Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir » OĞUZ YURDU
Contact Us






Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir

Baxılıb: 9


Muxtar respublika ərazisində, ayrı-ayrı inzibati rayonlarda, Naxçıvan şəhəri ərazisində ayda bir dəfə olmaqla ekoloji monitorinqlər keçirilir. Monitorinqlərdə eyni zamanda yaşayış məntəqələrində məişət tullantılarının toplanması üçün yerləşdirilmiş təmizlik qutularına baxış, tibbi və bərk tullantıların toplanması, zərərsizləşdirilməsi qaydalarına riayət edilməsi, poliqonlarda tullantıların çeşidlənərək zərərsizləşdirilməsi, basdırılması, poliqon ərazisinin çəpərlənməsi sahəsində mövcud çatışmamazlıqlar müəyyən edilir və aradan qaldırılması üçün aidiyyəti idarə və müəssisələrə müddətli tövsiyə və xəbərdarlıqlar edilir.
Ətraf mühitin mühafizəsi, normadan artıq çirklənməsinə səbəb olan halların qarşısının alınması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Sədərək rayon ərazisində, mövcud içməli su mənbələrində, bulaq və çeşmələrdə, bərk, zibil tullantılarının toplandığı poliqonda, məişət və tibbi tullantıların idarə olunmasına nəzarət məqsədilə ekoloji monitorinqlər aparılmışdır.
Monitorinq zamanı rayon ərazisindəki subartezian suyundan və Şir arxından su nümunələri götürülmüş, içməli suların ekoloji təmizliyi, minerallığı, kimyəvi və fiziki xüsusiyyətləri öyrənilmiş, analiz-təhlillər aparılmışdır. Suda həll olmuş oksigenin miqdarı, suyun temperaturu, hidrogen göstəricisi yoxlandıqdan sonra bildirildi ki, əhalinin istifadə etdiyi içməli sular ekoloji, sanitar normalara cavab verir, istifadə üçün yararlıdır.
Tibbi tullantıların toplanması və zərərsizləşdirliməsi sahəsində nəzarət məqsədilə rayon Mərkəzi Xəstəxanasında da monitorinq keçirilmişdir. Həmin müəssisədə tibbi tullantıların toplanması və zərərsizləşdirilməsi işlərinin qaydalara uyğun aparıldığı müəyyən edilmişdir. Tibbi tullantıların təhlükəsizlik dərəcəsinə görə qutularda yerləşdirilməsi haqqında göstərişlər verilmiş, tibbi tullantıların sanitar qaydalara uyğun olmayan yanma kameralarından kənarda yandırılmasının yolverilməz olduğu haqqında məlumatlandırıcı söhbətlər aparılmışdır.
Monitorinq zamanı rayon ərazisindəki parklarda aqrotexniki qulluq işlərinin vaxtında aparıldığı müəyyən edilmişdir.
Suların, su nohurlarının, çayların, istirahət mərkəzlərində, təbiət ərazilərində olan bulaqlarımızın eko­loji təmizliyi hər birimizin tə­biətə olan münasibətindən də asılıdır. Böyük təbiətşünas alimimiz, akademik Həsən Əliyev deyirdi: “Hər şeyi təmiz olması üçün su ilə yuyurlar, sular çirklənəndə isə onu təmizləmək çətin olur”. Gəlin, sularımızı, təbiətimizi çirkləndirməyək.


Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmət
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu