Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə futbol üzrə XVII muxtar respublika çempionatının ikinci dövrəsinə start verilib.
İkinci dövrənin ilk turunda komandamız Kəngərli rayonunun eyni adlı komandasının qonağı oldu. Oyunun 15-ci dəqiqəsində müdafiənin ani boşluğundan istifadə edən yerli komanda hesabda önə çıxdı. Bu azmış kimi 20-ci dəqiqədə komandamızın müdafiəçisi kobud oyuna görə meydançadan qovuldu. Buna baxmayaraq komandamız ruhdan düşmədi. Komanda müdafiə taktikasını seçdi. Etibarlı müdafiə olunaraq rəqibi əks hücumlarla “narahat” etməyə başladı. Beləliklə komandanın gənc hücumçusu Şöhrət Məmmədli rəqib komandanın qapı torunu iki dəfə silkələyərək qələbəni komandamıza bəxş etdi.
Nəticədə rəqib meydançada 1-2 hesabı ilə qələbə qazanan komandamız növbəti 3 xalı xanəsinə yazdırdı.

Nadir MƏMMƏDOV