Авторизация все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 16:40 – Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir 
  • 13:45 – Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir 
  • 00:02 – Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti 
  • 06:09 – Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 

Nağdsız ödənişlərin aparılmasında fəallıq göstərən vətəndaşlara hədiyyələr verilib

[xfgiven_gallery][xfvalue_gallery][/xfgiven_gallery]
[justify] Muxtar respublikamızda nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə ənənəvi olaraq keçirilən həvəsləndirici tədbirin onuncu tirajının qalibləri müəyyənləşib.
Bu məqsədlə rayonumuzda Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək bildirib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq həmin əməliyyatların həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilir, nağdsız ödənişlərə üstünlük verənlər qiymətli hədiyyələrlə mükafatlandırılırlar. Qeyd olunub ki, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılıb.
Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Tapdıq Əliyev bildirib ki, görülmüş tədbirlərin nəticəsində muxtar respublika üzrə cari ilin 11 ayı ərzində nağdsız ödənişlərin həcmi 31 milyon 926 min manata, o cümlədən Sədərək rayonu üzrə 369 min 402 manata çatdırılıb.
Bildirib ki, seçim zamanı obyektivliyi təmin etmək məqsədilə bir neçə kriteriyaya diqqət yetirilib. Belə ki, yuxarı məbləğdə əməliyyat aparılmasından əlavə, əsas göstərici kimi say etibarilə POS-terminallardan daha çox istifadə edən vətəndaşlara üstünlük verilib. Əminliklə demək olar ki, belə tədbirlər əhalidə POS-terminallardan istifadəyə olan marağı daha da artıracaq, nağdsız hesablaşmaların artırılmasına təkan verəcək. Vurğulanıb ki, bu tədbirdə Sədərək rayonunda yaşayan vətəndaşlarımız iştirak edir. Həvəsləndirici tədbirin həyata keçirilməsi üçün müxtəlif məişət əşyaları hədiyyə ediləcəkdir. İnanırıq ki, bu tədbirlərin həyata keçirilməsi muxtar respublika əhalisində POS-terminallardan istifadəyə olan marağı daha da artıracaq, nağdsız hesablaşmaların artırılmasına və alıcılıq mədəniyyətinin daha da yüksəldilməsinə təkan verəcəkdir.
Sonda 21 rayon sakininə müxtəlif növ məişət əşyaları təqdim edilib.

Nadir MƏMMƏDOV
рейтинг: 
Оставить комментарий
  • Комментируют
  • Сегодня
  • Читаемое
Мы в соцсетях
  • Вконтакте
  • Facebook
  • Twitter