dərsi keçirilib Yoldaşlıq görüşü İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddır Sədərək kənd 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib Açıq birincilikdə gənc idmançılarımız uğurlar əldə ediblər Sədərək rayon mədəniyyət sarayında konsert təşkil olunub 20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub Rayonumuzda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir 20 Yanvara həsr olunmuş bir dərs saatı Mərkəzi Xəstəxanada rayon sakinləri müayinə olunublar UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR Sədərəyin qədim tarixinin güzgüsü Ailə təsərrüfatları rayonumuzun inkişafında səmərəli rol oynaya bilər Yeniyetmə və gənclər rayon Tarix-Diyarşünaslıq muzeyində olublar Yeniyetmə dəri əlcək sahibi qalib adını qazanıb İnşa müsabiqəsi Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR
    File engine/metagen.php is in the folder, which is available to write (CHMOD 777). For security purposes the connection files from these folders is impossible. Change the permissions on the folder that it had no rights to the write.