Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Rayon İcra Hakimiyyətində seminar keçirilib

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
Sədərək Rayon İcra Hakimiyyətinin akt zalında, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın iş planına uyğun olaraq “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında seminar keçirilib.
Seminarda rayon İcra Hakimiyyəti başçısının aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, mərkəzi icra hakimiyyəti orqanlarının Sədərək rayonunda yerləşən qurumlarında və Sədərək Rayon Məhkəməsində inzibati vəzifə tutan 51 dövlət qulluqçusu iştirak edib.
Seminarı Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Pərvin Həsənov giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Sonra komissiya sədrinin müavini Ümid Qurbanov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edərək bildirmişdir ki, dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə, Azərbaycan Respublikasının dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Qeyd edilmişdir ki, dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməli, bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.
Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzusunda çıxış etmiş və slaydlar vasitəsi ilə dövlət orqanlarında kargüzarlığın aparılması işindən, o cümlədən sənədlərin hazırlanmasından, qeydiyyatından, hərəkətindən, icrasından, uçotundan və arxivə verilməsindən danışmışdır. Həmçinin vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması, telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydaları barədə də məlumat vermişdir.
Mahir Abbasov qeyd etmişdir ki, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.
Daha sonra qeyd edilmişdir ki, şifahi müraciətlərin qəbulunu təmin etmək üçün xüsusi şəhər telefon nömrəsi ayrılır və bu nömrəyə edilən bütün zəngləri kargüzarlıq xidmətinin bu məqsəd üçün ayrılan əməkdaşı qəbul edir. Telefon müraciət xidməti vasitəsilə edilən müraciət aydın ifadə edilməlidir. Müraciət edən şəxs təhqir və böhtana yol verməməlidir. Müraciət edən şəxsə verilən cavab konkret, aydın və ədəbi dilin rəsmi-işgüzar üslubuna uyğun olmalıdır. Telefon müraciət xidməti vasitəsilə edilən müraciətdə qaldırılan məsələnin subyektlərin səlahiyyətinə aid olmadığı aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciətetmə qaydası izah olunur.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter