Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Rayonun ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
“Sədərək” şadlıq evində, Sədərək Rayon İcra Hakimiyyətinin, Sədərək Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə Sədərək rayonunun ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə 70 gənc iştirak edib.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Pərvin Həsənov, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov və Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə çıxış edərək, keçirilən tədbirin mahiyyətindən, yeniyetmə və gənclərə göstərilən dövlət qayğısından, idmanda əldə olunan nailiyyətlərdən, rayon gənclərinin fəaliyyətləri haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş, gəncləri 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik ediblər.
Sonra Sədərək Rayon Mədəniyyət Evinin “Qeyrət Qalası” İnstrumental Ansamblının ifa etdikləri musiqi nömrələri ilə tədbir davam edib. Sədərək kənd Uşaq Bağçasının fidanları Vətənə, Bayrağa, Şaxta Babaya aid şeirlər söylədilər. Tədbirin simvolu sayılan tort səhnəyə gətirilərək Şaxta baba və Qar qız tərəfindən kəsilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının fəal üzvü Yalçın Əliyev, fəal dövlət qulluqçusu Murad Orucov, gənc təhsil işçiləri Günay Həsənbəyli və Elgün Hüseynov, fəal mətbuat işçisi Zülfiyyə Həsənova, fəal tibb işçisi Gülsüm Abbasova, gənc idmançılar Gülayə Cəfərova və Vəli İsmayılov, yüksək bal toplayan şagird Nurşən Məmişova və gənc musiqiçi Aminə Məmmədova tədbirin təşkilatçıları tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Nadir MƏMMƏDOV
рейтинг: 
Оставить комментарий
  • Admin
  • 10-04-2019, 11:59
  • : 11:59
  • Пользователь offline
    • Нравится
    • 0
testtttbbbbbbbbb bbbbbbbbbbbbbb
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter