AKTUAL

    Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir

    Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir


    Sərhəd bölgəsi Sədərək rayonu bahar fəslində bir başqa görkəmə bürünüb. Erkən payızda səpilmiş taxıl sahələrindən indi gübrəsəpən maşınların, maşın və mexanizmlərin səsləri gəlir.
    Sədərək rayonu 28 ildən artıqdır ki, öz inkişafını davam etdirir. Bu müddət ərzində sürətlə inkişaf edib, iqtisadi cəhətdən yüksəlib, abad və yaraşıqlı rayonlardan birinə çevrilib. Bu yurd yerinin işgüzar, əməksevər adamları var. Aylar, illər uğurla yola salınır. Ötən il də Sədərək rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatında dərin və unudulmaz izlər qoyub. Bölgənin dünəni ilə bu gününü müqayisə edib diqqətçəkən yenilikləri möcüzə adlandıranlar da az deyil.
    Təbii ki, heç bir möcüzə baş verməyib. Qəbul edilən dövlət proqramları və bu layihələrin icrası üçün dövlət səviyyəsində görülən genişmiqyaslı tədbirlər, yaradılan imkanlar, güclü maliyyə dəstəyi muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Sədərəkdə də yeniləşməni zərurətə çevirib, nəticə etibarilə, rayonun gözəlləşən siması ilə paralel surətdə əhalinin dolanışıq səviyyəsi, həyat şəraiti də xeyli yaxşılaşıb.
    Rayonda yeni infrastruktur layihələrin uğurlu icrası, suvarma suyuna və içməli suya olan tələbatın ödənilməsi, sosialyönümlü obyektlərin tikilib istifadəyə verilməsi bölgə əhalisi arasında razılıq və minnətdarlıq hissi doğurur. Son illər muxtar respublikamızda gedən intensiv inkişaf prosesi rayonumuzdan da yan keçməyib, iqtisadiyyatın bütün sahələrində müsbət irəliləyişlər baş verib. Makroiqtisadi göstəricilər rayonun həm iqtisadi, həm də sosial sahələrinin daha dinamik və sürətlə inkişaf etdiyini göstərir. Məhsul istehsalının həcmi artıb, xidmət sahələrinin fəaliyyəti genişləndirilib.
    Sədərəyin indiki büsatını görəndə inana bilmirsən ki, yaxın keçmişdə bu yerlər müharibənin törətdiyi ürəkgöynədən ərazilər olub. İllər sübut etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursu ən doğru seçilmiş yoldur. Bu yolu yenilməz sədaqətlə, müasir dövrün inkişaf prinsiplərinə uyğun yaradıcılıqla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan qısa bir zamanda bütün dünyanı heyran qoyan inkişaf səviyyəsinə yüksəldi. Ölkənin artan iqtisadi qüdrəti sayəsində bütün regionlarla bərabər, cəbhə bölgələrinin də siması dəyişib. Bu sırada Sədərəyin yeri tamam başqadır...
    Düşmənlə təmas xəttinin iki addımlığında yerləşən Sədərək bənzərsiz yaraşığı, xoş növrağı ilə, sözün gerçək mənasında, düşmənə gözdağına çevrilib. Bu, Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, muxtar respublikanın hər qarışını gülüstana döndərən muxtar respublika rəhbərinin qurub-yaratmaq əzminin nəticəsidir. Bu bölgədə adama xoş gələn ən üstün cəhət isə odur ki, daş üstə qoyulan hər daş, ucalan hər bina, əkilən hər ağac, gül-çiçək Vətənə gerçək sevginin canlı təzahürüdür. Burada iş xatirinə iş görmək istəyən yoxdur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, görülən hər bir iş candan, könüldən görülür. Sədərək rayonunun inkişafı həmişə dövlətin diqqət mərkəzində olub. Sədərəkdə ən mühüm layihələrdən biri də içməli su və kanalizasiya sisteminin qurulmasıdır. Bu, rayon sakinlərinin çox böyük razılığı ilə qarşılanıb. Rayon ərazisində sahilbərkitmə işləri də davam etdirilir. Bir məsələni də qeyd edək ki, həyata vəsiqə alan bütün obyektlər müasir arxitektura üslubunda inşa olunub. Düşmənə gözdağı olan bu tikililəri sədərəklilər qoruyub saxlamağı, gələcək nəsillərə ərməğan etməyi özlərinin vətəndaşlıq borcu sayırlar.
    Sədərək kənd təsərrüfatı rayonudur. Bölgənin məhsuldar torpaq sahələri, iqlim şəraiti burada kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirməyə imkan verir. Aqrar sahədə işin səmərəli təşkili, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi torpaq mülkiyyətçilərinin xeyli uğurlar qazanmasına səbəb olub. Son illərdə burada bağların yaradılması və ixtisaslaşdırılmasına, yerli şəraitə uyğunlaşdırılmasına, məhsuldar meyvə-tərəvəz, üzüm növlərinin çeşidlərinin bərpa edilməsinə xüsusi diqqət yetirilir. Göründüyü kimi, sərhəd bölgəsinin fədakar insanları düşmənlə üz-üzə doğma yurdda ocaq yandırır, zəmi göyərdir, məhsul yetişdirirlər. Görülən işlər onu deməyə əsas verir ki, 2019-cu il də Sədərək rayonunun sosial-iqtisadi həyatında yaddaqalan illərdən biri olacaq.

    “Oğuz yurdu”

    Oxunub : 55


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Azərbaycan Respublikası Qanunlarına əsasən Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    Hazırladı: Murad Orucov
    SON XƏBƏRLƏR
    Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir Fənn olimpiadasının rayon mərhələsi keçirilib Kitab müzakirəsi keçirilib Oğuz yurdu Sədərək Şahmat üzrə rayon birinciliyi keçirilib 2018-ci ildə Sədərək rayonunun sosial-iqtisadi inkişafı “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəmli rəssamıdır” mövzusunda aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Uşaq gənclər şahmat məktəbində Ustad dərsi keçirilib Yoldaşlıq görüşü İşləyən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərindən azaddır Sədərək kənd 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib Açıq birincilikdə gənc idmançılarımız uğurlar əldə ediblər Sədərək rayon mədəniyyət sarayında konsert təşkil olunub 20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləridə qoşulub Rayonumuzda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir 20 Yanvara həsr olunmuş bir dərs saatı Mərkəzi Xəstəxanada rayon sakinləri müayinə olunublar UĞURLU DÖVLƏT SİYASƏTİ SƏDƏRƏKLİLƏRİ SEVİNDİRİR Sədərəyin qədim tarixinin güzgüsü Ailə təsərrüfatları rayonumuzun inkişafında səmərəli rol oynaya bilər Yeniyetmə və gənclər rayon Tarix-Diyarşünaslıq muzeyində olublar Yeniyetmə dəri əlcək sahibi qalib adını qazanıb İnşa müsabiqəsi Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib KƏRKİ QƏDİM AZƏRBAYCAN, TÜRK YURDUDUR
    File engine/metagen.php is in the folder, which is available to write (CHMOD 777). For security purposes the connection files from these folders is impossible. Change the permissions on the folder that it had no rights to the write.