AKTUAL

    Oğuz yurdu Sədərək

    Oğuz  yurdu Sədərək


    Sədərək adının mənası haqda tarixçilər tarixi qaynaqlara əsasən müxtəlif fikirlər irəli sürürlər. Bəzi alimlərin fikrincə Sədərək toponiminin mənası “Dədə Qorqud” dastanındakı “Uşun Qoca oğlu Səkrək bəyan edir” boyunda axtarmaq lazımdır. Həmin boydan aydın olur ki, Uşun Qocanın oğlu Əkrək və Səkrək yaşayış yerlərindən – “Şərkun ucundan” səfərə çıxır və yolları Əlincə qalasına düşür. 1590-cı ildə tərtib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə İrəvan, Şərur və Dərələyəz nahiyələrində Əyrək adlı kəndlərin olduğu göstərilmişdir. Alimlərin fikrincə Sədərək Səkrəyin, Əyrək isə Əkrəyin adından götürülmüşdür. “Sədərək” sözünün “çox adam yaşayan yer” mənasını verdiyini də qeyd edənlər var. Bəziləri isə “Sədərək” adını Səfəvilərin “Çuxur Səəd bəylərbəyliyi”nin adı ilə əlaqələndirirlər.
    Şah İsmayıl Səfəvinin Ağqoyunlu Əlvənd Mirzənin qoşunları ilə 1501-ci ildə baş vermiş döyüşdən bəhs edən tarixçi Həsən Rumlu yazırdı: “Bu hadisə Çuxur Səəddə, “Sədərək adlı yerdə” baş vermişdi””.
    Tarixçi İ.Şopen İrəvan əyalətinin etnik mənzərəsini təsvir edərək yazırdı: “Şahidlilər və sədərəklilər... tatar (türk) mənşəli olub, (güman ki, Qacar qəbiləsindən) Vedibasar mahalında məskunlaşıblar: birincilər Vedi Uliya kəndində, ikincilər isə Sədərək və Qafan dərəsinin yuxarı hissəsində.” İ.Şopen Şahdili (Abbasqulu ağa Şadlinskinin mənsub olduğu “şadlı tayfası”) və sədərəkliləri eyni mənşəli hesab etmişdir.
    XVIII yüzilliyin əvvəllərində Osmanlıların idarəsində olmuş Azərbaycanın İrəvan və Naxçıvan əyalətinin tarixi ilə bağlı sənədlərin bir qismi İstanbulda Başbakanlık arxivində saxlanılır. O zaman əhalidən vergi yığmaq üçün ayrı – ayrı əyalətlərin “müfəssəl dəftərləri”ni hazırlayırdılar. Akademik Ziya Bünyadovun üzə çıxardığı “İrəvan əyalətinin müfəssəl dəftəri” arxiv sənədində göstərilir ki, o zaman Osmanlı dövlətinin inzibati - ərazi bölgüsü sistemində Sədərək və Şərur nahiyələri İrəvan əyalətinin tərkibinə daxil edilmişdir. Sədərək nahiyəsinə 24 kənd daxil olmuşdur. Onların içərisində ən böyüyü olan Sədərək kəndi (85 ailə), Çaban kəndi ilə (6 ailə) birgə götürülərək ən çox–16.000 axça vergi verməli idi. Bundan başqa Kərkicik kəndi (6 ailə) 3.800 axça, Əsni (29 ailə) 4.500 axça, Boyat camaatının məskunlaşdığı Ağgül kəndi (9 ailə) 3.300 axça, Qaratəpə kəndi (5 ailə) 1.350 axça, Kərbala kəndi (7 ailə) 2.654 axça vergi verməli idi.
    Adları çəkilən və əksəriyyəti çay boyunca yerləşən kəndlərin bir çoxu sonradan Sədərəyə birləşmişdi. Məsələn, o dövrdə ayrıca kənd olan Asnı, hazırda Sədərəyin şərqində bir məhəllənin adı kimi qalıb.
    Sədərək haqqında ətraflı məlumatı rus tarixçisi İ.Şopen vermişdir. Onun 1852-ci ildə nəşr olunmuş “Rus imperiyasına birləşdirmə dövründə Qafqaz vilayətlərinin tarixi abidəsi” kitabında göstərilir ki, 1829-1832-ci illərdə Sədərəkdə 135 ailə, 469 kişi, 409 qadın, ümumiyyətlə 878 müsəlman yaşamışdır. Bu dövrdə Sədərək ətrafı kəndlərdən Asnıda 11 ailə (41 nəfər), Kərkidə 3 ailə (17 nəfər), Qaraağacda 12 ailə (94 nəfər) yaşayırdı.
    Çar Rusiyası dövründə Vedibasar mahalının poçt dayanacağı Sədərəkdə yerləşirdi. Bu dövrdə Sədərək poçtu ən uzun – 39 verstlik bir məsafəyə xidmət göstərirdi. Orada 9 at saxlanılırdı. Gələn adamlar hər vers yol və at üçün 2 gümüş qəpik ödəməli idi.
    İ.Şopen Sədərəkdəki su mənbələri haqqında da məlumat vermişdi: “Çapan arx Qədilin dərəsinin yüksəkliklərində mənbəyə malikdir. Sonradan əsasən Çanaxçı, Qaraağac və Kərkidə bir neçə bulaq və qollarla birləşərək fövqəladə dərəcədə dik və daşlı olan dərədən çıxaraq düzənliyə axır... Sədərək kəndinin əkinlərini suvararaq torpaqda yox olur. Lakin yazda Araza qədər çatır. Bundan başqa kənddə Qarasu adlı bir bulaq da var ki, o da kəndin aşağısında batır”.
    1840-cı ilin 20 iyununda mərkəzi Ağrı dağında olan, Şərur və Sədərəkdə böyük dağıntılar törətmiş zəlzələ zamanı Çapan və Qarasu axınlarını iki dəfə artırmışdı. Cindilli dağında yaranan çatdan isə bol su mənbəyi üzə çıxmışdır. XX əsrin 60-cı illərinin sonunda həmin yerdən yenidən su çıxmağa başlayan zaman, ora “Cindilli bulaq” adı verildi. Dağa isə hazırda Əjdahan dağı deyilir.
    Əvvəlki illərdə olduğu kimi, XIX əsrin 1-ci yarısında Sədərək əhalisinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Onlar arpa, buğda, çəltik, pambıq, tütün, noxud və digər məhsullar əkib becəriblər. Araz çayı boyu otlaqlar maldarlıqla da məşğul olmağa imkan verirdi. İ.Şopenin məlumatına görə həmin dövrdə Sədərəyin illik vergisi aşağıdakı kimi olmuşdur: buğda 1709, arpa 1005, düyü 500, noxud 15 əl arabası, pambıq ipliyi 6 xalvar, tütün 18 batman, qarabaşaq 19 batman.
    Sədərək və ətraf ərazilərdə çar Rusiyasının yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı əhalinin tez-tez etiraz çıxışları olurdu. Məsələn, 1854-cü ildə Şirin Sultanın başçılığı ilə Dərələyəzdə 60 nəfərlik dəstə Göy dağa və keçilməz Ginovaz dərəsinə çəkilmişdi. Bu zaman İrəvan hərbi qubernatorunun əmri ilə Dərələyəzə gedən yolun üstündə duran Sədərək kəndini müdafiə etmək üçün güclü post qoyulmuşdu.
    Azərbaycan XI Ordu tərəfindən işğal olunduqdan sonra yeni ərazi inzibati bölgüyə görə Sədərək Naxçıvanın tərkibinə qatıldı. 1921-ci ildə Sovet Rusiyasının iştirakı ilə Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında bağlanmış Qars müqaviləsinə əsasən Naxçıvanın sərhədləri müəyyənləşdirilərkən, onun ən ucqar kəndi kimi Sədərəyin sərhədləri dəqiq müəyyənləşdirildi. Sərhəd xətti aşağıdakı kimi təsdiqləndi: Urmiya kəndi – Arazdəyən stansiyası – Daşburun (Qızıldaş) dağı Cəhənnəm dərə - Bağırsaq dağındakı suayrıcı. Buna baxmayaraq, Sovet hakimiyyəti illərində müxtəlif dövrlərdə ermənilər dəfələrlə saxta xəritələr tərtib etməklə Azərbaycanın müxtəlif ərazilərinə, o cümlədən Sədərəyə iddialar irəli sürdülər. Onların hətta qeyri-qanuni olaraq Sədərəyin “Çəpərin düzü”, “Kərkinin düzü” deyilən ərazilərdə tikinti işləri aparması dəfələrlə əhalinin haqlı etirazına səbəb olmuşdu.


    “Oğuz yurdu”

    Oxunub : 62


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Azərbaycan Respublikası Qanunlarına əsasən Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    Hazırladı: Murad Orucov
    SON XƏBƏRLƏR
    Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir Fənn olimpiadasının rayon mərhələsi keçirilib Kitab müzakirəsi keçirilib Oğuz yurdu Sədərək Şahmat üzrə rayon birinciliyi keçirilib 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Uşaq gənclər şahmat məktəbində Ustad dərsi keçirilib Yoldaşlıq görüşü İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddır Sədərək kənd 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib Açıq birincilikdə gənc idmançılarımız uğurlar əldə ediblər Sədərək rayon mədəniyyət sarayında konsert təşkil olunub 20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub Rayonumuzda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir 20 Yanvara həsr olunmuş bir dərs saatı Mərkəzi Xəstəxanada rayon sakinləri müayinə olunublar UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR Sədərəyin qədim tarixinin güzgüsü Ailə təsərrüfatları rayonumuzun inkişafında səmərəli rol oynaya bilər Yeniyetmə və gənclər rayon Tarix-Diyarşünaslıq muzeyində olublar Yeniyetmə dəri əlcək sahibi qalib adını qazanıb İnşa müsabiqəsi Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR
    File engine/metagen.php is in the folder, which is available to write (CHMOD 777). For security purposes the connection files from these folders is impossible. Change the permissions on the folder that it had no rights to the write.