Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı » OĞUZ YURDU
Contact Us






Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı

Baxılıb: 7


Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə futbol üzrə XVII muxtar respublika çempionatının növbəti turunun oyunu keçirildi.
Komandamız çempionatın XII turunda Culfa rayonunun “Əlincə” komandasını qəbul etdi. Oyunun ilk dəqiqələrindən futbolçularımız təşəbbüsü ələ alaraq ardıcıl hücumlara başladı. Tezliklə bunun nəticəsini də gördü. Belə ki, komandamızın kəsərli hücumlarına rəqibin müdafiə xətti 8-ci dəqiqəyə qədər ancaq tab gətirə bildi. Komandamızın gənc və perspektivli hücum­çusu Şöhrət Məmmədlinin dəqiq zərbəsi, rəqib komandanın qapı torunu silkələdi.
Bundan sonra da komandamız hücum futbolu oynayaraq rəqibin qapıçısını tez-tez narahat etməyə başladı. Belə hücumlarda komandanın hücumçusu Azər Əsgərov və mərkəz hücumçusu Vəli İsmayılov hərəyə iki qol vuraraq hesab arasındakı fərqi artırdılar. Oyunda son nöqtəni isə Samil Hüseynov qoydu. Əks hücumlara bel bağlayan rəqib komanda isə qapımızdan 4 top keçirməyə müvəffəq oldu.
Beləliklə, doğma meydançada 6-4 hesabı ilə qələbə qazanan komandamız növbəti 3 xalı xanəsinə yazdıraraq turnir cədvəlindəki dördüncülük yerini möhkəmlətdi. Xatırladaq ki, növbəti turda komandamız Şahbuz rayonunun “Batabat” komandasının qonağı olacaq.

Nadir MƏMMƏDOV
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu