Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Şahmat üzrə növbəti interaktiv dərs

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin madditexniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.
2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması, ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, Uşaq-Gənclər Şahmat Məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə mütəmadi olaraq şahmat məşğələləri də təşkil edir.
Həmin tədbirlərin davamı olaraq Naxçıvan şəhər Şahmat Mərkəzində “Qambitlərin izahlı təhlili” mövzusunda növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Qeyd olu­nub ki, qambit piyada qurban ver­məklə oyunda üstün vəziyyətin ya­radılmasıdır. Daha sonra “EVANS” qambiti haqqında şagirdlərə geniş məlumat verilib.
İnteraktiv şahmat məşğələsi saat 11:00-da ümumtəhsil məktəblərinin şagirdləri, 12:00-da isə həmin məktəblərdə şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Bununla yanaşı, saat 15:00-da rayon şahmat məktəbləri üçün təşkil edilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil olunub.
İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.

“Oğuz yurdu”
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter