Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır » OĞUZ YURDU
Contact Us






Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır

Baxılıb: 10


Rayon Vergilər Şöbəsinin təşkilatçılığı ilə, Sədərək Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib. Vergi ödəyicilərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respub­likası qanunlarına edilmiş əlavə və dəyişikliklər mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin əməkdaşı Pərvin Həsənov açıb.
Rayon Vergilər Şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri Əziz Fətullayev çıxış edərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarına edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasında sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə mühüm dəyişikliklər edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti daim iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir. Nazirliyin fəaliyyətinin bu tələblərə uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni münasibətlərin formalaşması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi büdcə paketi çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisində geniş müzakirə olunaraq qəbul edilmişdir.
Zahid Qənbərov bildirdi ki, Milli Məclis tərəfindən qəbul edilmiş dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnif etmək olar. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmağın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsidir. Ümumilikdə vergi məcəlləsinə 240 bənd üzrə əlavə dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan muxtar respublikada, sahibkarlığa dövlət himayəsinin həyata keçirilməsi nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Buna uyğun olaraq muxtar respublika ərazisində vergi orqanları tərəfindən qanunlar çərçivəsində fəaliyyət göstərən ödəyicilər daim dəstəklənəcək, səhvə yol verən vergi ödəyicilərinə nöqsanların aradan qaldırılması üçün köməklik göstəriləcəkdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.


Nadir MƏMMƏDOV
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu