Şura iclasında 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Tədbiri Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının iş planına uyğun olaraq 2018-ci ildə 4 şura, 12 idarə heyəti iclasları keçirilib. İclaslarda əsasən müəyyən zəruri məsələlər, partiya sıralarına yeni üzvlərin qəbulu müzakirə edilib, təşkilat sədrlərinin hesabatları dinlənilib, qərarlar qəbul olunub və onların icrası diqqətdə saxlanılıb.
Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğu, yarandığı gündən bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyi bildirilib, partiyanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin mütərəqqi bir dövlətə çevrildiyini, xalqımızın daha firavan həyata qovuşduğunu vurğulanıb. Qeyd edilib ki, ötən il Naxçıvan Muxtar Respublikası İslam Mədəniyyətinin paytaxtı və Naxçıvanın Gənclər paytaxtı seçilməsi, respublikamızda növbədən-kənar Prezident seçkilərinin keçirilməsi əlamətdar hadisələr kimi yadda qalmışdır.
Arif Qasımov müstəqillik tarixinin uğurlarının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. O, Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışdığını söyləyib. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirib. Bəhs edilən dövrdə rayonda partiya üzvlərinin ümumi sayı 1530 nəfərə çatıb. Onların 305 nəfərini qadınlar, 388 nəfərini gənclər təşkil edir. Ötən il ərzində partiya sıralarına 40 nəfər qoşulub ki, bunların ümumi tərkibinin 38-i gənc, 17-si qadındır. 2018-ci ildə təşkilat öz işini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə uyğun qurmağa səy göstərərək rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Bu dövr ərzində əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlərin keçirilməsinə diqqət artırılıb.
Rayonun ictimai həyatında partiya üzvləri mütəşəkkillik nümunəsi göstəriblər. Partiya üzvlərinin qəbulunun daim diqqətdə saxlanıldığını nəzərə çatdıran Arif Qasımov vurğulayıb ki, məqsəd gənclər arasında ideya-siyasi işi gücləndirməklə nümunəvi və bacarıqlı gənclərin partiya sıralarına daha aktiv cəlbinə nail olmaqdır. İlk partiya təşkilatlarının fəaliyyəti daim diqqətdə saxlanılır, bu məqsədlə təşkilatın şura və idarə heyəti üzvləri yerlərdə olur, ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları ilə görüşür, söhbətlər aparırlar. Rayonda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların aktiv fəaliyyətinə geniş imkanlar yaradır.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Heydər Əliyev adına Gənclər Birliyinin sədri Polad Rzazadə, Yeni Azərbaycan Partiyası Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Əjdər Məmmədhəsənov və Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyev çıxış ediblər.
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib


Yayım tarixi :31-01-2019, 23:54

Oxunub : 138
Digər Xəbərlər
Çox Oxunanlar
1/5
Gündəm
Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir
Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib
Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir
Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti
Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Texnologiya Xəbərləri
Dünya Xəbərləri