Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə idman məktəbinin yay tədbirlər planına əsasən yay tətili dövründə uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi ilə əlaqədar olaraq idmanın yüngül atletika üzrə açıq havada rayon birinciliyi keçirilib. Keçirilən idman yarışında Təhsil Şöbəsinin əməkdaşları, Uşaqgənclər idman məktəbinin məşqçi müəllimləri, idmançı şagirdləri və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Tədbirdə çıxış edən Uşaq-gənclər idman məktəbinin direktoru Nizami Bağırov yarışın keçirilməsi haqqında şagirdlərə geniş məlumat verərək yarışı açıq elan edib. 2000 metr məsəfədə keçirilən yarışda I yerə Uşaq-gənclər idman məktəbinin Yüngül Atletika Dərnəyinin üzvü Aysu Abbaszadə, II yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin V sinif şagirdi Zeynəb Babayeva, III yerə isə Uşaq-gənclər idman məktəbinin Yüngül atletika dərnəyinin üzvü Nərminə Əliyeva layiq görülüblər. Qaliblər təşkilatçıların diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.
Nadir MƏMMƏDOV
İdmanın yüngül atletika növü üzrə açıq hava rayon birinciliyi


Yayım tarixi :30-07-2020, 14:13

Oxunub : 60
Digər Xəbərlər
Çox Oxunanlar
1/5
Gündəm
Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir
Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib
Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir
Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti
Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Texnologiya Xəbərləri
Dünya Xəbərləri