Dövlət-xalq-ordu birliyinin daha bir nümunəsi

    Dövlət-xalq-ordu birliyinin daha bir nümunəsi


    Qədim diyarımızın bu bölgəsinə gedən magistral yolun rahatlığı, yolboyu seyr etdiyim gözəl mənzərələr məni biranlıq keçmişə – mavi yanacağın, işığın olmadığı topun, tüfəngin, yollarda şütüyən hərbi, təcili tibbi yardım maşınlarının qulaqbatıran səsinin olduğu illərə götürür. O illərdən bu günə nə qədər gözəlləşib, dəyişib yurdumuz. Əvvəllər kəsilib oduncaq kimi istifadə olunan ağacların torpaqdan boylanan kötüklərini ürək yanğısı ilə seyr edirdik. İndi isə yolboyu uzanan yaşıllıqlara tamaşa etmək insana qürur verir. Bütün bu gözəllikləri seyr etdikcə düşünürsən ki, insan hər şeyə qadirdir. Yetər ki, vətəndaşı olduğu dövlətə sədaqəti, havasını udduğu,suyunu içdiyi, ömür sürdüyü Vətən deyilən torpağa məhəbbəti, doğma yurdunu cənnətə döndərmək kimi ali məqsədi, xoş niyyəti olsun. Bu düşüncələrin əhatəsində qədim Oğuz yurduna çatırıq. Vətənimizin hər qarış torpağı bizim üçün əzizdir.Ancaq Sədərəkdə olarkən bu duyğular daha da güclənir. Çünki işğalçı ölkə ilə sərhəddən cəmi bir neçə metrlik məsafədəki abadlığı, inkişafı görmək, Vətənimizin məhz bu gözəl torpaqlardan başladığını düşünmək insana başqa bir qürur verir. Burada düşmənlə üz-üzə dayanan ordumuzun qüdrətini görəndə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan Ordusu bu gün güclü ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır” sözlərini xatırlayıram. Ordunun qüdrəti və döyüş qabiliyyəti həm də onun sıralarında olan vətənpərvər döyüş ruhlu hərbçilərin olması ilə güclü texniki təminatla və ən əsası hərbçi ailələrinin qayğı ilə əhatə edilməsi ilə ölçülür. Bu baxımdan qürurla deyə bilərik ki, ötən illər ərzində qeyd olunan bütün bu məsələlər diqqətdə saxlanılıb, hərbçi ailələri daim qayğı ilə əhatə olunmuşlar. Reallıqdır ki, səngərdə olan hərbçi arxada qoyub gəldiyi ailəsindən nigaran qalmayanda daha da rahat olur, daha inamla xidmət edir. Bu şərəfli peşə sahiblərinin ailələri də bu çətin işdə onların yolyoldaşı olur, mənəvi dəstək göstərirlər. Bu gün çox sevindirici haldır ki, qədim yurdumuza gələn və ya xidməti vəzifəsi ilə əlaqədar olaraq buradan Azərbaycanın başqa bölgələrinə gedən hər bir hərbçi ailəsi muxtar respublikamızda yaradılan şəraitdən, onlara və ailələrinə göstərilən dövlət qayğısından ağızdolusu danışırlar. Çünki, həqiqətən də, Naxçıvanda yerləşən ordu və birləşmələrdə əsgərlərin və zabit ailələrinin yaşaması, istirahəti üçün hər cür şərait yaradılıb. Onların mənzilməişət şəraiti hər il daha da yaxşılaşdırılır. Xidməti vəzifələrini yerinə yetirən hərbçilərimizə yeni mənzillər verilir. Əsas diqqətçəkən məqam isə ondan ibarətdir ki, ötən əsrin 90-cı illərində dahi rəhbərin ətrafında sıx birləşərək ordumuzun yaradılmasında və onun yaşadılmasında var gücünü əsirgəməyən naxçıvanlılar bu gün də xalq-ordu birliyinin nümunəsini göstərirlər. O illərdə