Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib » OĞUZ YURDU
Contact Us






Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib

Baxılıb: 15


Heydərabad qəsəbə Uşaq Bağçasında  Novruz bayramı münasibətilə tədbir keçirilib

Heydərabad qəsəbə Uşaq Bağçasının təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti, idarə, müəssisə nümayəndələri və valideynlər iştirak ediblər.
Heydərabad qəsəbə bağçasının müdiri Sevinc Həsənova qeyd etdi ki, qədim Naxçıvan torpağı günü-gündən gözəlləşir. Bunun səbəbi diyarımızda görülən abadlıq-quruculuq işlərinin geniş vüsət almasıdır. Muxtar respublikamızın bir çox rayon və kəndlərində olduğu kimi Sədərək rayonunun Heydərabad qəsəbəsində də bu cür gözoxşayan uşaq bağçasını tikilib, körpə balaların istifadəsinə ve­rilib. Bağçamızda yaradılan şərait­dən səmərəli şəkildə istifadə etməklə yanaşı, gənc nəslin təlim-tərbiyəsi üçün bütün səylərimizi səfərbər edəcəyik.
Heydərabad qəsəbə Uşaq Bağçasında  Novruz bayramı münasibətilə tədbir keçirilib
Sonra Heydərabad qəsəbə uşaq bağçasının fidanları öz məharətlərini göstərdilər. Məktəbə hazırlıq qrupunun üzvü Leyla İsmayılova “Qaranquş” rəqsini məharətlə ifa etdi. Nazlı Həsənova “Bahar gəlir” şeirini səsləndirdi. Tədbirdə iştirak edən uşaqlar öz bacarıqlarını göstərərək mah­nılar oxuyub, şeirlər söylədilər. Fidanlardan ibarət “Şən qızlar qrupu”nun ifasında “Nəlbəki”, Səməni” rəqslərini, “Oğlanlar” qrupu isə “Çobanlar” rəqsini məharətlə oynadılar, maraqlı rəqs nömrələri nümayiş etdirildi, “Köçəri” yallısı məharətlə ifa edildi. Bağçanın xor kollektivi “Bahar gəlir ay uşaqlar”, “Lalə” və “Bənövşə” mahnılarını oxudular.
“Qışla yazın deyişməsi”, “Nənə və Baba” və “Dədə Qorqud” səhnəcikləri tədbir iştirakçılarını, xüsusən də valideynləri çox sevindirdi.

Vəfa HÜMBƏTOVA
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu