AKTUAL

    Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib

    Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib


    Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında müzakirə olunan məsələlər və 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimovun məruzəsi dinlənilib.
    Bildirib ki, sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci ildə görülmüş işlər və əldə olunmuş nailiyyətlərdən danışmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün tapşırıqlarını vermiş və 2019-cu ili muxtar respublikada “Ailə təsərrüfatları” ili elan etmişdir.
    2018-ci ildə ölkəmiz dövlət müstəqilliyinin 27 illik yubileyini təntənə ilə qeyd etdi. Zaman baxımından qısa müddətdə Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası inkişafa, tərəqqiyə çatıb və buna görə xalqımız ümummilli lider Heydər Əliyevə borcludur. Məhz ulu öndərimizin fədakarlığı sayəsində Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən xilas oldu. Bu gün dahi şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz daha da möhkəmlənmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam imzalamışdır.
    Müasir tarixə yazılan mühüm hadisələrdən biri də Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmasıdır. Həmçinin 2018-ci ildə Naxçıvan şəhəri ölkəmizin “Gənclər Paytaxtı” seçilmişdir. Sentyabrın 23-də isə muxtar respublika paytaxtında “Avropa Günləri”nin açılışı olmuşdur. Bu əlamətdar günlər münasibətilə rayonumuzda da silsilə tədbirlər keçirilmişdir.
    Dövlət proqramlarının rayonda uğurlu icrasından danışan məruzəçi bildirib ki, muxtar respublikada geniş vüsət alan tikinti-quruculuq işləri Sədərək rayonunu da əhatə edib, yeni inzibati binalar və digər infrastruktur sahələri tikilərək istifadəyə verilib. 2018-ci il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədərək rayon İdarəsi tərəfindən 320.6 min manat dəyərində abadlıq və təmir işləri aparılıb. Sədərək rayonu üzrə “Dizayn” MMC tərəfindən içməli su və kanalizasiya xəttinin çəkilişi və “ARTAY” inşaat tərəfindən Heydərabad qəsəbəsində 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Həmçinin ətraf mühitin mühafizəsi məqsədilə monitorinq laboratoriyasının yaradılmasına başlanılıb. Sədərək rayonu üzrə 4443,5 min manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çoxdur.
    Rayonda dekabrın 1-i tarixinə 2503 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 8072 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 32,2 sentner/hektar olub. Bir öncəki ilin müvafiq dövrü ilə müqayisədə məhsul 1,3 faiz çox olub. Ötən ilin payızında 2247 hektar sahədə əkin aparılıbdır ki, bunun da 1718 hektarı buğda, 529 hektarını isə arpa təşkil edib. Rayon üzrə 417 hektar sahədə tərəvəz, 190 hektar sahədə bostan, 17 hektar dən qarğıdalı, 24 hektar günəbaxan, 103 hektar kartof əkilib. Yaz-payız əkinlərinə görə 673 nəfər torpaq mülkiyyətçisinə 523.133 ton güzəştli şərtlərlə gübrə paylanılıb.
    Rayon üzrə 3 baytarlıq məntəqəsinin mövcudluğu heyvandarlığın inkişafına öz töhfəsini verib. Hazırda rayonda 2926 baş iribuynuzlu mal-qara, 16734 baş xırdabuynuzlu heyvan, 18147 baş quş və 667 arı ailəsi vardır. Rayon sakinlərinin təsərrüfatında olan 483 baş iribuynuzlu mal-qarada süni mayalanma işləri aparılıb, 246 baş buzov alınıb.
    Rayon Baytarlıq İdarəsi il ərzində müalicə-profilaktiki tədbirləri ardıcıllıqla davam etdirmişdir.
    Arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı xüsusiyyətlərə malik təsərrüfat sahəsi kimi həmişə diqqət mərkəzindədir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması ilə əlaqədar rayonumuzda da bu sahənin inkişafına diqqət artırılmışdır.
    İcra Hakimiyyətinin başçısı deyib ki, kənd təsərrüfatında əkinçiliyin inkişaf etdirilməsi üçün suvarma işlərinin əsas rol oynadığı nəzərə alınaraq mövsüm ərzində bu sahə daim nəzarətdə saxlanılıb. Hesabat dövrü rayonda 113 subartezian quyusu təmir olunub, bu qəbildən 8 quyuya yeni nasos salınıb. 2018-ci ilin yaz və payız aylarında keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 5,5 hektar sahədə meşəsalma və 8 hektar sahədə bərpa işləri aparılıb. Həmin sahələrə 4950 meyvə ağacı əkilib. Bundan əlavə, 1500 meşə, 870 həmişəyaşıl ağac, 2550 üzüm tingi, 12500 gül və bəzək kolları olmaqla, ümumilikdə, 26370 ağac, gül və bəzək kolları salınıb.
    Yolların bərpası və tikintisi istiqamətində də ötən ildə bir sıra işlərin görüldüyünü bildirən Həbib İbrahimov deyib ki, rayon Yol İstismar Sahəsi yol ötürücü nişanlarının düzgün qurulmasını təmin etməli və yol kənarlarının təmiz saxlanılmasını daim nəzarətdə saxlamalıdır. Hesabat dövründə 8 yeni telefon çəkilişi olub və internet istifadəçilərinin sayı 410 nəfəri keçib. Rayon üzrə 920 metr fiber-optik kabel çəkilib, 38 rabitə dirəyi basdırılıb. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sədərək Rayon Filialı barat qəbulundan 13633,50 manat, o cümlədən ƏSMM və DSMF tərəfindən verilən müavinətlərdən 2004.72 manat, barat rüsumundan 424.90 manat barat ödənişlərindən 15929.11 manat dəyərində xidmət göstərib. Eyni zamanda kommunal xidmətlərdən qaz sərfiyyatından 23680 manat, o cümlədən POS-terminalla 1466 manat, elektrik enerjisindən 9606 manat, o cümlədən POS-terminalla 637 manat vəsait yığılıb.
    2018-ci ildə 15 transformator yenisi ilə əvəz olunub, 95 istismar müddəti başa çatmış sayğac yeniləri ilə əvəz edilib, 2100 metr müxtəlif ölçülü elektrik verilişi xətləri quraşdırılıb, 18 elektrik dirəyi yeniləri ilə əvəz edilib. Rayonda ötən il ərzində 24 nasaz qaz sayğacının istismar müddəti bitdiyi üçün yeniləri ilə əvəz edilib, yeni tikilən 20 yaşayış evinə yeni qaz xətti çəkilib, 1721 mühafizə qutusu quraşdırılıb, 24 qaz sayğacı yenisi ilə əvəz olunub. Rayon üzrə 2 milyon 436 min 842 kubmetr qaz istifadə edilib, müqabilində 307 min 442 manat qaz pulu yığılıb. Rayon üzrə qazdan 2303 abonent istifadə edir.
    Payız-qış mövsümünə hazırlıqla bağlı ötən il rayonda həyata keçirilən tədbirlərdən də danışan icra başçısı qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinə yerli büdcədən 654 min manat, qeyri büdcədən 185 min manat vəsait daxil olub. Dotasiya 3 milyon 141 min manat təşkil edib. Yerli mənbələr hesabına ödənişlər ümumi ödənişlərin 21.7 faizini təşkil edir. İl ərzində rayon üzrə Dövlət Sosial Müdafiə Fonduna daxilolmalar 136,6 faiz yerinə yetirilib. Vergi və digər icbari ödəmələr planı 183 min manat, büdcəyə daxilolmalar isə 201.3 min manat təşkil edir ki, bu da proqnoz tapşırığa 110 faiz əməl edilməsi deməkdir. Bütün tədiyyə növləri üzrə vergi tapşırıqları tam icra olunmuşdur. Sədərək Rayon Vergilər Şöbəsi 42 hüquqi şəxs və sahibkarlıq fəaliyyəti ilə məşğul olan 848 fiziki şəxs olmaqla, 890 vergi ödəyicisinə xidmət göstərir. Hesabat dövründə banklarda hesablaşma hesabı açmaq üçün elektron qaydada 84 şəhadətnamə dublikatı verilmişdir. Hesabat dövrü ərzində hüquqi və fiziki şəxslərin ticarət və qeyri-ticarət subyektlərində 9 hüquqi şəxs və 12 fiziki şəxs olmaqla, 21 POS-terminal və 33 nəzarət kassa aparatı fəaliyyət göstərib. Həmin POS-terminallar vasitəsi ilə 316.4 manat nəğdsiz əməliyyat aparılıb.
    Hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, nağdsız hesablaşmalar, sığorta, daşınmaz əmlak və torpaq məsələləri, məşğulluq, gənclər və idman, mədəniyyət, məktəbəqədər və məktəbdənkənar müəssisələrin fəaliyyəti, mədəni-kütləvi tədbirlərin keçirilməsi sahələrində, ötən ildə görülən işlərdən danışan Həbib İbrahimov bu ildə hər bir qurumun qarşısında mühüm vəzifələr olduğunu bildirib, işdə buraxılan nöqsanların qısa zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb. Müşavirədə Rayon İcra Hakimiyyətinin 2019-cu il “Tədbirlər Planı” təsdiq edilib.
    Sonra məruzə ətrafında rayon Statistika İdarəsinin rəisi Anar Fətullayevin, Maliyyə Şöbəsinin müdiri Məhərrəm Qədimovun, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsinin müdiri Nəsimi Rzayevin çıxışları olub.
    Kollegiya iclasına rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov yekun vurub.



    “Oğuz yurdu”

    Oxunub : 53


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Azərbaycan Respublikası Qanunlarına əsasən Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    Hazırladı: Murad Orucov
    SON XƏBƏRLƏR
    Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir Fənn olimpiadasının rayon mərhələsi keçirilib Kitab müzakirəsi keçirilib Oğuz yurdu Sədərək Şahmat üzrə rayon birinciliyi keçirilib 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Uşaq gənclər şahmat məktəbində Ustad dərsi keçirilib Yoldaşlıq görüşü İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddır Sədərək kənd 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib Açıq birincilikdə gənc idmançılarımız uğurlar əldə ediblər Sədərək rayon mədəniyyət sarayında konsert təşkil olunub 20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub Rayonumuzda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir 20 Yanvara həsr olunmuş bir dərs saatı Mərkəzi Xəstəxanada rayon sakinləri müayinə olunublar UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR Sədərəyin qədim tarixinin güzgüsü Ailə təsərrüfatları rayonumuzun inkişafında səmərəli rol oynaya bilər Yeniyetmə və gənclər rayon Tarix-Diyarşünaslıq muzeyində olublar Yeniyetmə dəri əlcək sahibi qalib adını qazanıb İnşa müsabiqəsi Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR
    File engine/metagen.php is in the folder, which is available to write (CHMOD 777). For security purposes the connection files from these folders is impossible. Change the permissions on the folder that it had no rights to the write.