evlərində qalıb, səngərdə döyüşənlərə isti çörək, yemək bişirib göndərən, neçə xatirələrin, neçə arzuların yadigarı olan qızıllarını müdafiə fonduna bağışlayan anaların övladları bu gün də həmin ənənəni davam etdirirlər. Uzun illərdir ki, keçirilən iməciliklər nəticəsində bütün magistral yolların ətrafına salınan meyvə bağlarından idarə və müəssisələr tərəfindən toplanan məhsullar mütəmadi olaraq hərbi hissələrə təhvil verilir. Bununla bərabər, sıravi vətəndaşlar da öz alın tərləri ilə yetişdirdikləri bostan və tərəvəz məhsullarından tez-tez Vətənimizin keşikçilərinə sovqat aparırlar. Muxtar respublikada hərbi qulluqçuların xidməti şəraitinin müasirləşdirilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində uğurlu siyasət aparılır. Sevindirici haldır ki, muxtar respublikamızın hərbi qüdrətinin artırılmasına xidmət edən dövlət siyasətinə ayrıayrı şirkətlər də töhfə verməyə çalışırlar. “NEQSOL Holdinq” şirkətlər qrupu tərəfindən Sədərək rayonundakı 7 mərtəbəli yeni yaşayış binasından hərbçi ailələrinə xidməti mənzillər hədiyyə edilməsi də bunun parlaq təzahürüdür. Ötən günlərdə həmin evlərdə yaşayan hərbçi ailələri ilə həmsöhbət olduq. Qonağı olduğumuz ilk mənzilin sahibi, İmişli rayon sakini zabit Elvin Əliyev 16 ildir ki, ən yüksək dağ zirvəsindən düşmənə ən yaxın olan bölgələrə qədər qüsursuz xidmət keçib. Azərbaycanımızın ərazi bütövlüyünü qorumaq kimi şərəfli bir peşənin sahibi olduğundan qürur duyduğunu bildirən zabitin dedikləri: – Ümummilli liderimiz Heydər Əliyev zabit peşəsini ən şərəfli peşə kimi qiymətləndirirdi. Bu gün ulu öndərimizin yolu ölkəmizdə, eləcə də muxtar respublikada uğurla davam etdirilir. Müasir və qüdrətli milli ordusu formalaşan ölkəmizin ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Hərbçi ailələrinin rahat yaşayışı, problemlərinin həlli isə imkan verir ki, onlar nümunəvi hərbi xidmət göstərsinlər. Bütün bunlar isə ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası ilə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının da diqqət mərkəzində saxlanılması deməkdir. –Mən Naxçıvanın müxtəlif bölgələrində xidmət etmişəm. Bir neçə aydır ki, sərhəd bölgəsi olan Sədərək rayonunda xidmətimi davam etdirirəm. Burada da sakinlərin ordumuza olan sevgilərinin, hərbçilərə göstərdikləri hörmətin şahidi oldum. Bu məni sevindirir. Sevincimi daha da artıran digər məqam isə ailəm üçün belə gözəl bir mənzilin təqdim edilməsi oldu. Mən ailəm və bu gün burada olmayan digər zabitlər adından ailələrimizə bu cür şəraiti yaradan dövlətimizə minnətdarlığımı bildirirəm. – Müsahibimin söhbətimizə qoşulan həyat yoldaşı Günay deyir: – “Hərbçi ailəsi olmaq”... Bu ifadə kimiləri üçün nə qədər sadə səslənsə belə, mənim üçün hər hərfində özü boyda böyük məna var. Çünki mən bu həyatı yaşayır, çətin olduğu qədər də şərəfli bir peşəni seçən bir insanın ömür-gün yoldaşı kimi hər gün ona mənəvi dəstəyimi əsirgəmir, hərbçi yoldaşı kimi şərəfli adı daşıyıram. Bu gün bu şərəfli adı daşıyan yüzlərlə Azərbaycan qadını var ki, onlar sərhəd, cəbhə demədən öz həyat yoldaşlarının arxasında dayanıb. Dövlətimizin qayğısı isə bizə qol-qanad verir. Mən minnətdarlıqla bildirmək istəyirəm ki, bu gün bizim iki övladımızla burada rahat yaşamağımız üçün hər cür şərait yaradılıb. Növbəti evin xanımı da iki övlad anasıdır. Şərqiyyə Ağakərimova Qəbələ rayon sakinidir. On bir ildir, xidməti vəzifəsini yerinə yetirən həyat yoldaşına bu şərəfli yolda yoldaşlıq edir. Onunla söhbətimiz yeni mənzilin üzü səngərlərə baxan salonunda oldu: – Harada olursan ol, istər şəhər mərkəzində, istər sərhəd bölgəsində insan yenə eyni həyəcanı keçirir. Yoldaşım bəzən saatlarla, bəzənsə günlərlə, həftələrlə evinə gələ bilməsə də, biz evimizdə gecələr rahat yatırıq. Çünki bilirik ki,sərhədlərimiz etibarlı şəkildə qorunur. Çoxmərtəbəli yaşayış binasında bizə təqdim edilən mənzil hər cür şəraitə, əşyalara malikdir. Qonşularımız – Sədərək sakinləri o qədər səmimi insanlardır ki, insan özünü ailəsinin, ata-anasının, əzizlərinin yanında hiss edir. Sədərək rayonunda uşaqlarımızın yaxşı təhsil almaları üçün hər cür şərait var. Səhiyyə xidməti də müasir səviyyədə qurulub. Bütün bunlar bizim sakit və firavan yaşamağımıza şərait yaradır. –Bakı şəhərindən olan Aysel Qarayevanın isə üç övladı var. Həyat yoldaşı 19 ildir, xidməti vəzifəsini yerinə yetirir. Onlar da xidməti mənzillə təmin olunublar. Ayselin dedikləri: – Ucqar dağ kəndlərində hərbçilərə tikilən yeni evlər, insanların yaşayışı üçün yaradılan hərtərəfli şərait düşmənin bir addımlığında firavan yaşayışı təmin edib. Vətəni qoruyan sadiq, inamlı, hərbçi yoldaşı olmağıseçən qadın isə daim fövqəladə vəziyyətlərə hazır olmalıdır. Biz öz mənzillərimizin mənzərəsindən düşmən postlarını görürük.Amma qorxmuruq, çünki əsgərlərimiz torpaqlarımızı igidliklə qoruyur. Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlər daim diqqətdə saxlanılır. Bütün bunlar hər birimizdə qürur hissləri ilə bərabər, əminlik yaradır. Tarix boyu alınmaz qala olan Naxçıvanın etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordu bu gün də düşmənin qorxulu kabusuna çevrilib. Azərbaycan Ordusu öz gücünü təkcə düşmənə yox, bütün dünyaya göstərir. Mən və mənim kimi hərbçi ailələri, övladlarımız bundan qürur duyur. Bu gün burada gördüklərimiz bunu deməyə əsas verir ki, ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət göstərilməklə yanaşı, zabit ailələrinin mənzil-məişətşəraiti də yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmətini tamamlayan hərbi qulluqçulara mənzillər verilir. Ərazi bütövlüyünü qoruyan hərbçi ailələri üçün yaradılan şərait, zabit-gizir ailələrinin mənzil-məişətşəraitinin yaxşılaşdırılması, eyni zamanda dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsi, Azərbaycanda mövcud olan dövlət-xalq-ordu birliyinin nəticəsidir.
    Ramiyyə ƏKBƏROVA

    Oxunub : 36


    Digər Xəbərlər
    Çox Oxunanlar
    1/5
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    Texnologiya Xəbərləri
    Dünya Xəbərləri
    Hazırladı: Murad Orucov
    OGUZYURDU.AZ © 2020 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR
    SƏDƏRƏYİN BİR YAY GÜNÜ İdmanın yüngül atletika növü üzrə açıq hava rayon birinciliyi “Yay məktəbi” adı altında onlayn açıq dərs keçilib Kino sənəti tariximizi yaşadan salnamədir 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür Dövlət-xalq-ordu birliyinin daha bir nümunəsi Sədərək torpaqlarının bərəkəti Azərbaycan milli mətbuatı - 145 Yeni quruculuq ünvanları Taxıl biçini başa çatdı Günvurma və istivurmadan özümüzü qoruyaq Bayraq Meydanının tikintisi davam edir Sədərək Dünən-Bugün (FOTO) Rayonumuzda taxıl biçini davam edir Görülən bütün işlər sağlam gələcəyimiz üçündür Yaşıllıqların artırılması diqqət mərkəzindədir (FOTO) Məşqçi və idmançıların mükafatlandırılması diyarımızda idmana göstərilən diqqətin təzahürüdür. : FOTO QADINLARIN İQTİSADİ SAHƏDƏ FƏALLIĞI ARTIRILIR Dezinfeksiya işləri aparılıb (FOTO) Əsgərlərə sovqat aparılıb Torpaq çörəyi, insan isə əməyi ilə… Taxıl biçini davam edir Radio-televiziya verilişləri stansiyasının inzibati binasında işlər davam edir Bayraq Meydanının tikintisi davam edir İşğaldan azad edilən ərazilərdəki əkin sahələrinə aqrotexniki qulluq göstərilir Rayonumuzda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib "Kətə" festivalından Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin konserti təşkil olunub Sağlam həyat tərzi Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin konserti təşkil olunub Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir Rayon İcra Hakimiyyətində tədbir keçirilib Rayon məktəblilərinə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri verilib Boz ayın üçüncü çərşənbəsi olan Yel çərşənbəsi TORPAQ ƏMƏKLƏ İSİNİR Dezinfeksiya işləri aparıldı Sədərək: bu il də inkişaf meyilləri bütün sahələrdə özünü göstərir Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri Rayonumuzda beynəlxalq qadınlar günü qeyd olunub Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib Əkin sahələrinə gübrələrin səpilməsinə hazırlıq işləri görülür Böyük novator, vətəndaş publisist, qüdrətli söz ustası – Cəlil Məmmədquluzadə Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir YURDUM MƏNİM DOĞMA DİYAR SƏDƏRƏK RAYONU Tarla-seminar müşavirə keçirilib Maarifləndirmə tədbiri keçirilib Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Yağışın yağması təsərrüfat sahiblərini sevindirdi Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb İcbari tibbi sığorta sistemi ən müasir tələblərə uyğun qurulub Uşaq bağçalarında yaradılan şərait gələcəyimizin sağlam təməllər üzərində qurulmasına xidmət edir Heç vaxt sönməyəcək işıq - Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır Şahmat üzrə növbəti interaktiv dərs İntellektual oyunlar olimpiadasının rayon birinciliyi keçirilib RABİTƏ SİSTEMİNİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR İnteraktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Soyqırıma həsr olunmuş bir dərs saatı Muxtar Respublika birinciliyində rayonumuzun futbol komandası növbəti qələbəsini qazandı Polis şöbəsində tədbir keçirilib 2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Torpaq Mülkiyyətçiləri tərəfindən əkin işlərinə başlanılıb Maarifləndirmə tədbiri keçirilib Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti SƏDƏRƏK BAZAR KOMPLEKSİNDƏ NOVRUZ YARMARKASI “Məhsuldarlığın inkişaf etdirilməsi yolları” mövzusunda tədbir keçirilib Yeni üzüm bağları salınır Sosial qayğıya ehtiyacı olanlara bayram sovqatı verilib NOVRUZUN SİMVOLU OLAN SƏMƏNİNİN HƏM DƏ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VAR Sədərəyin Novruz adətləri Heydərabad qəsəbə Uşaq Bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib Futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin ikinci dövrəsinə start verildi İnsan sevgi ilə baş-başa nurdu Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır 2019-cu ilin yanvar ayında Sədərək rayonunun sosial-iqtisadi inkişafı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə Sədərək rayon məktəbləri də qoşulub Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Rayonun idarə və təşkilatlarının əməkdaşları muzeydə olublar Heydərabad qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı tədbir keçirilib Rayon İcra Hakimiyyətində seminar keçirilib Əkin sahələrinə gübrələr səpilir Rayonumuzda kartof əkininə başlanılıb Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı tədbirlər keçirilib Yoldaşlıq görüşləri keçirilib Yoldaşlıq görüşü Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib Gözəl yurdumuzun tərəqqisinin güzgüsü Maarifləndirmə tədbiri keçirilib Fənn olimpiadasının rayon turu başa çatıb Ailə təsərrüfatları sahibləri ilə görüş keçirilib Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclası keçirilib Rayonun idarə və təşkilatları muzeydə olublar Sədərək rayonu ərazisində ekoloji monitorinq keçirilmişdir